Presidential Decree No. 2244 on measures for the protection of the Caspian Sea from pollution
颁布于 2000-06-20 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 2244.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment, Sea
- 关键词
- marine pollution, waste disposal, waste domestic sources, waste non-domestic sources, water quality standards, waterworks, pollution control, standards, waste management
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasında Xəzər dənizinin sahili boyunca ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət tərəfindən məqsədyönlü tədbirlər görülür. Lakin bu sahədə hələ də bəzi problemlər həll edilməmiş qalır, o cümlədən bir sıra hallarda sənaye və məişət tullantı sularının təmizlənmədən axıdılması davam etdirilir. Belə ki, Abşeron yarımadasında Bilgəh, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrinin, habelə Pirallahı adasının sahil boyu ərazisində tullantı sulan təmizlənmədən axıdılaraq, bataqlıqların və çirkab gölməçələrin əmələ gəlməsinə səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qərara alıram: 1. Bakı şəhəri Bilgəh-Şüvəlan zonası və Pirallahı adasının sahil boyu zolağında 12 modul tipli lokal təmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,5 milyon manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli lokal təmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin. 4. Quraşdırılmış sutəmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 iyun 2007-ci il № 2244