跳到主要内容
Nelum
阿塞拜疆的法律

Resolution No. 419/ü of the Ministry of Ecology and Natural Resources on inventory rules and classification system for wastes incurred during the production process

颁布于 2003-07-01 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat № 419/ü.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Waste and hazardous substances
关键词
classification/declassification, hazardous substances, hazardous waste, inspection, international agreement-implementation, inventory, monitoring, risk assessment/management, waste management

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat N 2986 “14” iyul 2003-cü il Nazir F.F.Məmmədov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əmr N 419/ü 01 iyul 2003-cü il Nazir H.S.Bağırov İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında TƏLİMAT 1. Ümumi müddəalar 1.1. Tullantıların inventarlaşdırılmasının həyata keçirilməsi “İstehsalat və məişət tullantıları haqqında “Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Beynəlxalq standartların və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında “Bazel konvensiyasının (bundan sonra Bazel konvensiyası) prinsiplərinə əsaslanaraq, təhlükəli tullantıların idarə olunması sahəsində yeni klassifikasiya sisteminin tətbiqinin və tullantının əmələ gəlməsi üzərində ətraflı monitorinqə nəzarət mexanizminin təmin edilməsi məqsədi ilə aparılır. 1.2. Bu Təlimat Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf üçün kredit haqqında Sazişin təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 nömrəli Sərəncamına əsasən Respublikada həyata keçirilmiş layihələrdən biri olan “Azərbaycanda Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki yardım” layihəsinin materialları əsasında hazırlanmaqla zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və xidmət sahələrində əmələ gələn tullantılarla bağlı münasibətləri tənzimləyir. 1.3. Bu Təlimat inventarlaşdırılmada iştirak edən müfəttişlər, mütəxəssislər və digər iştirakçılar üçün məlumat materialı olmaqla yanaşı, istehsal prosesində tullantının təyin edilməsindən başlayaraq, son nəticə - “təhlükəli tullantıların təsnifat sisteminə uyğun kodunun müəyyən edilməsi”nə kimi olan mərhələləri əhatə edir. 1.4. Bu Təlimat üç hissədən ibarət olub, inventarlaşdırılma prosesinin həyata keçirilməsinin aşağıdakı ardıcıllığını müəyyən edir: tullantının identifikasiyası; təhlükəli tullantının identifikasiyası; təhlükəli tullantılara təsnifat sisteminin tətbiqi. 2. Əsas anlayışlar Təlimatda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: Tullantılar - (“Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında “Bazel konvensiyasına görə) - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar. Təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar. İnventarlaşdırılma - tullantıların əmələ gəlməsi üzərində monitorinqə nəzarət mexanizmidir. İdentifikasiya (eyniləşdirmə) - istehsal prosesində əmələ gələn tullantıların təhlükəli və ya təhlükəsiz olmasının təyin edilməsidir. Təsnifat (klassifikasiya) sistemi - Tullantıların növlərini təyin etmək üçün istifadə olunan metod olmaqla, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası üzrə H- kodlarının təhlükəlilik xüsusiyyətlərini ifadə edən sistemdir. Material balansı - istehsal prosesi zamanı giriş və çıxışdakı materialların (maddələrin) miqdarının eyni olmasını müəyyən edən hesablama üsuludur. Prioritet qayda (yuxarıdan aşağıya) - tullantı qarışığında olan maddələrin təhlükəlilik xüsusiyyətlərinə görə düzülüşünü müəyyən edən qaydadır. 