跳到主要内容
Nelum
阿塞拜疆的法律

Resolution No. 25 of the Food Safety Agency on sanitary rules on food for special medical purposes

颁布于 2021-11-10 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 25.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Food and nutrition
关键词
food safety and quality, nutrition, packaging/labelling, special dietary uses, standards

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 25 Bakı şəhəri 10 noyabr 2021-ci il “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın və “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 – 2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı”nın 10.1.2-ci və 10.6.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası QƏRARA ALIR: 1. Agentliyin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin: 1.1. “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 1);[1] 1.2. “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 2).[2] https://e-qanun.az/framework/48615# edn1 https://e-qanun.az/framework/48615# edn2 2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Əsas: Agentliyin Kollegiyasının 2021-ci il 10 noyabr tarixli 25 nömrəli iclas protokolu. Kollegiyanın sədri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İNSAN ORQANİZMİNDƏ ZƏRƏRLİ AMİLLƏRİN XRONİKİ TƏSİRİ İLƏ ŞƏRTLƏNƏN POZUNTULARIN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ XÜSUSİ QİDA RASİONLARINDA İSTİFADƏ OLUNAN, HƏKİM GÖSTƏRİŞİ İLƏ QƏBUL EDİLƏN, TİBBİ MƏQSƏDLƏR ÜÇÜN HAZIRLANAN QİDA MƏHSULLARINA DAİR SANİTARİYA NORMALARI VƏ QAYDALARI[11] 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının (bundan sonra – tibbi məqsədlər üçün hazırlanan qida məhsulları) minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edir.[12] 1.2. Bu Qaydalar Avropa İttifaqının 25 sentyabr 2015-ci il tarixli 2016/128 nömrəli (Commıssıon Delegated Regulatıon (EU) 2016/128 of 25 September 2015) və 12 iyun 2013 tarixli 609/2013 nömrəli (Regulatıon (EU) No 609/2013 of the European Parlıament And of the Councıl of 12 June 2013) sənədləri əsasında hazırlanmışdır. https://e-qanun.az/framework/48615# edn11 https://e-qanun.az/framework/48615# edn12 1.3. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları bu Qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir.[13] 1.4. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər. 1.5. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları dedikdə insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən xüsusi təyinatlı qida məhsulları nəzərdə tutulur.[14] 1.6. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları aşağıdakı 3 növə bölünür: 1.6.1. istifadə təlimatına uyğun olaraq istehlak olunan zaman nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynaya bilən, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmamış, tamtərkibli qida məhsulu; 1.6.2. istifadə təlimatına uyğun olaraq istehlak olunan zaman nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynaya bilən, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmış, tamtərkibli qida məhsulu; 1.6.3. nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynamayan, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmış və ya uyğunlaşdırılmamış, tamtərkibli olmayan qida məhsulu. 1.7. Bu Qaydaların 1.6.1-ci və 1.6.2.-ci yarımbəndlərində göstərilən qida məhsulları hər hansı bir qida qəbulunu əvəzləyə və ya ona əlavə kimi istifadə edilə bilər. 2. Tərkibə dair tələblər 2.1. tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə yalnız həmin əlavədə göstərilən maddələr əlavə edilə bilər.[15] 2.2. Körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır: 2.2.1. bu Qaydaların 1.6.1-ci yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir; 2.2.2. