Presidential Decree № 1215 amending the Presidential Decree No. 394 on approval of the Charter and structure of the Ministry of Emergency Situations
颁布于 2017-01-25 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 1215.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment
- 关键词
- hazards, risk assessment/management, precautionary principle, education, public health, capacity building, institution, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326, 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.31-1 – 8.31-3-cü və 8.61-1-ci yarımbəndlər əlavə edilsin: “8.31-1. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülki müdafiə üzrə xüsusi əhəmiyyətli obyektlərdə kompleks mülki müdafiə təlimlərinin keçirilməsini təşkil etmək; 8.31-2. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək, təyinatı üzrə tətbiqini təşkil etmək; 8.31-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək;” “8.61-1. insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barədə əhalinin vaxtında xəbərdar edilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə məlumat vermək;”. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. http://e-qanun.az/framework/11596 http://e-qanun.az/framework/11596 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 yanvar 2017-ci il № 1215