跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree no. 404 amending the Presidential Decree No. 106 on approval of the Statute of Sirvan National Park

颁布于 2014-12-15 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 404.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment, Wild species and ecosystems
关键词
ecosystem conservation, protected area, soil conservation/soil improvement, water conservation zone, national parks, protection of environment, hygiene/sanitary procedures

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanını "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəliFərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddələr 614, 625; 2005, № 8, maddə 715; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 2, maddə 86) ilə təsdiq edilmiş: 2. "Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir."; 2.2. 3.8-ci bənddə "hüquqları" sözü "vəzifələri" sözü ilə əvəz edilsin; 2.3. 3.8.2-ci yarımbənddə "müvafiq qanunvericiliyə və xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fiziki və hüquqi şəxslərin" sözləri "və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan" sözləri ilə əvəz edilsin; http://e-qanun.az/framework/5467 2.4. 3.8.4-cü yarımbənddə "mühafizə zonasında" sözləri "sanitariya mühafizə zonasında" sözləri ilə əvəz edilsin, "və digər tədbirlər görmək" sözləri çıxarılsın. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2014-cü il № 404

Presidential Decree no. 404 amending the Presidential Decree No. 106 on approval of the Statute of Sirvan National Park · Nelum