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından bir və ya bir neçə maddənin dəyişdirilməsi tələb olunduğu hallar istisna olmaqla, bu Qaydaların 1.6.2 ci yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir; 2.2.3. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından maddənin miqdarının dəyişdirilməsi tələb olunduğu hallar istisna olmaqla, bu Qaydaların 1.6.3 https://e-qanun.az/framework/48615# edn13 https://e-qanun.az/framework/48615# edn14 https://e-qanun.az/framework/48615# edn15 cü yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibindəki vitamin və mineralların miqdarları bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olmalıdır. 2.3. Körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, digər tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır: 2.3.1. körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.1-ci yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir; 2.3.2. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından bir və ya bir neçə maddənin dəyişdirilməsi tələb olunduğu hallar və körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.2-ci yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir; 2.3.3. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından maddənin miqdarının dəyişdirilməsi tələb olunduğu hallar və körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.3-cü yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibindəki vitamin və mineralların miqdarları bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun olmalıdır. 3. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarında bitki mühafizə vasitələrinin təsiredici maddələrinə dair tələblər 3.1. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibində olan bitki mühafizə vasitələrinin təsiredici maddələrinin qalıqları bu Qaydaların 3.2-ci və 3.3-cü bəndləri nəzərə alınmaqla, 0,01 mq/kq-dan çox olmamalıdır. 3.2. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibində istifadə olunan bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən təsiredici maddələrin maksimum qalıq miqdarları həmin cədvələ uyğun olmalıdır. 3.3. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının istehsalında, tərkibində bu Qaydaların 5 nömrəli əlavəsində qeyd olunmuş təsiredici maddələr olan bitki mühafizə vasitələrinin istifadə olunmadığı (bitki mühafizə vasitələrinin istifadə olunub-olunmamasını müəyyən edən zaman nəticə 0,003 mq/kq-dan az olarsa, həmin bitki mühafizə vasitəsindən istifadə olunmadığı hesab edilir) məhsullardan istifadə edilməlidir. 4. Etiketlənməyə dair tələblər 4.1. tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi nəzərə alınmaqla, əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır:[16] 4.1.1. “Tibbi məqsədlər üçün hazırlanan qida qida məhsulu” ifadəsi;[17] 4.1.2. məhsulun həkim nəzarəti altında istifadə edilməli olduğuna dair məlumat; 4.1.3. məhsulun yeganə qidalanma mənbəyi kimi istifadə olunmasının mümkünlüyünə dair məlumat; 4.1.4. məhsul istehlak xüsusiyyətlərinə əsasən müəyyən yaş qrupuna aid edildiyi halda, buna dair məlumat; 4.1.5. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti üçün nəzərdə tutulmuş məhsulun sağlam şəxslər tərəfindən istehlakı sağlamlıq üçün təhlükə yaratdığı halda, buna dair məlumat; 4.1.6. məhsulun aid edildiyi xəstəlik və ya sağlamlıq vəziyyətinə dair məlumat (məsələn: “erkən alzheimer xəstəliyi zamanı tibbi məqsədlər üçün hazırlanan qida məhsulu”);[18] 4.1.7. mövcud olduğu halda, məhsulun istifadəsi zamanı ehtiyat tədbirləri və istifadəsinə əks göstərişlər; 4.1.8. məhsulun parenteral (mədə-bağırsaq traktından kənar) yolla istifadə edilməməsinə dair xəbərdarlıq; 4.1.9. məhsulun nəzərdə tutulduğu hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə dair onu faydalı edən xüsusiyyətləri, xüsusilə, onun emal üsulları və tərkib xüsusiyyətlərindən asılı olaraq, məhsulda artırılmış, azaldılmış və ya çıxarılmış qida maddələrinə dair məlumatlar; 4.1.10. məhsulun istehlaka hazırlanmasına, istehlakına, məhsulun qablaşdırması açıldıqdan sonra onun yararlılıq müddətinə və şəraitinə dair göstərişlər;[19] 4.1.11. məhsulun tərkibində olan və bu Qaydaların 2 və 3 nömrəli əlavələrində göstərilən hər bir maddənin miqdarı; 4.1.12. məhsulun tərkibində olan zülallar, karbohidratlar, yağlar və onların komponentlərinin miqdarı; 4.1.13. maye formasında olan və ya istifadə təlimatına uyğun hazırlanaraq maye halına keçən məhsulların osmolallığı (1 kq məhlulda həll olunan hissəciklərin sayı) və ya osmolyarlığı (1 litr məhlulda həll olunan hissəciklərin sayı) haqqında məlumat; 4.1.14. məhsulun tərkibinə daxil olan zülal və (və ya) zülal hidrolizatlarının mənşəyi və quruluşu haqqında məlumat; https://e-qanun.az/framework/48615# edn16 https://e-qanun.az/framework/48615# edn17 https://e-qanun.az/framework/48615# edn18 https://e-qanun.az/framework/48615# edn19 4.2. Bu Qaydaların 4.1.2-4.1.5-ci yarımbəndlərindəki məlumatlar “Vacib” və ya “Diqqət” başlığı altında yazılmalıdır. 4.3. Natriumun miqdarı digər minerallarla yanaşı qeyd olunmalıdır. Məhsulun tərkibinə daxil olan duzun miqdarı qeyd olunan hissədə təkrarlana bilər və bu zaman “Duz: X q (Y q natrium olmaqla)” şəklində qeyd olunur. “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsi Tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibinə daxil edilməsinə icazə verilən maddələrin siyahısı[20] Maddələr qrupu Maddələr alt qrupu Maddələr Vitaminlər Vitamins Vitamin A Vitamin A Retinol retinol Retinol asetat Retinyl acetate Retinol palmiat Retinyl palmitate Beta-karotin Beta-carotene Vitamin D Vitamin D Erqokalsiferol ergocalciferol Xolekalsiferol cholecalciferol D-alfa tokoferol https://e-qanun.az/framework/48615# edn20 Vitamin E Vitamin E d-alpha tocopherol DL-alfa tokoferol dl-alpha tocopherol D-alfa tokoferil asetat D-alpha tocopheryl acetate DL-alfa tokoferil asetat DL-alpha tocopheryl acetate D-alfa-tokoferil suksinat turşusu D-alpha-tocopheryl acid succinate D-alfa-tokoferil polietilen qlikol-1000 suksinat D-alpha-tocopheryl polyethylene glycol-1000 succinate (TPGS) Vitamin K Vitamin K Filloxinon (fitomenadion) phylloquinone (phytomenadione) Menaxinon Menaquinone Vitamin C Vitamin C L-askorbin turşusu L-ascorbic acid Natrium-L-askorbat sodium-L-ascorbate Kalsium-L-askorbat calcium-L-ascorbate Kalium-L-askorbat potassium-L-ascorbate L-askorbil 6-palmitat L-ascorbyl 6-palmitate Tiamin Thiamin Tiamin hidroxlorid thiamin hydrochloride Tiamin mononitrate thiamin mononitrate Riboflavin riboflavin Riboflavin Riboflavin Riboflavin 5-fosfat, natrium riboflavin 5’-phosphate, sodium Niasin Niacin Nikotin turşusu nicotinic acid Nikotinamid nicotinamide Vitamin B6 Vitamin B6 Piridoksin hidroxlorid pyridoxine hydrochloride Piridoksin 5-fosfat pyridoxine 5’-phosphate Piridoksin dipalmit pyridoxine dipalmitate Fol turşusu Folate Fol turşusu folic acid (pteroylmonoglutamic acid) Kalsium-L-metilfolat calcium-L-methylfolate Vitamin B12 Vitamin B12 Sianokobalamin cyanocobalamin Hidroksokobalamin hydroxocobalamin Biotin Biotin D-biotin D-biotin Pantoten turşusu Pantothenic Acid Kalsium D-pantotenat D-pantothenate, calcium Natrium D-pantotenat, D-pantothenate, calcium Dekspantenol