3. Tullantının identifikasiyası 3.1. İnventarlaşdırılmada iştirak edən tərəf müəssisənin ərazisinə baxış keçirdikdən sonra, bu ərazidə tullantı əmələ gələ bilən mənbələri təyin etmək üçün müəssisədə mövcud olan bütün texnoloji reqlamentləri və digər normativ sənədləri nəzərdən keçirir. 3.2. Tullantının əmələ gəlmə mənbəyi bir texnoloji reqlamentlə təsvir edilmiş sənaye müəssisəsi və ya onun sahəsi (sexi) ola bilər. 3.3. Əgər müəssisə bir reqlament üzrə işləyirsə və bu reqlamentdə bütün istehsal qurğuları təsvir edilmişdirsə, bu müəssisə tullantıların müəyyən olunma mənbəyi kimi göstərilir. 3.4. İstehsal prosesində istifadə olunan xammala, köməkçi materiallara, qurğulara, digər texniki sənədlərə və reqlamentdəki göstəricilərə görə material balansı tərtib edilir və nəticədə qurğularda əmələ gələn tullantıların dəqiq miqdarı müəyyən olunur. 3.5. Müəssisənin ərazisində başqa tullantı mənbəyi kimi digər müəssisədən gətirilən tullantı ola bilər. 3.5.1. Əgər ərazidə digər müəssisədən gətirilmiş tullantı olarsa, onda daşınma barədəki nəqliyyat sənədləri yoxlanılır və həmin tullantının növü, miqdarı və tərkibi haqqında qeydlər aparılır. 3.6. Müəssisədə tullantıların bir hissəsinin əmələ gəlmə mənbəyi ərazidə emal və ya utilizasiya edilməsi üçün saxlanılması ola bilər. 3.6.1. Əgər tullantı, əmələ gəlmə ərazisində emal və ya utilizasiya edilirsə, onda emal sahələrində olan bütün qurğular müəyyən olunur, tullantı keyfiyyətinə və kəmiyyətinə görə identifikasiya edilir; 3.6.2. Emala və utilizasiyaya yararlı olmayan, ya da emal oluna bilməyən tullantının müəssisədən kənarlaşdırılması və yaxud başqa müəssisəyə verilməsi araşdırılır. 3.7. Tullantının müxtəlif səbəblərə görə müəssisənin ərazisində və əmələ gəlmə sahəsində saxlanılması araşdırılır. 3.7.1. Əgər tullantı daşınma, emal və ya təkrar istifadə üçün ərazilərdə saxlanılırsa, onda ərazidə müvafiq qurğuların olması, saxlanılma sahəsinin statusu, tullantının xüsusiyyəti və müəssisədə mövcud şəraitin səviyyəsi yoxlanılır. 3.8. Müəssisənin ərazisindən tullantıların daşınması nəqliyyat sənədlərinin yoxlanılması yolu ilə müəyyən edilir. 3.9. Bu Təlimatın 3.1. və 3.8-ci bəndlərinə uyğun olaraq inventarlaşdırılmanı aparan tərəf müəssisədə əmələ gələn tullantının mənbəyini, növünü (xüsusiyyətini), miqdarını, emal metodunu, saxlanılmasını və daşınmasını əks etdirən sənəd (cədvəl şəkilində) tərtib edir. 4. Təhlükəli tullantıların identifikasiyası 4.1. Müəssisədə əmələ gələn tullantı üzrə ümumi nəticə əldə edildikdən sonra, tullantının təhlükəli olması və onun ətraf mühitə və insan sağlamlığına təsiri müəyyən edilir; 4.2. Tullantının təhlükəli olmasını sübut etmək üçün onun tərkibini