跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree No. 1138 on the approval of strategic road maps for the national economy and the main sectors of the economy

颁布于 2016-12-06 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı No. 1138.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Energy, Water
关键词
agricultural development, business/industry/corporations, education, financing, internal trade, international trade, tourism, small and medium enterprises, community management, water supply, natural gas, oil
类别
*, energy

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. 1.1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (əlavə olunur); [1]

  2. 1.2. “Azərbaycan Respublikasının ne$ və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  3. 1.3. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  4. 1.4. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  5. 1.5. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  6. 1.6. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  7. 1.7. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  8. 1.8. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  9. 1.9. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  10. 1.10. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  11. 1.11. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

  12. 1.12. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur). 2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir; 2.1-1. bu Fәrmanla tәsdiq edilәn strateji yol xәritәlәrindә müәyyәn olunmuş mәqsәd vә hәdәflәrә nail olmaq üçün daha operativ icra vә nәzarәt mexanizmlәrinin tәtbiqi mәqsәdilә Azәrbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyәti icraçılarla razılaşdırmaqla, alttәdbirlәrin, әsas vә digәr icraçıların, icra [2] müddәtlәrinin әks olunduğu tәfsilatlı tәdbirlәr planı hazırlaya bilәr; 2.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. 3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası: 3.1. bu Fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün; 3.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: https://e-qanun.az/framework/34254 Sayfa 1 / 531 1138 - Milli iqtisadiyyat vǝ iqtisadiyyatın ǝsas sektorları üzrǝ strateji yol xǝritǝlǝrinin tǝsdiq edilmǝsi haqqında 3.02.2023 12:45

  13. 4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

  14. 4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər: 5.1. iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutsunlar; 5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 dekabr 2016-cı il № 1138 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi Mündəricat https://e-qanun.az/framework/34254 Sayfa 2 / 531