dexpanthenol Minerallar Minerals Kalium Potassium Kalium bikarbonat potassium bicarbonate Kalium karbonat potassium carbonate Kalium xlorid potassium chloride Kalium sitrat potassium citrate Kalium qlukonat potassium gluconate Kalium qliserofosfat potassium glycerophosphate Kalium laktat potassium lactate Kalium hidroksid potassium hydroxide Ortofosfor turşusunun kalium duzları potassium salts of orthophosphoric acid Maqnezium kalium sitrat magnesium potassium citrate Kalsium Calcium Kalsium karbonat calcium carbonate Kalsium xlorid calcium chloride Limon turşusunun kalsium duzları calcium salts of citric acid Kalsium qlukonat calcium gluconate Kalsium qliserofosfat calcium glycerophosphate Kalsium laktat calcium lactate Ortofosfor turşusunun kalsium duzları calcium salts of orthophosphoric acid Kalsium xlorid calcium hydroxide Kalsium oksid calcium oxide Kalsium sulfat calcium sulphate Kalsium biqlisinat calcium bisglycinate Kalsium sitrat malat calcium citrate malate Kalsium malat calcium malate Kalsium L-pidolat calcium L-pidolate Maqnezium Magnesium Maqnezium-asetat magnesium acetate Maqnezium-karbonat magnesium carbonate Maqnezium-xlorid magnesium chloride Limon turşusunun maqnezium duzları magnesium salts of citric acid Maqnezium qlukonat magnesium gluconate Maqnezium qliserofosfat magnesium glycerophosphate Ortofosfor turşusunun maqnezium duzları magnesium salts of orthophosphoric acid Maqnezium laktat magnesium lactate Maqnezium hidroksid magnesium hydroxide Maqnezium oksid magnesium oxide Maqnezium sulfat magnesium sulphate Maqnezium L-aspartat magnesium L-aspartate Maqnezium bisqlisinat magnesium bisglycinate Maqnezium L-pidolat magnesium L-pidolate Maqnezium kalium sitrat magnesium potassium citrate Dəmir İron Dəmir karbonat ferrous carbonate Dəmir sitrat ferrous citrate Dəmir ammonium sitrat ferric ammonium citrate Dəmir qlukonat ferrous gluconate Dəmir fumarat ferrous fumarate Dəmir natrium difosfat ferric sodium diphosphate Dəmir laktat ferrous lactate Dəmir sulfat ferrous sulphate Dəmir ammonium fosfat ferrous ammonium phosphate Trilon B dəmir duzu ferric sodium EDTA Dəmir difosfat (ferrit pirofosfat) ferric diphosphate (ferric pyrophosphate) Dəmir saxarat ferric saccharate Elementar dəmir (karbonil + elektrolit + hidrogen azalmışdır) elemental iron (carbonyl + electrolytic + hydrogen reduced) Dəmir bisqlukonat ferrous bisglycinate Dəmir L-pidolat ferrous L-pidolate Sink Zinc Sink asetatSink asetat zinc acetate Sink xlorid zinc chloride Sink sitrat zinc citrate Sink qlukonat zinc gluconate Sink laktat zinc lactate Sink oksid zinc oxide Sink karbonat zinc carbonate Sink sulfat zinc sulphate Sink bisqlukonat zinc bisglycinate Mis Copper Mis karbonat cupric carbonate Mis sitrat cupric citrate Mis qlukonat cupric gluconate Mis sulfat cupric sulphate Mis lizin kompleksi copper lysine complex Manqan Manganese Manqan karbonat manganese carbonate Manqan xlorid manganese chloride Manqan sitrat manganese citrate Manqan qlukonat manganese gluconate Manqan qliserofosfat manganese glycerophosphate Manqan sulfat manganese sulphate Flüor Fluoride Kalium flüorid potassium fluoride Natrium flüorid sodium fluoride Selen Selenium Natrium selenat sodium selenate Natrium hidrogen selenit sodium hydrogen selenite Natrium selenit sodium selenite Selenlə zənginləşdirilmiş maya selenium enriched yeast Xrom Chromium Xrom (III) xlorid və onun heksahidratı chromium (III) chloride and its hexahydrate Xrom (III) sulfat və onun heksahidratı chromium (III) sulphate and its hexahydrate Xrom pikolinat chromium picolinate Molibdenium Molybdenum