Presidential Decree No. 59 on implementation of Article 5 of the Basel Convention
颁布于 2004-01-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasından irəli gələn bəzi məsələlər barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 59.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Waste and hazardous substances
- 关键词
- transboundary movement of waste, hazardous waste, waste disposal, waste management, institution, international agreement-implementation, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sından irəli gələn bəzi məsələlər barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasının 2001-ci il 16 fevral tarixli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının 1989-cu il martın 22-də Bazel şəhərində imzalanmış "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sının 5-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sı üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilsin. 2. Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sının 5-ci maddəsində nəzərdə tutulmuş mərkəz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi təyin edilsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, sərəncamın 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sı üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan və 2-ci bəndinə müvafiq olaraq həmin Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş mərkəz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyinin təyin olunması barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 yanvar 2004-cü il № 59