təşkil edən maddələrin fiziki-kimyəvi xassələri, toksikilik sinfi, yanma qabiliyyəti və s. xüsusiyyətləri araşdırılır; 4.3. Tullantının təhlükəlilik xüsusiyyətlərini identifikasiya etmək üçün aşağıdakı mənbələrin məlumatlarından da istifadə oluna bilər: prosesdə istifadə olunan xammal haqqında məlumatlardan; oxşar növ tullantıları olan başqa müəssisənin məlumatlarından; mövcud normativ-texniki sənədlərdəki məlumatlardan; kimyəvi-sorğu ədəbiyyatındakı məlumatlardan; oxşar tullantılarla əlaqədar baş vermiş qəza halları haqqındakı tarixi məlumatlardan. 4.4. Tullantı haqqında müəyyən edilən hər bir təhlükəlilik xüsusiyyətinin növü Bazel konvensiyasının müvafiq əlavələrinə uyğun olaraq identifikasiya (eyniləşdirmə) edilir. 4.5. Əgər tullantı bir neçə kimyəvi maddənin qarışığından ibarətdirsə, bu halda ilk növbədə əsas ekoloji əhəmiyyətli komponentin (ƏEƏK) tərkibdə olan miqdarı və onun təhlükəli xüsusiyyəti nəzərə alınmalıdır; 4.6. Tullantının təhlükəlilik xüsusiyyəti müəyyən edildikdən sonra, tullantının növü klassifikasiya olunur (siniflərə ayrılır). Bunun üçün qarışıqda olan ən təhlükəli kimyəvi maddələrdən başlanmalı və bu təlimata əlavədə göstərilən prioritet qaydaya uyğun düzülüş gözlənməlidir. (Əlavə 1); 4.6.1. Prioritet qaydada düzülüşə görə təhlükəlilik xüsusiyyətləri ilə sağlamlığa və təhlükəsizliyə tez təsiredici xüsusiyyətlərə (partlayış, yanma) malik olan maddələrə, uzun müddətli təsir göstərənlərə nisbətən daha yüksək üstünlük verilir. 4.7. Tullantıların toksikilik əmsalının hesablanması müvafiq qaydaya uyğun olaraq aparılır və nəzərə alınmalıdır ki, toksikilik əmsalı aşağı olduqca, zərərli təsir riski bir o qədər yuxarı olur. 4.8. Bu Təlimata 4.1 və 4.7ci bəndlərinə əsasən alınmış məlumatlardan istifadə etməklə identifikasiya (eyniləşdirmə) üçün aşağıdakı dörd əsas nəticə əldə olunur; təhlükəli tullantının növü; təhlükəli tullantının miqdarı; əsas təhlükəlilik; yanaşı təhlükəlilik. 4.9. Təhlükəli tullantıların identifikasiyasından sonra müəsisənin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə inventarlaşdırma blankı (Əlavə 2) tərtib edilir. 5. Təhlükəli tullantıların (klassifikasiya) sistemi və ondan istifadə 5.1. Təhlükəli tullantıların təsnifat (klassifikasiya) sistemi (Əlavə 3) Bazel konvensiyasının 3N-li əlavəsinə əsasən H-kodlarına uyğun təhlükəlilik xüsusiyyətlərini və tullantıların kodunu, növünü, fiziki-kimyəvi xassələrini, tövsiyyə olunan emal və zərərsizləşdirmə üsullarını ifadə edir. 5.2. Nəzərdə tutulan emalın və zərərsizləşdirmənin ətraf mühitə təsirinin qiymətləndirilməsi və təhlükəli tullantıların ayrı-ayrı qruplar üzrə növlərə bölünməsi əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasına əsaslanır. 5.3. Əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasında təhlükəli tullantının tərkibində olan hər hansı bir komponentin ətraf mühitə göstərdiyi ən ekoloji ziyanlı xassəsi əks olunur. 5.4. Əgər tullantının tərkibində iki təhlükəli komponent vardırsa və birinci komponentin birdən çox təhlükəli xassəsi olarsa, bu halda tullantının kodu təsnifat üçün istifadə olunan təhlükəlilik xüsusiyyətlərinin prioritet qaydasına müvafiq təyin olunur. 