Ammonium molibdat ammonium molybdate Natrium molibdat sodium molybdate Yod Iodine Kalium yodid potassium iodide Kalium yodat potassium iodate Natrium yodid sodium iodide Natrium yodat sodium iodate Natrium Sodium Natrium bikarbonat sodium bicarbonate Natrium karbonat sodium carbonate Natrium xlorid sodium chloride Natrium sitrat sodium citrate Natrium qlukonat sodium gluconate Natrium laktat sodium lactate Natrium hidroxlorid sodium hydroxide Ortofosfor turşusunun natrium duzları sodium salts of orthophosphoric acid Bor Boron Natrium borat sodium borate Bor turşusu boric acid Aminturşular Amin acids L-alanin L-alanine L-arginin L-arginine L-aspartin turşusu L-aspartic acid L-sitrulin L-citrulline L-sistein L-cysteine Sistin Cystine L-histidin L-histidine L-qlutamin turşusu L-glutamic acid L-qlutamin L-glutamine Qlisin glycine L-izoleytin L-isoleucine L-leytin L-leucine L-lizin L-lysine L-lizin asetat L-lysine acetate L-metionin L-methionine L-ornitin L-ornithine L-fenilalanin L-phenylalanine L-prolin L-proline L-sreonin L-threonine L-triptofan L-tryptophan L-tirozin L-tyrosine L-valin L-valine L-serin L-serine L-arginin-L-aspartat L-arginine-L-aspartate L-lizin-L-aspartat L-lysine-L-aspartate L-lizin-L-qlutamat L-lysine-L-glutamate N-asetil-L-sistein N-acetyl-L-cysteine N-asetil-L-metionin N-acetyl-L-methionine (1 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuş məhsullarda) Karnitin və taurin Carnitine and taurine L-karnitin L-carnitine L-karnitin hidrogen xlorid L-carnitine hydrochloride Taurine taurine L-karnitin-L-tartrat L-carnitine-L-tartrate Nukleotidlər Nucleotides Adenozin 5-fostat turşusu adenosine 5’-phosphoric acid (AMP) Adenozin fosfatın natrium duzları sodium salts of AMP Sitidin 5-monofosfor turşusu cytidine 5’-monophosphoric acid (CMP) Sitidin 5-monofosfor turşusunun natrium duzu sodium salts of CMP Quanozin 5-fosfor turşusu guanosine 5’-phosphoric acid (GMP) Quanozin 5-fosfor turşusunun natrium duzu sodium salts of GMP İnozin 5-fosfor turşusu inosine 5’-phosphoric acid (IMP) İnozin 5-fosfor turşusunun natrium duzu sodium salts of IMP Uridin 5-fosfor turşusu uridine 5’-phosphoric acid (UMP) Uridin 5-fosfor turşusunun natrium duzu Sodium salts of UMP Xolin və inositol Choline and inositol Xolin choline Xolin xlorid choline chloride Xolin bitartarat choline bitartrate Xolin sitrat choline citrate İnozitol inositol “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 2 nömrəli əlavəsi Körpələr üçün nəzərdə tutulan tibbi məqsədlər üçün hazırlanan qida məhsulları üzrə vitamin və mineralların miqdarı[21] Hər 100 kC üçün Hər 100 kkal üçün Minimum Maksimum Minimum Maksimum Vitaminlər A Vitamini (mkq-RE)1 16,7 43 70 180 D Vitamini (mkq) 0,48 0,72 2 3 K Vitamini (mkq) 0,24 6 1 25 C Vitamini (mq) 0,96 7,2 4 30 https://e-qanun.az/framework/48615# edn21 Tiamin (mkq) 9,6 72 40 300 Riboflavin (mkq) 14,3 107 60 450 B6 Vitamini (mkq) 4,8 72 20 300 Niasin (mq)2 0,1 0,72 0,4 3 Fol turşusu (mkq-DFE)3 3,6 11,4 15 47,6 B12 Vitamini (mkq) 0,02 0,12 0,1 0,5 Pantoten turşusu (mq) 0,1 0,48 0,4 2 Biotin (mkq) 0,24 4,8 1 20 E Vitamini (α tokoferol) (mq)4 0,14 1,2 0,6 5 Minerallar Natrium (mq) 6 14,3 25 60 Xlor (mq) 14,3 38,2 60 160 Kalium (mq) 19,1 38,2 80 160 Kalsium (mq)5 12 60 50 250 Fosfor (mq)6 6 24 25 100 Magnezium (mq) 1,2 3,6 5 15 Dəmir (mq) 0,07 0,6 0,3 2,5 Sink (mq) 0,12 0,6 0,5 2,4 Mis (mkq) 14,3 29 60 120 Yod (mkq) 3,6 8,4 15 35 Selen (mkq) 0,72 2 3 8,6 Manqan (mkq) 0,24 24 1 100 Xrom (mkq) — 2,4 — 10 Molibden (mkq) — 3,3 — 14 Flüor (mkq) — 47,8 — 200 1- Preformlaşdırılmış A vitamini; RE= retinolun bütün trans ekvivalentləri. 