Presidential Decree No. 467 on measures to improve governance in the agricultural sector
颁布于 2004-10-23 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqinda Azərbaycan Respublikasi Prezidentinin Sərəncami №467.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development
- 关键词
- agricultural development, governance, institution, financial agricultural measures, inspection
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasında son illər aparılan islahatlar nəticəsində aqrar bölmədə yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, bu sahənin inkişafını tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmış və regionlarda sahib karlığın inkişafı üçün əlverişli şərait yaranmışdır. Qazanılmış uğurlar və mövcud potensial dövlətin aqrar siyasətinin həyata keçirilməsini sürətləndirməklə kənd yerlərini inkişaf etdirmək və kənd əhalisinin rifah halını daha da yaxşılaşdırmaqla yanaşı, bu mühüm bölmənin idarə edilməsinin müasir tələblərə uyğun yenidən qurulmasını tələb edir. Aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilsin və müəyyən edilsin ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında aşağıdakı qurumlar yaradılsın: 2.1. Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi; 2.2. Dövlət Baytarlıq Xidməti; 2.3. Dövlət Fitosanitar Nəzarəti Xidməti; 2.4. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edilsin və onun balansında olan əmlak Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında yaradılan Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə verilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında və onun yanında yaradılan xidmətlərin və agentliklərin əsasnamələrinin layihələrini və nazirlik sisteminin strukturu barədə təkliflərini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 oktyabr 2004-cü il №467