跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree No. 74 approving the Charter of the State Agency for Regulation of Nuclear and Radiological Activities under the Ministry of Emergency Situations

颁布于 2009-04-03 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 74.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
emissions, environmental security, hazardous substances, inspection, institution, monitoring, pollution control, precautionary principle, protection of environment, public health, radiation, risk assessment/management, governance

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram: 1. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə edilir). 2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə"də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1245) aşağıdakı dəyişikliklər edilsin: 2.1. 8.7-ci bənddən ", radioaktiv maddələrin və ionlaşdırıcı şüa mənbələrinin" sözləri çıxarılsın; 2.2. 8.14-cü bənddə "radiasiya" sözü "texniki" sözü ilə əvəz edilsin; 2.3. 9.3-cü bənddə ", habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlara radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində" sözləri "məqsədilə" sözü ilə əvəz edilsin; 2.4. 9.16-cı bənddə "obyektlər və ionlaşdırıcı şüa mənbələri olan müəssisələr, idarələr və təşkilatlara" sözləri "obyektlərə" sözü ilə əvəz edilsin; 2.5. 8.15-ci, 8.16-cı, 8.17-ci və 8.18-ci bəndlər çıxarılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu fərman imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 aprel 2009-cu il № 74 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR 1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) əmr və göstərişlərini rəhbər tutur. 3. Agentlik öz vəzifələrini yerinə yetirərkən Nazirliyin tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və Agentliyin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. 6. Agentlik Bakı şəhərində yerləşir. II. AGENTLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. öz səlahiyyətləri daxilində nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 7.2. nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir; 7.3. nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir; 7.4. nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür; 7.5. nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir; 7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir. III. AGENTLİYİN VƏZİFƏLƏRİ 8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.1. radioaktiv maddələrin dağıdılması və ionlaşdırıcı şüa mənbələrinin itirilməsi şəraitinin və səbəblərinin texniki araşdırılmasında iştirak etmək; 8.2. nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq, bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak etmək; [1] 8.3. nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların istehsalat nəzarətinin həyata keçirilməsi qaydalarına razılıq vermək; 8 . 4 . öz səlahiyyətləri daxilində nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirmək, onların səmərəliliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparmaq; [2] 8.5. əhalinin, nüvə və radiasiya qəzası başvermə ehtimalı olan müəssisə və təşkilatlarda işçilərin radiasiya və nüvə qəzasından mühafizəsinin təmin edilməsinə, habelə qəzanın nəticələrinin aradan qaldırılmasına dair tədbirlər planına razılıq vermək; 8.6. nüvə materiallarının, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrinin iş yerlərində və anbarlarda müəyyən edilmiş qaydada saxlanmasına icazə vermək; 8.7. nüvə və radiasiya təhlükəli obyektlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamalar həyata keçirmək; 8.8. nüvə və radioaktiv təhlükəli yüklərin avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri ilə daşınma marşrutlarının (xətlərinin) müəyyən edilməsinə öz səlahiyyətləri daxilində razılıq vermək; 8.9. nüvə materiallarının, texnologiyasının, qurğularının, avadanlıqlarının, radioaktiv ionlaşdırıcı şüa mənbələrinin, o cümlədən radioaktiv tullantıların və izotop məhsulunun (radioaktiv və süni surətdə alınmış sabit izotoplar), bu kateqoriyada göstərilən malların hazırlanması, istehsalı, istifadəsi üçün texnologiyaların və “proqram təminatı”nın ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına və tranzitinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəy vermək; 8.10. nüvə və radioaktiv maddələr, habelə ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı şüalanmadan mühafizə üzrə təhlükəsizlik qaydalarını müəyyən etmək; 8.11. radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müəssisə və təşkilatlarda, onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla, istehsalat nəzarətinin həyata keçirilməsi qaydasına öz səlahiyyətləri daxilində razılıq vermək; 8.12. öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul etmək; [3] 8.13. nüvə və radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda radiasiya təhlükəsizliyinə, fiziki mühafizənin təmin edilməsinə dair tələblərə riayət olunmasına nəzarət etmək; 8.14. mülkiyyət formasından asılı olmayaraq müəssisələrin radioaktiv