2- Preformlaşdırılmış niasin. 3- Fol turşusunun ekvivalent payı: 1 mkq DFE = qida məhsulunda 1 mkq fol turşusu = tibbi məqsədlər üçün hazırlanan qida məhsulunda 0,6 mkq fol turşusu.[22] 4- RRR- α-tokoferolun vitamin E aktivliyi əsasında. 5- Kalsium: fosfor molyar nisbəti 1-dən az və 2-dən çox olmamalıdır. 6- Ümumi fosfor. https://e-qanun.az/framework/48615# edn22 “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 3 nömrəli əlavəsi Körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, digər tibbi məqsədlər üçün hazırlanan qida məhsulları üçün vitamin və mineralların miqdarı Hər 100 kC üçün Hər 100 kkal üçün Minimum Maksimum Minimum Maksimum Vitaminlər A Vitamini (mkq-RE) 8,4 43 35 180 D Vitamini (mkq) 0,12 0,65/0,75 (1) 0,5 2,5/3 (1) K Vitamini (mkq) 0,85 5 3,5 20 C Vitamini (mq) 0,54 5,25 2,25 22 Tiamin (mq) 0,015 0,12 0,06 0,5 Riboflavin (mq) 0,02 0,12 0,08 0,5 B6 Vitamini (mq) 0,02 0,12 0,08 0,5 Niasin (mq NE) 0,22 0,75 0,9 3 Fol Turşusu (mkq) 2,5 12,5 10 50 B12 Vitamini (mkq) 0,017 0,17 0,07 0,7 Pantoten turşusu (mq) 0,035 0,35 0,15 1,5 Biotin (mkq) 0,18 1,8 0,75 7,5 E Vitamini (mq α-TE) 0,5/q hər 100 KC üçün 0,1 mq-dan az olmamaq şərtilə linol turşusu şəklində ifadə olunmuş polidoymuş yağ turşuları 0,75 0,5/q hər 100 KC üçün 0,5 mq dan az olmamaq şərtilə linol turşusu şəklində ifadə olunmuş 3 https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:02016R0128-20200514#E0008 https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:02016R0128-20200514#E0008 polidoymuş yağ turşuları Minerallar Natrium (mq) 7,2 42 30 175 Xlor (mq) 7,2 42 30 175 Kalium (mq) 19 70 80 295 Kalsium (mq) 8,4/12 42/60 (1) 35/50 (1) 175/250 (1) Fosfor (mq) 7,2 19 30 80 Maqnezium (mq) 1,8 6 7,5 25 Dəmir (mq) 0,12 0,5 0,5 2 Sink (mq) 0,12 0,36 0,5 1,5 Mis (mkq) 15 125 60 500 Yod (mkq) 1,55 8,4 6,5 35 Selen (mkq) 0,6 2,5 2,5 10 Manqan (mq) 0,012 0,12 0,05 0,5 Xrom (mkq) 0,3 3,6 1,25 15 Molibden (mkq) 0,84 4,3 3,5 18 Flüor (mq) — 0,05 — 0,2 (1) 1-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida məhsulları üçün “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 4 nömrəli əlavəsi Bitki mühafizə vasitələrinin təsiredici maddələrinin maksimum qalıq miqdarları Maddənin kimyəvi adı Maksimum qalıq miqdarı (mq/kq) Cadusafos (Cadusafos) 0,006 S-metil demeton / S-metil sulfon demeton / metil- oksidemeton (s metil demeton şəklində ifadə olunmuş ayrılıqda və ya birləşmə formasında) (Demeton-S-methyl/demeton-S-methyl sulfone/ oxydemeton-methyl) 0,006 Etoprofos (Ethoprophos) 0,008 Fipronil (fipronil şəklində ifadə olunmuş fipronil və desulfinil fipronilin cəmi) (Fipronil (fipronil, fipronil-desulfinyl, fipronil) 0,004 Propineb/propilenetiourea (Propineb və propilenetioureanın cəmi) (Propineb/propylenethiourea (propineb, propylenethiourea)) 0,006 “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 5 nömrəli əlavəsi Bitki mühafizə vasitələrində istifadəsi qadağan edilən təsiredici maddələrin siyahısı Maddənin kimyəvi adı 1. Aldrin və dieldrin, dieldrin şəklində ifadə olunmuş (Aldrin, dieldrin) 2. Disulfoton (disulfoton şəklində ifadə olunmuş disulfoton, disulfoton sulfoksid və disulfotona sulfonun cəmi) (Disulfoton) 3. Endrin (Endrin) 4. Fensulfotion ( fensulfotion şəklində ifadə olunmuş fensulfotion, onun oksigenli analoqu və onların sulfonlarının cəmi) (Fensulfothion) 5. Trifeniltin kationu kimi ifadə olunan fentin (Fentin) 6. Haloksifop (haloksifop şəklində ifadə olunmuş haloksifop, konyuqatları da daxil olmaqla onun duzları və mürəkkəb efirləri) (Haloxyfop) 7. Heptaxlor kimi ifadə olunmuş heptaxlor epoksid və trans-heptaxlor (Heptachlor, trans-heptachlor) 8. Heksaxlorbenzin (Hexachlorobenzene) 9. Nitrofen (Nitrofen) 10. Ometoat (Omethoate) 11. Terbufos (terbufos kimi ifadə olunan terbufos, onun sulfoksid və sulfonunun cəmi) (Terbufos) İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] PDCAAS – Zülaldakı aminturşuların mənimsənilmə əmsalı. PDCAAS hesablanarkən bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən miqdarlar nəzərə alınmalıdır. [2] Retinol ekvivalenti [3] RRR α tokoferolun vitamin E aktivliyi [4] Niasin ekvivalenti [5] Fol turşusunun pəhriz ekvivalenti (DFE): 1mq DFE = 1 mq qida ilə mənimsənilən folat = 0,6 mq Diyetik qida məhsulları ilə mənimsənilən fol turşusu [1] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə adında və 1.1-ci bəndində “edilən” sözündən sonra “diyetik” sözü əlavə edilmişdir. https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ftnref1 https://e-qanun.az/framework/48615# ftnref2 https://e-qanun.az/framework/48615# ftnref3 https://e-qanun.az/framework/48615# ftnref4 https://e-qanun.az/framework/48615# ftnref5 https://e-qanun.az/framework/48615# ednref1 https://e-qanun.az/framework/54618 [2] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə adında və 1.2-ci bəndində “Pəhriz” sözü “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [3] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n adında və 1.1-ci bəndində “edilən” sözündən sonra “diyetik” sözü əlavə edilmişdir. [4] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.1-ci bəndində “bədən kütləsini azaldan” sözləri “diyetik” sözü ilə əvəz edilmişdir. [5] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.3-cü, 1.4-cü, 2.1- 2.3-cü, 2.5- 2.11-ci, 3.1-ci, 3.2-ci bəndlərdə “bədən kütləsini azaldan” sözləri “diyetik” sözü ilə əvəz edilmişdir. [6] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2.3-cü bəndin (PDCAAS [1] ) nömrəli istinadında “2 nömrəli əlavəsində” sözləri “3 nömrəli əlavəsində” sözləri ilə əvəz edilmişdir. [7] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 3.1-ci bənddə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi” sözləri ilə əvəz olunmuşdur. https://e-qanun.az/framework/48615# ednref2 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref3 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref4 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref5 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref6 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref7 https://e-qanun.az/framework/54618 [8] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 3.1.1-ci yarımbənddə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən” sözləri “Diyetik” sözü ilə əvəz olunmuşdur. [9] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarının tərkibinə daxil edilən maddələrin Siyahısı”nın, 2 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması”nın adında və 3 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarında əvəzolunmayan aminturşuların miqdarı”nın adında “Bədən kütləsini azaldan” sözləri “Diyetik” sözü ilə əvəz olunmuşdur. [10] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması”nın 10-cu sətrində Folat (µq DFE) [5]-nin qeydində “gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən” sözləri “Diyetik” sözü ilə əvəz edilmişdir. [11] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n adında “Pəhriz” sözü “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [12] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.1-ci bənddə “pəhriz qida məhsullarının” sözləri “insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının (bundan sonra – tibbi məqsədlər üçün hazırlanan qida