5.5. Təhlükəli tullantıların təsnifat sisteminin ümumi strukturunda aşağıdakı ardıcıllıq gözlənilir: təhlükəli tullantılar qrupu (H - kodları əsasında); üzvi tullantı; halogen tərkibli; azot tərkibli; kükürd tərkibli; digərləri; qeyri-üzvi tullantı; təklif olunan emal üsulu və əsas ekoloji əhəmiyyətli komponentə müvafiq bölünmə; təhlükəli tullantılar ilə çirklənmiş materiallar. 5.6. Təsnifat sistemində təsvir olunan birləşmələrin aid edildiyi kodlar aşağıdakı qaydada tərtib edilir; 5.6.1. Kodun tiredən əvvəlki hissəsi (məs.: H 1.2-) təhlükəlilik xüsusiyyətlərinin kodlaşdırılmasını - yəni “təhlükəli tullantı qrupu”nu müəyyən edir; 5.6.2. Tiredən sonra birinci rəqəm (məs.: - 3) təhlükəli tullantının yarımqrupunu, sonuncu iki rəqəm isə (məs.: - 3.05) təhlükəli tullantının spesifik növünü müəyyən edir. 5.7. Təhlükəli tullantının qrupu, əsas təhlükəliliyi H kodundan istifadə etməklə təyin olunur; 5.8. Təhlükəli tullantıların fiziki-kimyəvi xassələrinə görə, yarımqrupu təyin edilir. 5.8.1. Yarımqruplara ayrılmış birləşmələr aşağıdakı ardıcıllıqla tərtib edilir: üzvi birləşmələr; qeyri-üzvi birləşmələr; bu birləşmələrlə çirklənmiş materiallar. 5.9. Təhlükəli tullantıların hər yarımqrupuna bir neçə növə aid tullantı daxil olarsa, tullantı növünün təyini zamanı prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir. 5.10. Təhlükəli tullantıların identifikasiyası və təsnifat sistemi bu Təlimata uyğun olaraq aparıldıqdan sonra, əldə edilmiş məlumatlar təhlükəli tullantının pasportuna və inventarlaşdırılması üzrə blanka (illik hesabat da daxil olmaqla) daxil edilir. Əlavə 1 Təhlükəli tullantıların identifikasiyası (eyniləşdirilməsi) “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası tullantıların 14 (on dörd) təhlükəlilik xüsusiyyətini və ya növünü təyin edir. Bu təhlükəlilik xüsusiyyətləri, onların insan sağlamlığına və ətraf mühitə təsirinə, eləcə də təhlükəli tullantıların emalı vaxtı qazanılmış praktik təcrübəyə müvafiq olaraq prioritet qaydada düzülmüşdür. Aşağıda prioritet qaydada (yüksəkdən aşağıya doğru) tullantıların təhlükəlilik xüsusiyyətlərinin siyahısı verilmişdir. Sıra N-si BK-nın kodu Təhlükəli tullantıların növü 1 H 1 Partlayıcı maddələr 2 H 5.1. Oksidləşdirici maddələr 3 H 5.2. Üzvi peroksidlər 4 H 4.3. Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr 5 H 4.2. Öz-özünə alışma qabiliyyətli maddələr 6 H 4.1. Tezalışan bərk maddələr 7 H 3. Tezalışan mayelər 8 H 8. Korroziv maddələr 9 H 6.2. Yoluxdurucu maddələr 10 H 6.1. Çox zəhərli (toksiki) maddələr 11 H 10. Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr 12 H 11. Toksik maddələr (uzun sürən və ya xroniki xəstəliklər əmələ gətirən) 13 H 12. Ekotoksik maddələr 14 H 13. Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr Əlavə 3 Təhlükəli tullantıların təsnifat (klassifikasiya) sistemi BK-nın kodu Təhlükəli tullantının kodu Adı, növü və xassəsi Tövsiyyə olunan emal və zərərsizləşdirmə üsulu 1 2 3 4 H1 H1.0-0.00 Partlayıcı maddələr H1.0-1.00 Partlayıcılar H1.0-1.01 Əgər qurudurlarsa, partlayışı ola bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə Ancaq nəzarət olunan partlayış yolu ilə H1.0-1.02 Silkələnmədən, sürtünmədən, yanğından və ya başqa alışma mənbələrindən partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə Ancaq nəzarət olunan partlayış yolu ilə H1.0-1.03 Çox həssas partlayıcı metal birləşmələri əmələ gətirə bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə Ancaq nəzarət olunan partlayış yolu ilə H1.0-1.04 Qızdırma (qızma) vaxtı partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə Ancaq nəzarət olunan partlayış yolu ilə H1.0-1.05 Hava və ya su ilə təmasda partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə Ancaq nəzarət olunan partlayış yolu ilə H3 H3.0-0.00 Tezalışan mayelər H3.0-1.00 Tezalışan mayelər H3.0-1.01 Halogen tərkibli üzvi mayelər Təhlükəli tullantıların yandırılması H3.0-1.02 Azot tərkibli üzvi mayelər sement sobalarda yandırma Sement sobalarda yandırma H3.0-1.03 Kükürd tərkibli üzvi mayelər sement sobalarda yandırma Sement sobalarda yandırma H3.0-1.04 Digər üzvi mayelər Sement sobalarda sement sobalarda yandırma yandırma H4.1 H4.1-0.00 Tezalışan bərk maddələr H4.1-0.00 Tezalışan bərk maddələr H4.1-0.01 Halogen tərkibli üzvi bərk maddələr sement sobalarda yandırma Sement sobalarda yandırma H4.1-0.02 Azot tərkibli üzvi bərk maddələr sement sobalarda yandırma Sement sobalarda yandırma H4.1-0.03 Kükürd tərkibli üzvi bərk maddələr Sement sobalarda yandırma H4.1-0.04 Digər üzvi bərk maddələr Sement sobalarda yandırma H4.1-0.05 Qırmızı fosfor və fosforun bəzi birləşmələri Sement sobalarda yandırma H4.1-2.00 Tərkibində tezalışan mayelər olan bərk maddələr H4.1-2.01 Torpaqların çirkləndirilməsi Poliqon və ya sement sobalarda yandırılması H4.1-2.02 Tikinti və sökmə (söküntü) vaxtı əmələ gələn tullantılar Təhlükəli tullantıların poliqon və ya sement sobalarda yandırılması H4.1-2.03 Adsorbentlər, qablaşdırma və süzgəc materialları Təhlükəli tullantıların poliqon və ya sement sobalarda yandırılması H4.2 H4.2-0.00 Öz-özünə yanmağa meylli maddələr H4.2-1.00 Öz-özünə yanmağa meylli maddələr H4.2-1.01 Pirafosfor metallar, narın dispersiyalı TT-ın poliqon və ya sement sobalarda yandırılması H4.2-1.02 Metalların alkilləri TT-ın poliqon və ya sement sobalarda yandırılması H4.2-1.03 Ağ fosfor (sarı fosfor) sement sobalarda yandırılması H4.2-1.04 Digərləri TT-ın yandırılması TT-ın yandırılması H4.3 H4.3-0.00 Su ilə təmasda tezalışan sement sobalarda qazlar ayıran maddələr yandırma H4.3-1.00 Qələvi metallar, qələvi torpaq metallar sement sobalarda yandırma H4.3-1.02 Metalların fosfidləri sement sobalarda yandırma H4.2-1.03 Ağ fosfor (sarı fosfor) sement sobalarda yandırılması H4.2-1.04 Digərləri TT-ın yandırılması H4.3 H4.3-0.00 Su ilə təmasda tezalışan qazlar ayıran maddələr sement sobalarda yandırma H4.3-1.00 Qələvi metallar, qələvi torpaq metallar sement sobalarda yandırma H4.3-1.02 Metalların fosfidləri sement sobalarda yandırma H4.3-1.03 Qələvi metalların hidridləri sement sobalarda yandırma H4.3-1.04 Kalsium-karbid sement sobalarda yandırma H4.3-1.05 Digərləri, məsələn: aliminium