tullantıların toplanması, daşınması, yenidən işlənməsi, saxlanması və basdırılması, habelə radioaktiv tullantılarla işləyən obyektlərin tikilməsi, istismarı, bərpası və istismardan çıxarılması üzrə işlərinin əlaqələndirilməsində və nəzarətin həyata keçirilməsində iştirak etmək; 8.15. əhalinin və ərazilərin radiasiya təhlükəsizliyinin təmin edilməsində, ətraf mühitin radioekoloji monitorinqinin keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək; 8.16. radiasiya şəraiti və radiasiya təhlükəsizliyi tədbirləri haqqında əhaliyə məlumat vermək; 8.17. faydalı qazıntı yataqlarının kəşfiyyatı zamanı faydalı qazıntıların, eləcə də onlardan istehsal olunan tikinti materiallarının, konstruksiyaların və digər məmulatların radiasiya təhlükəsizliyi normalarına uyğun olmasına öz səlahiyyətləri daxilində nəzarəti təmin etmək; 8.18. əhalinin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədi ilə ölkə ərazisində məskunlaşma və şəhərsalma işlərinin baş planının, eləcə də sənaye obyektlərinin yerləşmə baş sxeminin işlənib hazırlanmasında radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarəti həyata keçirmək; 8.19. radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin səmərəliliyinə nəzarət məqsədi ilə müstəqil sınaqların və radiasiya ölçmələrinin aparılmasını həyata keçirmək; 8.20. nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə, habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini tələb etmək; 8.21. nüvə və radiasiya təhlükəli obyektlərdə insanların həyatı üçün təhlükə yarandıqda və ya qəza baş verdikdə, işçilərin iş yerlərini tərk etməsi barədə qərarlar qəbul etmək, zəruri hallarda işləri dayandırmaq, avadanlığın möhürlənməsini eləcə də təhlükəsizlik tədbirlərini həyata keçirmək; 8.22. nüvə və radiasiya təhlükəli obyektlərdə öz səlahiyyətləri daxilində aparılan yoxlamalar nəticəsində qərarların yerinə yetirilməməyi və qanunvericiliyin pozulması barədə materialları müvafiq orqanlara göndərmək; 8.23. radiasiya sahəsinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı Nazirliyə rəy vermək; [4] 8.24. nüvə və radiasiya təhlükəli obyektlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasını həyata keçirmək və ekspertizanın nəticələri barədə rəyi təsdiq etmək; 8.25. daxilində radioaktiv mənbələri olan qurğulara, habelə radioaktiv mənbələrin və tullantıların nəqli üçün istifadə olunan nəqliyyat vasitələrinə qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənəd vermək; 8.26. nüvə və radioloji fəaliyyətə dair məlumat bazasını yaratmaq; 8.27. nüvə və radioloji fəaliyyət üzrə qanunvericiliyin tələblərinin yerinə yetirilməməyi, eləcə də pozuntular aşkar edildiyi hallarda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək; 8.28. nüvə və radioaktiv materiallarının və ionlaşdırıcı şüa mənbələrinin dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsini təmin etmək, onlar üzrə məlumat bankını yaratmaq, uçotunu və Dövlət Reyestrini aparmaq; 8.29. nüvə və radiasiya sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hesabatları mütəmadi olaraq hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; 8.30. nüvə və radioloji fəaliyyət sahəsində digər orqanların fəaliyyətini əlaqələndirmək; 8.31. nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyə dair operativ qərar qəbul etmək; 8.32. qanunvericilikdə nəzərdə tutulmuş qaydada radioaktiv mənbələrin dövriyyəsinə nəzarət etmək; 8.33. nüvə və radiasiya təhlükəsizliyinə cavabdeh olan şəxslərin attestasiyasını keçirmək və müvafiq sənədlər vermək; 8.34. Agentliyin fəaliyyət istiqamətlərinə aid edilən sahələrin inkişafını təmin etmək; 8.35. öz səlahiyyətləri daxilində dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək; 8.36. Agentliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığı, kadrların əlavə təhsili üzrə proqram layihələri hazırlamaq və Nazirliyə təqdim etmək, belə proqramların yerinə yetirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; [5] 8.37. Agentliyə ayrılan büdcə və digər maliyyə vasitələrindən təyinatı üzrə istifadə olunmasını təmin etmək; 8.38. Agentliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; 8.39. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. IV. AGENTLİYİN HÜQUQLARI 9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 9.1. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüa mənbələrinin təhlükəsizliyini və fiziki mühafizəsi tələblərinə riayət edilməsini yoxlamaq məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq radiasiya təhlükəli obyektlərə sərbəst daxil olmaq; 9.2. nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüa mənbələrinin yerləşdiyi obyektlərdə baş vermiş nüvə və radiasiya qəzası və hadisə faktı üzrə texniki təhqiqatın aparılması üçün xüsusi komissiyanın yaradılması barədə Nazirliyə təkliflər vermək; 9.3. nüvə və radiasiya təhlükəli obyektlərin mütəxəssislərinin və işçilərinin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təhsilini və təlimatlandırılmasını həyata keçirən hüquqi və fiziki şəxslərin tədris metodikalarını razılaşdırmaq; 9.4. nüvə və radioloji fəaliyyət növləri həyata keçirilən yerlərdə radiasiya ölçmələri aparmaq və bu məqsədlər üçün müvafiq avadanlığın qurulmasını təmin etmək; 9.5. nüvə və radiasiya təhlükəli obyektlər, ionlaşdırıcı şüa mənbələri olan müəssisələr, idarələr və təşkilatlar barədə öz səlahiyyətləri daxilində icrası məcburi olan qərarlar qəbul etmək; 9.6. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; 9.7. qanunvericiliklə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq hakimiyyət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq; 9.8. kadrların hazırlanması, təkmilləşdirilməsi və əlavə təhsili və proqramların həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; 9.9. sərəncamında olan maliyyə vəsaitlərini müəyyən olunmuş qaydada idarə etmək; 9.10. qanunvericiliklə müəyyən olunmuş qaydada qəzet, jurnal, bülleten buraxılmasında, nəşriyyat işinin həyata keçirilməsində, Nazirliyin internet saytının tərtibində öz səlahiyyətləri daxilində iştirak etmək; 9.11. Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ 10. Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində Agentliyin strukturu, ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər smetası və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir. 11. Agentliyin əməkdaşları dövlət qulluqçusu statusuna malikdirlər. 12. Agentliyin işçilərinin vəzifələrə təyin və vəzifələrdən azad edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə hallar naziri (bundan sonra – nazir) tərəfindən həyata keçirilir. 13. Agentliyin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis (bundan sonra – rəis) rəhbərlik edir. 14. Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır. 15. Rəisin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. 16. Rəisin müavinləri rəis tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. 17. Rəis aşağıdakı səlahiyyətlərə malikdir: 17.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 17.2. öz müavinlərinin arasında vəzifə bölgüsünü aparır; 17.3. Agentliyin struktur bölmələrinin işçilərinin qanunvericilikdə nəzərdə tutulmuş həvəsləndirmə və intizam tədbirlərinə cəlb edilməsi üçün Nazirliyə təqdimat verir; 17.4. öz səlahiyyətləri daxilində Agentliyin fəaliyyətinə dair əmrlər, sərəncamlar və göstərişlər verir; 17.5. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini ləğv edir; 17.6. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir; 17.7. öz səlahiyyətləri daxilində Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak edir; 17.8. Agentliyin struktur bölmələrinin əsasnamələrini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir; 17.9. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir; 17.10. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir; 17.11. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir; 17.12. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir. 18. Agentliyin səlahiyyətlərinə aid olan məsələlərin həlli üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən texniki Şura yaradıla bilər. Şuranın Əsasnaməsi nazir tərəfindən təsdiq edilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) 2. 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) 3. 19 iyul 2023-cü il tarixli 2233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 9 58) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.2-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 8.2. öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartlarının, tikinti norma və qaydalarının, əməyin mühafizəsi qaydalarının, normativ hüquqi, metodiki və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək; [2] 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.4-cü bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır və həmin bəndə “qiymətləndirilməsi” sözündən sonra “(sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir. [3] 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.12-ci bənddə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilmişdir. [4] 19 iyul 2023-cü il tarixli 2233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 9 58) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.23-cü bəndi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 8.23. radiasiya sahəsinə aid olan məsələlərlə bağlı fəaliyyət növlərinə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi icazə və digər hüquqmüəyyənedici sənədlərin verilməsi barədə Nazirliyə rəy vermək; [5] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.36-cı bəndində “onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması” sözləri “kadrların əlavə təhsili” sözləri ilə, 9.8-ci bəndində “təkmilləşdirilməsi və ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/44859 https://e-qanun.az/framework/54648 http://e-qanun.az/framework/44859 http://e-qanun.az/framework/44859 http://e-qanun.az/framework/44859 https://e-qanun.az/framework/54648

Presidential Decree No. 74 approving the Charter of the State Agency for Regulation of Nuclear and Radiological Activities under the Ministry of Emergency Situations · Nelum