跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree № 2768 on monitoring of cereal crops in 2017

颁布于 2017-03-27 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı № 2768.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
crops, cereals/grains/rice, institution, data collection/reporting, plant production, business/industry/corporations, agricultural commodities, governance
类别
*, agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. 2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, taxılçılığın intensiv inkişafının təmin edilməsi, əkin sahələrindən optimal istifadə olunması, bitkiçiliyə dövlət dəstəyinin səmərəli təşkili, taxılın məhsuldarlığının və keyfiyyətinin müəyyən edilməsi, taxılçılıq sahəsində statistik uçotun təkmilləşdirilməsi və etibarlı məlumat-informasiya bazasının yaradılması məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; 1.1. Azərbaycan Respublikasının rayonları üzrə taxıl (buğda və arpa) əkini sahələrinin GPS (Qlobal Məsafədən Mövqe Təyinetmə Sistemi) avadanlıqları və yer səthinin müşahidə peyki vasitəsi ilə monitorinqinin aparılmasını təmin etsin; 1.2. monitorinqin aparılması məqsədi ilə ilkin hazırlıq işləri və texniki təchizatla bağlı müvafiq tədbirlər görsün; 1.3. məlumatların avtomatlaşdırılmış emalını təmin etsin və monitorinqin nəticələrini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti; 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin maliyyələşdirilməsini təmin etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları monitorinqin aparılması prosesində iştirak etsin və aparılan işlərə zəruri texniki və informasiya dəstəyi göstərsinlər. 4. Yerli icra hakimiyyəti orqanları bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsinlər. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 mart 2017-ci il № 2768

Presidential Decree № 2768 on monitoring of cereal crops in 2017 · Nelum