şlakları sement sobalarda yandırma H5.1 H5.1-0.00 Oksidləşdirici maddələr H5.1-1.00 (Azot turşusunun 70%-i və ya N202-nin 60%-i kimi və ya daha güclü effekti olanlar) H5.1-1.01 Halogen və onların duzları əsaslı turşular fiziki-kimyəvi emal H5.1-1.02 Azot və onun duzları əsaslı turşular fiziki-kimyəvi emal H5.1-1.03 Kükürd və onun duzları əsaslı turşular fiziki-kimyəvi emal H5.1-1.04 Xrom birləşmələri fiziki-kimyəvi emal H5.1-1.05 Digər turşular və onların duzları fiziki-kimyəvi emal H5.1-1.06 Qələvi metalların/qələvi torpaq metalların qeyri üzvi peroksidləri fiziki-kimyəvi emal H5.1-1.07 Digər oksidləşdirici maddələr fiziki-kimyəvi emal H5.2 H5.2-0.00 Üzvi peroksidlər H5.2-1.00 Üzvi peroksidlər H5.2-1.01 Peroüzvi turşular, persollar, peroksidlər və ya hidroperoksidlər sement sobalarda yandırma H6.1 H6.1-0.00 Tez təsir edən zəhərlər H6.1-1.00 Yüksək toksiklikli üzvi maddələr (təhlükəlilik sinfi) H6.1-1.01 Halogen tərkibli üzvi maddələr TT-ın yandırılması H6.1-1.02 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H6.1-1.03 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H6.1-1.04 Digər üzvi maddələr sement sobalarda yandırma H6.1-2.00 Yüksək toksiklikli qeyri üzvi maddələr (təhlükəlilik sinfi-I) H6.1-2.01 Sərbəst sianidlər fiziki-kimyəvi emal H6.1-2.02 Talliumun, berilliumun və civənin birləşmələri Fiziki-kimyəvi emal H6.1-2.03 Digər yüksək toksiklikli qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H6.1-3.00 Üzvi toksik maddələr (təhlükəlilik sinfi II i III) H6.1-3.01 Halogen tərkibli üzvi maddələr yüksək temperaturla yandırma H6.1-3.02 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H6.1-3.03 Kükürd tərkibli üzvi maddələr sement sobalarda yandırma H6.1-3.04 Digər üzvi maddələr sement sobalarda yandırma H6.1-4.00 Qeyri-üzvi toksik maddələr (təhlükəlilik sinfi I i II) H6.1-4.01 Civə və onun birləşmələri fiziki-kimyəvi emal və ya poliqon H6.1-4.02 Arsen və onun birləşmələri fiziki-kimyəvi emal və ya poliqon H6.1-4.03 Ağır metalların fiziki-kimyəvi emal birləşmələri H6.1-4.04 Digər qeyri-üzvi toksik maddələr fiziki-kimyəvi emal H6.1-5.00 Tərkibində H6.1-1, H6.1-2, H6.1-3 və H6.1-4 siniflərinin materialı olan aşağıdakı tullantılar H6.1-5.01 Müddəti keçmiş dərmanlar və digər əczaçılıq maddələri sement sobalarda yandırma H6.1-5.02 Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt Poliqon H6.1-5.03 Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar Poliqon H6.1-5.04 Oduncaq (ağac) və oduncaq məhsulları Poliqon H6.1-5.05 Absorbentlər, qablaşdırma və süzgəc materialları Poliqon H6.1-5.06 Doğranmış və ya xırdalanmış tullantılar Poliqon H6.2 H6.2-0.00 Yoluxucu maddələr H6.2-1.00 Yoluxucu maddələr H6.2-1.01 İnsan və ya heyvan dərisi, qan, sarğı materialları Tibbi (klinik) tullantıların yandırılması H6.2-1.02 İti kəsici-deşici alətlər (iynələr, cərrah bıçağı və s) Tibbi (klinik) tullantıların andırılması H6.2-1.03 İstifadə olunmuş tibb preparatları, (məsələn: vaksinlər) və yoluxucu laboratoriya tullantıları Tibbi (klinik) tullantıların andırılması H6.2-1.04 Yuxarıda göstərilən maddələrin qarışığı Tibbi (klinik) tullantıların yandırılması H8 H8.0-0.00 Korroziv maddələr H8.0-1.00 Üzvi korroziv maddələr H8.0-1.01 Halogen tərkibli üzvi maddələr Təhlükəli tullantıların yandırılması H8.0-1.02 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H8.0-1.03 Kükürd tərkibli üzvi maddələr sement sobalarda yandırma H8.0-1.04 Digər üzvi maddələr sement sobalarda yandırma H8.0-2.00 Digər üzvi maddələr sement sobalarda yandırma H8.0-2.00 Qeyri-üzvi maddələr H8.0-2.01 Turşular fiziki-kimyəvi emal H8.0-2.02 Hidroksidlər fiziki-kimyəvi emal H8.0-2.03 Turş qudronlar və yağlar neytrallaşdırma və imkan daxilində sement sobalarda yandırma emal H8.0-2.04 Halogenlər və onların birləşmələri fiziki-kimyəvi emal H8.0-2.05 Fosfor birləşmələri fiziki-kimyəvi emal H8.0-2.06 Digər qeyri- üzvi korroziv maddələr fiziki-kimyəvi emal H8.0-3.00 Tərkibində N8.0-1 və N8.0 2 siniflərinin materialları olan aşağıdakı tullantılar H8.0-3.01 Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt Poliqon H8.0-3.02 Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar Poliqon H8.0-3.03 Oduncaq (ağac) və oduncaq məhsulları Poliqon H8.0-3.04 Absorbentlər, qablaşdırma və süzgəc materialları Poliqon H8.0-3.05 Doğranmış və xırdalanmış tullantılar Poliqon H10 H10.0-0.00 Su, hava və turşularla təmasda toksik qazlar H10.0-1.00 Su, hava və turşularla təmasda toksik qazlar əmələ gətirən maddələr H10.0-1.01 Hipoxloritlər fiziki-kimyəvi emal H10.0-1.02 Qeyri-üzvi sulfidlər və polisulfidlər fiziki-kimyəvi emal H10.0-1.03 Qeyri-üzvi arsenidlər və fosforidlər fiziki-kimyəvi emal H10.0-1.04 Digər qeri-üzvi maddələr fiziki-kimyəvi emal H10.0-1.05 Üzvi maddələr fiziki-kimyəvi emal H11 H11.0-0.00 Toksik maddələr (xroniki və ya tədricən təsir edən) H11.0-1.00 Üzvi mənşəli konseragen maddələr H11.0-1.01 Halogenləşdirilmiş turş qudronlar və kub qalıqları təhlükəli tullantıların yandırılması H11.0-1.02 Halogen tərkibli yağlar sement sobalarda yandırma və ya TT-ın yandırılması H11.0-1.03 Digər halogenləşdirilmiş üzvi maddələr yandırılması sement sobalarda yandırma və ya TT-ın H11.0-1.04 Kömür və oduncaq qətranları sement sobalarda yandırma H11.0-1.05 Neft qətranları və kub qalıqları sement sobalarda yandırma H11.0-1.06 Neft tərkibli qazma palçıqları sement sobalarda yandırma H11.0-1.07 İşlənmiş yağlar və neft şlamları sement sobalarda yandırma və ya fiziki kimyəvi emal H11.0-1.08 Kreozit və polisiklik aromatik karbohidrogenlər sement sobalarda yandırma H11.0-1.09 Su-yağ qarışıqları sement sobalarda yandırma və ya fiziki kimyəvi emal H11.0-1.10 Digər üzvi maddələr sement sobalarda yandırma H11.0-2.00 Qeyri-üzvi mənşəli konserogen maddələr H11.0-2.01 Ağır metalların qeyri-üzvi birləşmələri fiziki-kimyəvi emal H11.0-2.02 Asbest Poliqon H11.0-2.03 Bərkidilmiş (möhkəmləndirilmiş) asbest Poliqon H11.0-2.04 Digər qeyri-üzvi mənşəli konserogen maddələr fiziki-kimyəvi emal H11.0-3.00 Teratogenlər H11.0-3.01 Halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H11.0-3.02 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H11.0-3.03 Kükürd tərkibli üzvi maddələr sement sobalarda yandırma H11.0-3.04 