跳到主要内容
Nelum
阿塞拜疆的法律

Presidential Decree № 233 on the establishment of the State Social Protection Fund

颁布于 1992-09-30 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 233.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
equity, special fund, institution, social protection, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədi ilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılsın. Müəyyən edilsin ki, respublikanın müəssisə və təşkilatlarından sosial sığortaya ayırmalar tam həcmdə Dövlət Sosial Müdafiə Fonduna daxil olur. 2. Əvəz Əkbər oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin. 3. Ə. Ə. Ələkbərova tapşırılsın ki, iki həftə ərzində Fond haqqında Əsasnaməni hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin. 5. Bu Fərman imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz ELÇİBƏY. Bakı şəhəri, 30 sentyabr 1992-ci il. № 233.

Presidential Decree № 233 on the establishment of the State Social Protection Fund · Nelum