məhsulları)” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/48615# ednref8 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref9 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref10 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ftn5 https://e-qanun.az/framework/48615# ednref11 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref12 https://e-qanun.az/framework/54618 [13] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.3-cü, 1.4-cü, 1.6-cı bəndlərində “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. [14] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.5-ci bəndi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 1.5. Pəhriz qida məhsulları dedikdə profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları nəzərdə tutulur. [15] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2-ci hissəsinin mətnində, 3-cü hissəsinin mətnində və adında, 4.1-ci bənddə ismin müvafiq hallarında “pəhriz qida məhsulları” sözləri ismin müvafiq hallarında “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. [16] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1-ci bənddə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi” sözləri ilə əvəz edilmişdir. [17] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.1-ci yarımbənddə “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan qida” sözləri ilə əvəz edilmişdir. [18] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.6-cı yarımbənddə “pəhriz məqsədli” sözləri “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [19] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz https://e-qanun.az/framework/48615# ednref13 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref14 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref15 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref16 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref17 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref18 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref19 https://e-qanun.az/framework/54618 qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.10-cu yarımbənddə “saxlanılması” sözü “yararlılıq” sözü ilə əvəz edilmişdir. [20] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1 nömrəli əlavə - “Pəhriz qida məhsullarının tərkibinə daxil edilməsinə icazə verilən maddələrin siyahısının”, 2 nömrəli əlavə - “Körpələr üçün nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın, 3 nömrəli əlavə – “Körpələr üçün nəzərdə tutulmuş pəhriz qida məhsulları istisna olmaqla, digər pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın, 4 nömrəli əlavə - “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın, 5 nömrəli əlavə - “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın adında və mətnində “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə və “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə, əvəz edilmişdir. [21] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavə - “Körpələr üçün nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın adında “pəhriz qida məhsulları üçün” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları üzrə” sözləri ilə əvəz edilmişdir. [22] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavə - Körpələr üçün nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın 3-cü qeydində “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/48615# ednref20 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref21 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref22 https://e-qanun.az/framework/54618

Resolution No. 25 of the Food Safety Agency on sanitary rules on food for special medical purposes · Nelum