跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree No. 267 on measures for the implementation of the Law on organic agriculture

颁布于 2010-05-24 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 267.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development
关键词
access-to-information, capacity building, certification, ecological production/organic production, institution, monitoring, consumer protection, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.13-cü və 20.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini ekoloji müşahidə orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sertifikatlaşdırma orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir; 1.3. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanması və təsdiq edilməsi səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasınınİqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;[1] 1.4. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə, ictimaiyyətin məlumatlandırılması üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının http://www.e-qanun.az/alpidata/framework/data/19/c f 19591.htm# edn1 həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 may 2010-cu il № 267 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) 2. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1.3-cü və 1.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat vəSənaye” sözləri ilə əvəz edilmişdir. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1.3-cü və 1.4-cü bəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır. http://e-qanun.az/framework/33518 http://www.e-qanun.az/alpidata/framework/data/19/c f 19591.htm# ednref1 http://e-qanun.az/framework/33518

Presidential Decree No. 267 on measures for the implementation of the Law on organic agriculture · Nelum