Presidential Decree No. 485 on approval of the establishment of the Ministry of Ecology and Natural Resources
颁布于 2001-05-23 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 485.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment
- 关键词
- environmental security, institution, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi və "Azərmeşə" İstehsalat Birliyi ləğv edilsin. 2. Ləğv olunan Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 23 may 2001-ci il № 485