Presidential Decree No. 1152 on approval of the national environmental programs
颁布于 2003-02-18 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 1152.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment
- 关键词
- biodiversity, ecosystem conservation, environmental planning, environmental security, policy/planning, pollution control, protection of habitats
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılmışdır. Lakin bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləmişdir. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalmışdır. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə eroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olmuşdur. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurmuşdur. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial iqtisadi əhəmiyyət kəsb edir. Qeyd olunan problemlərin sistemli həllini təmin etmək məqsədi ilə qərara alıram: 1."Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" təsdiq edilsin. 2."Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram" təsdiq edilsin. 3. Bu Sərəncamın 1-ci və 2-ci bəndləri ilə təsdiq edilən Milli Proqramların həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. 4. Azərbaycan Respublikasının Nazirlər Kabienti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Proqramların həyata keçirilməsini təmin etsin. 6. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 fevral 2003-cü il № 1152