Ağır metal tərkibli üzvi maddələr fiziki-kimyəvi emal və ya sement sobalarda yandırma H11.0-3.05 Digər üzvi maddələr fiziki-kimyəvi emal və ya sement sobalarda yandırma H11.0-3.06 Ağır metal tərkibli qeyri üzvi maddələr fiziki-kimyəvi emal H11.0-3.07 Digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H11.0-4.00 Mutagenlər H11.0-4.01 Halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H11.0-4.02 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H11.0-4.03 Kükürd tərkibli üzvi maddələr sement sobalarda yandırma H11.0-4.04 Ağır metal tərkibli üzvi maddələr fiziki-kimyəvi emal və ya sement sobalarda yandırma H11.0-4.05 Digər üzvi maddələr sement sobalarda yandırma H11.0-4.06 Ağır metal tərkibli qeyri üzvi maddələr fiziki-kimyəvi emal H11.0-4.07 Digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H11.0-5.00 Tərkibində H11.0-1, H11.0 2, H11.0-3 i H11.0-4 siniflərin materialları olan aşağıdakı tullantılar: H11.0-5.01 Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt Poliqon H11.0-5.02 Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar Poliqon H11.0-5.03 Oduncaq (ağac) və oduncaq məhsulları Poliqon H11.0-5.04 Absorbentlər, qablaşdırma və süzgəc materialları Poliqon H11.0-5.05 Doğranmış və ya xırdalanmış tullantılar Poliqon H12 H12.0-0.00 Ekotoksiklər H12.0-1.00 Üzvi maddələr H12.0-1.01 Polixlorlaşdırılmış benefillər və terfinillər (PXB və PXT) təhlükəli tullantıların yandırılması H12.0-1.02 Xlorftorkarbohidrogenlər təhlükəli tullantıların yandırılması H12.0-1.03 Halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H12.0-1.04 Azot tərkibli üzvi maddələr sement sobalarda yandırma H12.0-1.05 Kükürd tərkibli üzvi maddələr sement sobalarda yandırma H12.0-1.06 Digər üzvi maddələr sement sobalarda yandırma H12.0-2.00 Qeyri-üzvi maddələr H12.0-2.01 Ağır metal tərkibli qeyri üzvi maddələr fiziki-kimyəvi emal H12.0-2.02 Berillium və onun birləşmələri fiziki-kimyəvi emal H12.0-2.03 Digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H12.0-3.00 Tərkibində H12.0-1 və H12.0-2 siniflərin materialları olan aşağıdakı tullantılar H12.0-3.01 Draqa ilə qazma vaxtı Poliqon çıxarılan torpaq və ya qrunt H12.0-3.02 Tikinti və söküntü vaxtı əmələ glən tullantılar Poliqon H12.0-3.03 Oduncaq (ağac) və oduncaq məhsulları Poliqon H12.0-3.04 Adsorbentlər, qablaşdırma və süzgəc materialları Poliqon H13 H13.0-0.00 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) tullantılar H13.0-1.00 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) tullantılar təhlükəli tullantıların yandırılması və ya sement sobalarda yandırma H13.0-1.01 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) üzvi tullantılar təhlükəli tullantıların yandırılması və ya sement sobalarda yandırma H13.0-2.00 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) qeyri-üzvi maddələr H13.0-2.01 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) qeyri-üzvi maddələr fiziki-kimyəvi emal

Resolution No. 419/ü of the Ministry of Ecology and Natural Resources on inventory rules and classification system for wastes incurred during the production process · Nelum