跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree No. 1182 on the establishment of the Ministry of Emergency Situations

颁布于 2005-12-16 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 1182.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
hazards, early warning system, institution, precautionary principle, risk assessment/management, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılsın. 2. Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Material Ehtiyatları Komitəsi ləğv edilsin və onların funksiyaları, əmlakı və tabeliyində olan idarə və təşkilatlar əsas fondları və dövlət ehtiyatları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin. 3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal departamentinin İzotop xüsusi kombinatı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti və Müdiriyyətin anbarları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin. 4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasında əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin layihəsi, nazirliyin strukturu, xərclər smetası və işçilərinin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.2. Azərbaycan Respublikasının qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 dekabr 2005-ci il

Presidential Decree No. 1182 on the establishment of the Ministry of Emergency Situations · Nelum