Presidential Decree No. 166 regarding measures to protect medicinal plants and natural resources of natural determinants of treatment
颁布于 1991-02-27 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 166.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition, Cultivated plants
- 关键词
- condiments/herbs/spices, international trade, inspection, plant protection, toxicity/poisoning, transport/storage, plant production, processing/handling, medicinal plants
- 类别
- *, agriculture
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Son vaxtlar respublikada tez-tez elə hallar olur ki, ayrı-ayrı dövlət təşkilatları və ictimai təşkilatlar, assosiasiyalar, birgə müəssisələr, kooperativlər qiymətli dərman bitkilərinin təbii ehtiyatlarının və məhsuldarlığının qorunması tələblərini pozaraq onları yığır, beləliklə dərman bitkilərinin və xammalının təbiətdəki ehtiyatlarına böyük ziyan vururlar. Bu xammalın respublikanın hüdudlarından kənara satılmasında pozuntulara yol verilir ki, bu da çoxlu itkiyə səbəb olur. Deyilənlərlə əlaqədar olaraq qərara alıram: 1. Müəyyən edilsin ki: – dərman bitkilərinin, zootoksinlərin, təbiət müalicə amillərinin yığılması üçün lisenziyanı Azərbaycan Respublikasının Dövlət Təbiəti Mühafizə Komitəsi yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və respublikanın onların tədarükünə dair plan tapşırıqları olan təşkilatlarına verir; [1] – dərman bitkiləri, zootoksinlər, təbiət müalicə amilləri və onlardan hazırlanan məhsullar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi hədlər əsasında respublikanın hüdudlarından kənara aparılır və satılır. 2. Zəhərli ilanların tutulması, saxlanması, zootoksinlərin əldə edilməsi və emalı, səmərəli ilançılıq sahəsində elmi-tədqiqat işləri kompleksinin yerinə yetirilməsi ilə əlaqədar bütün istehsalat məsələlərinin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti dərman bitkilərinin yığılmasının və kənara aparılmasının, zəhərli ilanların tutulmasının və saxlanmasının qoyulmuş qaydasının icrasını təmin edən tədbirlər görsün. Azərbaycan Respublikasının Prezidenti A. MÜTƏLLİBOV. Bakı təhəri, 27 fevral 1991-ci il, № 166 FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1. 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI [1] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 1-ci bəndinin ikinci abzası çıxarılsın. http://www.e-qanun.az/alpidata/framework/data/10/c f 10300.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/10/c f 10300.htm# ednref1