Presidential Decree No. 961 on additional measures for improvement of water supply in cultivation sites and meeting the need of the population for drinking water
颁布于 2014-12-25 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı № 961.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development, Water
- 关键词
- agricultural development, agricultural land, irrigation, financial agricultural measures, potable water, water supply, well sinking/boreholes, financing
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. 2013-cü ildə Taxtakörpü və 2014-cü ildə Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 200 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, 50 min hektara yaxın torpaq sahəsinin dövriyyəyə daxil edilməsi mümkün olacaqdır. Əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-cü ildə əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107, 2014-cü ildə isə əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusu qazılmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon (on doqquz milyon beş yüz min) manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2014-cü il № 961 Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 961 nömrəli Sərəncamına Əlavə 2015-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı Sıra №-si Rayonun, şəhərin adı Quyuların sayı Yaşayış məntəqəsinin adı 1 2 3 4 1 Ağcabədi 20 Salmanbəyli Mirzəhaqverdili Kəbirli Hindarx (2 quyu) Qaraxanlı Rəncbərlər Taynaq Sarıcalı Poladlı Qiyaməddinli (2 quyu) Şahsevən Şərəfxanlı Göyük Minəxorlu (2 quyu) Muğanlı (2 quyu) Xocavənd 2 Ağdam 20 Qaradağlı İkinci Yüzbaşılı Paşabəyli Çəmənli Sarıcalı Kiçikli Böyükbəyli (3 quyu) Alıbəyli Ballar Ergi ərazisi (4 quyu) Qəhrəmanbəyli Kolqışlaq Ayaq Qərvənd Əfətli Üçoğlan 3 Ağdaş 2 Qolqəti Bulaqotağı 4 Ağsu 1 Ağarx 5 Ağstafa 11 Pirili ( 2 quyu) Poylu Aşağı Kəsəmən ( 2 quyu) Kolxəlfəli Xılxına Köçəsgər Kolayır Qırılı Düzqışlaq 6 Astara 2 Tənqərüd Səncərədi 7 Balakən 7 Katex Xalatala Şambul Cederovtala Qaysa İtitala Hənifə 8 Beyləqan 7 Şəfəq qəsəbəsi (2 quyu) Dünyamalılar Yeni Mil Beyləqan şəhəri Gödəklər İkinci Şahsevən 9 Bərdə 20 Bala Qacar Soğanverdilər Əmirli (2 quyu) Xanərəb (2 quyu) Samuxlu Əliyanlı Kətəlparaq (3 quyu) Şirvanlı Hüseynbəyli Şahvəlilər Xanağalı Mirzəcəfərli Cəyirli Hacallı Qazıqurdalı Qaradəmirçi 10 Cəlilabad 7 Günəşli Boyxanlı Alar Üçtəpə (4 quyu) 11 Füzuli 13 Aşağı Seyidəhmədli Alxanlı Şükürbəyli (2 quyu) Gecəgözlü (5 quyu) Babı Aşağı Kürdmahmudlu Böyükbəhmənli İkinci Mahmudlu 12 Gəncə 5 Nizami rayonunun ərazisi (3 quyu) Kəpəz rayonunun ərazisi (2 quyu) 13 Goranboy 20 Balakürd Qazançı Hacallı (2 quyu) Rəhimli (2 quyu) Qaradağlı Hazırəhmədli Qırıqlı (2 quyu) Qızılhacılı (2 quyu) Veyisli (3 quyu) Qaramusalı Tap Qaraqoyunlu Xınalı (2 quyu) Səmədabad 14 Göygöl 9 Quşqara (3 quyu) Bəhrambağ Sərkar Balçılı (2 quyu) Xaqani (2 quyu) 15 Xaçmaz 7 Üçqünqışlaq Sayad Qımılqışlaq Niyazoba Sərkərli Xaçmaz şəhəri ərazisi Alekseyevka 16 Şamaxı 1 Mədrəsə 17 İsmayıllı 8 Qubaxəlilli Topçu Gideyli Enişdibi Balik Quşencə Qoşakənd Ağbulaq 18 Qax 12 Dəymədağlı Lələpaşa Tasmalı Zəyəm Qındırğa Cəlayır Suskənd Qorağan Əlibəyli İbaxlı Qazmalar Əmbərçay 19 Qazax 9 Hüseynbəyli Birinci Şıxlı Alpout Çaylı Orta Salahlı Qazaxbəyli Kosalar Yuxarı Salahlı Aslanbəyli 20 Qəbələ 7 Bunud Həmzəli Məmmədağalı Seyidqışlaq Çığatelli Mirzəbəyli Bəyli 21 Quba 5 Aşağı Atuc (2 quyu) Qımılqışlaq Pirvahid Küpçal 22 Qusar 4 Samur qəsəbəsi Hiloba Üzdənoba Caqarqışlaq 23 Masallı 6 Güllütəpə Təzə Alvadı Banbaşı Bədəlan Böyük Kolatan Ərkivan 24 Oğuz 6 Padar (2 quyu) Sincan Top Qarabaldır Qumlaq 25 Samux 11 Ziyadlı Samux şəhərinin ərazisi (2 quyu) Tatlı Alıuşağı Yuxarı Ağasıbəyli Əli Bayramlı Qovlarsarı Füzuli Sərkar Əhmədbəyli 26 Şəki 14 Küdürlü Kiçik Dəhnə Kosalı Əliyar Qudula Daşbulaq Daşüz Baş Göynük (2 quyu) Aşağı Şabalıd Baltalı Qırxbulaq Şəki şəhərinin ərazisi Baş Zəyzid 27 Tərtər 14 Hüsənli Bala Kəngərli Xoruzlu Qaradağlı Hacıqərvənd Gülabatlı (2 quyu) Sarov Borsunlu İsmayılbəyli Azad Qaraqoyunlu Düyərli Ələsgərli Köçərli 28 Tovuz 12 Əyyublu (2 quyu) Aşağı Quşçu (4 quyu) Dönük Qırıqlı (3 quyu) Qovlar şəhəri Düz Qırıqlı Alakol 29 Yevlax 5 Qaramanlı (2 quyu) Rüstəmli Malbinəsi Yevlax şəhərinin ərazisi 30 Zaqatala 12 Bəhmətli Mosul Aşağı Tala Əli Bayramlı Muğanlı Faldarlı Qandax Kəpənəkçi Qımır Muxax Lahıc Yuxarı Çardaxlar 31 Xocavənd 3 Muğanlı (3 quyu) 32 Şəmkir 16 Aşağı Seyfəli (3 quyu) Sabirkənd Çinarlı Düyərli (3 quyu) Zəyəm Cırdaxan İrmaşlı Şəmkir şəhərinin ərazisi (2 quyu) Könüllü ( 2 quyu) Muxtariyyət Mahmudlu 33 Yardımlı 2 Zevin Urakəran 34 Şuşa (Ağdam rayonu ərazisi) 2 Mirzələr qış yatağı ( 2 quyu) Cəmi 300 241