跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree No. 386 on state practice in the field of import and export of ozone-depleting substances

颁布于 2006-03-29 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 386.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
ozone layer, hazardous substances, inspection, institution, international agreement-implementation, international trade, governance
类别
*

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasının qoşulduğu “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyasının “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nun 4-cü maddəsinə uyğun olaraq qərara alıram: 1. Müəyyən edilsin ki, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin həmin Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərdən Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından bu Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərə ixracı qadağandır. 2. Azərbaycan Respublikası Prezidentinin “Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 608 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754; 2003-cü il, № 10, maddə 585) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası üzrə kodları və adları göstərilməklə siyahısını iki ay müddətində hazırlayıb təsdiq etsin; 3.2. müvafiq dövlət orqanları ilə birlikdə ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsinin icrasını təmin edən zəruri tədbirləri həyata keçirsin; 3.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 mart 2006-cı il № 386

Presidential Decree No. 386 on state practice in the field of import and export of ozone-depleting substances · Nelum