跳到主要内容
Nelum
阿塞拜疆的法律

Resolution No. 04Q of the Ministry of Agriculture on approval of Regulation regarding attestation and registration of real and legal persons involved in seed production

颁布于 2012-05-02 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qərar № 04Q.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
business/industry/corporations, certification, inspection, institution, plant production, seeds/planting material, registration, governance
类别
*, agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ Q Ə R A R № 04Q Bakı şəhəri 2 may 2012-ci il “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının 3-cü hissəsinin 1-ci abzasını, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”ni və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20-ci maddəsini rəhbər tutaraq QƏRARA ALIR: 1. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə” təsdiq edilsin (əlavə edilir). 2. Tapşırılsın Aparatın Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənova: “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”nin qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin. Nazir İsmət Abasov “Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qərar № 04Q 2 may 2012-ci il Nazir İsmət Abasov Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Ə S A S N A M Ə 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının 3-cü hissəsinin birinci abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə olunmuşdur: 1.2.1. Attestasiya Komissiyası – kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən təşkil olunan komissiya; 1.2.2. Şəhadətnamə - attestasiyanın yekunlarına əsasən toxum istehsalçılarının reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərə toxumçuluq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd. 2. Attestasiya Komissiyası 2.1. Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən 5 (beş) nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Komissiyanın sədri bu nümayəndələrin sırasından seçilir. Attestasiya Komissiyasının iclası onun üzvlərinin azı dördü iştirak etdikdə səlahiyyətli hesab olunur, Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs sayılır. 2.2. Attestasiya Komissiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir: kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi; hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi; attestasiyanın keçirilmə proseduru, tarixi barədə attestasiyanın keçirilməsinə 15 gün qalmış yazılı bildirişin göndərilməsi. 3. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə dair (qoyulan) tələblər 3.1. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün tələblər aşağıdakılardır: 3.1.1. 2 ildən az olmayaraq toxumçuluq fəaliyyəti üzrə iş təcrübəsi; 3.1.2. toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində, icarəsində və ya istifadəsində aşağıda göstərilən torpaq sahəsinin olması: taxıl toxumçuluğu üzrə minimum 50 hektar; pambıq toxumçuluğu üzrə minimum 15 hektar; meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar; tərəvəz toxumçuluğu üzrə minimum 5 hektar; 3.1.3. bölgənin torpaq-iqlim şəraitindən asılı olaraq elmi cəhətdən əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl olunması; 3.1.4. dəmyə torpaqlarda son 3 ildə əkin strukturunda ən azı 16% herik (dincə qoyulmuş) sahələrinin saxlanması; 3.1.5. mövsüm ərzində becərilən bitki növlərinin sayının 2-dən çox olmaması; 3.1.6. toxumçuluq məqsədi ilə becərilən bitki üzrə sortların sayının 2-dən artıq olmaması; 3.1.7. toxumçuluq və tingçilik təsərrüfatının anbarlarında və əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması; 3.1.8. toxumların və yaxud tinglərin istehsalı üçün kifayət qədər zəruri texnikaların, o cümlədən toxumtəmizləyən, toxumdərmanlayan və s. olması; 3.1.9. istehsal olunmuş toxum sortlarının qarışmasına yol verməmək üçün kifayət qədər ixtisaslaşdırılmış xırmanın, anbar binalarının və üstü örtülü asfaltlaşdırılmış meydançaların olması; 3.1.10. bölgə üçün müəyyən edilmiş aqrotexniki tədbirlər kompleksinə əməl edilməsi; 3.1.11. toxumların və yaxud tinglərin becərilmə sxeminin olması; 3.1.12. təsərrüfatda istehsal olunmuş və satılmış toxumların hər bir bitki və sortlar üzrə ayrılıqda uçotunun aparması, onların mənşəyi, keyfiyyəti (səpin aktı, əkinlərin qəbulu, əkinlərin aprobasiyası, biçin, məhsulun mədaxili, təmizlənməsi, satılması, toxumun sertifikatı, toxumun kondisiyalılığı) barədə sənədlərin olması; 3.1.13. toxumçuluğa aid hesabat materiallarının 3 il ərzində saxlanılmasının təmin edilməsi. 3.2. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər toxum istehsalçılarının reyestrinə daxil edilmək üçün Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti; fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti; torpağa mülkiyyət və ya 3 (üç) illik icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; toxum və tinglərin istehsalı ilə bilavasitə məşğul olan mütəxəssislər barədə məlumat; istehsal fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğunu və təsərrüfatın bu Əsasnamədə göstərilmiş tələblərə cavab verməsini təsdiq edən rayon dövlət toxum müfəttişliyinin rəyi; əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması barədə rayon bitki mühafizə mərkəzinin rəyi; karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması barədə karantin ekspertizasının şəhadətnaməsi. 3.3. Hüquqi və fiziki şəxslər rəy verilməsi üçün rayon dövlət toxum müfəttişliyinə və bitki mühafizə mərkəzinə ərizə ilə müraciət edirlər. Rayon dövlət toxum müfəttişliyi və bitki mühafizə mərkəzi 15 (on beş) gün müddətində təsərrüfatın bu Əsasnamədə göstərilmiş tələblərə cavab verməsi və əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olub-olmaması barədə rəy verməlidirlər. Rəy verilməsindən imtina edilə bilməz. 3.4. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir). 3.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərin müraciətindən sonra bir ay müddətində sənədlərə baxaraq, bu barədə hüquqi və fiziki şəxslərə yazılı məlumat verməklə toplanmış sənədləri toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün Attestasiya Komissiyasına təqdim edir. 3.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə hüquqi və ya fiziki şəxsə yazılı məlumat verilir. Hüquqi və ya fiziki şəxslər tərəfindən 10 (on) gün müddətində çatışmazlıqları aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim olunur. 