Presidential Decree No. 348 on additional measures to improve water supply
颁布于 2009-06-25 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 348.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Water
- 关键词
- freshwater pollution, potable water, water quality standards, waterworks, inland waters, water supply, pollution control, standards
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Son illərdə Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən içməli su ilə təminatı və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2007-ci və 2008-ci illərdə ölkəmizin 12 rayonunun, o cümlədən Naxçıvan Muxtar Respublikasının 2 rayonu daxil olmaqla, 122 kənd yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, bu da 224 min nəfər əhalini içməli su ilə təmin etmişdir. Azərbaycan Respublikasında əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram: 1. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 iyun 2009-cu il № 348