4. Toxumçuluq və ya tingçilik təsərrüfatının attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilmiş fiziki və ya hüquqi şəxslərə şəhadətnamənin verilməsi 4.1. Attestasiya Komissiyası toxumçuluq və tingçilik təsərrüfatlarını toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün attestasiyadan keçirir. 4.2. Toxumçuluq və tingçilik təsərrüfatları yenidən attestasiyadan 3 (üç) ildən bir keçirilir. 4.3. Attestasiyadan keçirilmiş toxumçuluq və tingçilik təsərrüfatları toxum istehsalçılarının reyestrinə daxil edildikdən sonra onlara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olmaq hüququ verən şəhadətnamə verilir (Əlavə № 1). 4.4. Şəhadətnamə itdikdə və ya məhv olduqda şəhadətnamənin yenidən alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər. 4.5. Hüquqi və fiziki şəxs şəhadətnamədən yalnız özü istifadə edə bilər. 4.6. Şəhadətnamə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi formada nəşr edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır. 5. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət 5.1. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.[1] 5.1.1. Fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə riayət edilməsinə nəzarət etmək; 5.1.2. Nəzarət zamanı ortaya çıxan pozuntulara aid müvafiq arayışlar tələb etmək; 5.1.3. Nəzarətin nəticəsinə dair pozuntular və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək; 5.1.4. Müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə təsərrüfat subyektinə xəbərdarlıq etmək.[2] 5.2. Hüquqi və fiziki şəxslər nəzarət zamanı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin həmin obyektlərə daxil olmasına şərait yaratmağa, nəzarətə aid sənədləri onlara təqdim etməyə və nəzarət zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməyə borcludurlar.[3] 5.3. Nəzarətin nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və müəssisənin rəhbəri və ya fiziki şəxs tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina etdikdə bu barədə müəssisə rəhbərinin və ya fiziki şəxsin rəyi əlavə olunur. Aktın bir surəti hüquqi və fiziki şəxsdə qalır. 5.4. Kənd Təsərrüfatı Nazirliyi ictimai təşkilatların nümayəndələrini də bu Əsasnaməyə uyğun olaraq toxumçuluq və tingçilik təsərrüfatlarına nəzarət edilməsinə cəlb edə bilər. 6. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi[4] http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn4 6.1. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətini aşağıdakı hallarda dayandırır:[5] 6.1.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.1.2. Hüquqi və fiziki şəxslər tərəfindən normativ hüquqi aktlara əməl edilmədikdə və ya aidiyyəti dövlət orqanları tərəfindən onun fəaliyyəti dayandırıldıqda; 6.1.3. Hüquqi şəxsin müflisləşməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə təsdiq edildikdə; 6.1.4. Fəaliyyət növünün həyata keçirilməsi üçün bu Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət edilmədikdə; 6.1.5. Dövlət toxum müfəttişliyi tərəfindən il ərzində toxumçuluq təsərrüfatlarında reproduksiyalı toxum istehsalı texnologiyasının pozulması, istehsal olunmuş və satılmış toxumların keyfiyyətinin saxtalaşdırılması barədə 2 (iki) və ya daha çox fakt aşkar edildikdə. 6.2. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi vaxtdan 5 gün müddətində onlara yazılı şəkildə məlumat verir. 6.3. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra toxumçuluq subyektinin müraciətinə əsasən 5 (beş) gün müddətində fəaliyyəti yenidən bərpa olunur.[6] 6.4. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətini aşağıdakı hallarda ləğv edir: 6.4.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.4.2. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilməsi və şəhadətnamə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə; 6.4.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 6.4.4. Hüquqi şəxs ləğv edildikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə. 6.5. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin ləğv edilməsi haqqında qərarın surətini (məhkəmə qərarları istisna olmaqla) onun qəbul edildiyi tarixdən növbəti beş iş günündən gec olmayaraq onlara təqdim edir.[7] “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# edn7 istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”yə 1 nömrəli Əlavə İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 9 iyul 2012-ci il tarixli 05Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı 2. 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 5.1. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir: [2] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 5.1.1-5.1.4-cü yarımbəndlər və 5.3-cü bənd ləğv edilmişdir. [3] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 5.2-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 5.2. Hüquqi və fiziki şəxslər nəzarət zamanı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin həmin obyektlərə daxil olmağa, onlara normal şəraiti yaratmağa və tələb olunan sənədləri təqdim etməyə borcludurlar. [4] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 6-cı hissənin adından “dayandırılması və ya” sözləri çıxarılmışdır. [5] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 6.1-6.3-cü bəndlər ləğv edilmişdir. [6] 9 iyul 2012-ci il tarixli 05Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 6.3-cü bəndində “müraciətinə əsasən” sözlərindən sonra “5 (beş) gün müddətində” sözləri əlavə edilmişdir, “bərpa oluna bilər” sözləri “bərpa olunur” sözləri ilə əvəz edilmişdir. [7] 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı ilə 6.5-ci bənd əlavə edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref2 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref3 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref4 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref5 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref6 http://www.e-qanun.az/alpidata/framework/data/23/c f 23505.htm# ednref7

Resolution No. 04Q of the Ministry of Agriculture on approval of Regulation regarding attestation and registration of real and legal persons involved in seed production · Nelum