National Programme for the Restoration and Expansion of Forests 2003
颁布于 2003 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram.
- 语言
- Azerbaijani
- 类型
- policy
- 国家
- 阿塞拜疆
- 主题
- Forestry
- 关键词
- afforestation/reforestation, biodiversity, biotechnology, capacity building, certification, collecting/harvesting, community management, pests/diseases, education, erosion, financing, fire management, forest management/forest conservation, forest species, processing/handling, international cooperation, local government, timber extraction/logging, medicinal plants, monitoring, national parks, non-wood forest products, smallholders/peasants, policy/planning, plant protection, seeds/planting material, poverty, protection of environment, protection of species, public participation, recreational forest, research, rural employment, social impact assessment, soil conservation/soil improvement, special fund, timber, wetlands, protected area, labour, hazards
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikası Prezidentinin 2003—cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Mİllİ Proqram 1. GİRİŞ İqtisadiyyatın sürətlə inkişaf etdirilməsi və əhalinin sosial—mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı təbii ehtiyatlardan səmərəli istifadə olunması və yeni ekoloji şüurun formalaşdırılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Son illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş qanunvericilik aktları Azərbaycan Respublikasının dövlət siyasətində ekologiyanın mühüm yer tutmasına sübutdur. Eyni zamanda son illərdə ölkədə təbiətin qorunması və sağlamlaşdırılması sahəsində böyük praktiki addımlar atılmışdır. Belə ki, iri su hövzələri yaradılmış, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında 5 min hektardan çox yaşıllıqları 51 min hektar sahədə yeni meşəlikləri 68 min hektar Xəzər sahili qumluqlarda sahilbərkidici və torpaqların eroziyasına qarşı qoruyucu meşə əkinləri salınmış, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə Şirvan, İsmayıllı, Bəsitçay, Ağ qöl dövlət təbiət qoruqları və yasaqlıqları yaradılmışdır. İqtisadiyyatda infrastrukturun yenidən qurulması, investisiyaların cəlb olunması, sosial təminatın yaxşılaşdırılması, vergi, pul—kredit siyasətində əldə edilmiş yüksək nailiyyətlər ölkəmizin ekoloji siyasətinin əsaslı surətdə inkişaf etdirilməsinə və beynəlxalq ekologiya sistemində özünəməxsus yer tutmasına zəmin yaradır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmaları nəticəsində məlum olmuşdur ki, ölkənin meşə təsərrüfatının idarə olunmasında yol verilmiş nöqsanlar nəticəsində, onsuz da dünya səviyyəsindən xeyli aşağı olan meşə örtüyü (11%) əsasən torpaqqoruyucu, susaxlayıcı, hava təmizləyici, sanitar—gigiyenik və sosial—ekoloji funksiyaları yerinə yetirən birinci qrup meşələrin qırılması nəticəsində doluluq aşağı düşmüşdür. Qiymətli ağac və kol cinslərinin (qoz, şabalıd, qızılağac, cökə, palıd, fısdıq və s.) ehtiyatı tükənmək təhlükəsi qarşısındadır. Ölkə və beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarının kənarlarında, sututarların sahillərində keçmiş illərdə salınmış qoruyucu və sahilbərkidici meşə zolaqlarının əksəriyyəti qırılıb sıradan çıxmışdır. Hər il bir qayda olaraq taxıl biçildikdən sonra kövşənlərin yandırılması nəticəsində əkin sahələrinin ətrafında olan meşə və yaşıllıqlarda çox sayda yanğınlar baş verir ki, bunun nəticəsində fauna və floraya ciddi zərər dəyir. Yaylaqlardan sistemsiz olaraq istifadə edilməsi, onların geniş ərazilərdə sürətlə eroziyaya uğrayaraq sıradan çıxmasına və bitki örtüyünün məhv olmasına şərait yaradır. Subalp çəmənlikləri ilə həmsərhəd olan meşələr bu cür istifadədən daha çox zərər çəkir. Təbii bərpanın gedişi zəif olduğundan, həmin ərazilərdə ağacların qırılması nəticəsində meşələrin yüksəklik səviyyəsi aşağı düşmüşdür. Dağ yamaclarında mal—qara otarılması normasına riayət edilməməsi, sel və qar eroziyasına qarşı mühəndis qurğularının tikilməməsi, qoruyucu meşə zolaqlarının salınmaması, alp və subalp çəmən otlarının əkilməməsi dağ yamaclarının xeyli hissəsinin eroziyaya uğramasına səbəb olmuş və hazırda da bu proses davam edir. Bunun nəticəsidir ki, son illərdə Böyük Qafqazın rayonlarında baş verən güclü sellər nəticəsində torpaqların bir hissəsi yuyulmaya və eroziyaya məruz qalmışdır. 1992—ci ildə Şəki rayonunun Kiş çayında baş vermiş sel nəticəsində çayın sol sahilinə külli miqdarda çöküntü gətirilmişdir. Sel suları 1 kv. km ərazidən 87 min kub metr qruntu yuyaraq aparmışdır. Bu cür sellər Böyük Qafqazın Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Türyançay və s. çaylarında müxtəlif illərdə, o cümlədən son illərdə baş vermişdir. Azərbaycan Respublikası haqqında qısa məlumat Azərbaycan Respublikası müstəqil dövlətdir və Xəzər dənizinin qərb sahilində, Qafqaz dağlarının cənub—şərqində 86,6 min kv. km sahədə yerləşir. Respublikanın cənub sərhəddi onu İran və Türkiyə dövlətlərindən ayıran Araz çayı boyunca keçir. Qərbdə Gürcüstan və Ermənistanla, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. Əhalisi — Azərbaycanın əhalisi 8,2 milyon nəfərdir (2000—ci il), əmək qabiliyyətli insanlar (kişilər 16—59 yaş, qadınlar 16—54 yaş) əhalinin 54,2 %—ni, o cümlədən gənclər 33,5 %—ni təşkil edir. Azərbaycan əhalisinin orta yaşı 29 ildir. Relyefi — Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz dağlarının cənub şərqini, Kiçik Qafqaz dağlarının bir hissəsini, Talış dağlarını və onların arasında yerləşən Kür—Araz ovalığını, həmçinin Naxçıvan düzənliyini əhatə edir. Xəzər dənizinin qərb hissəsi boyu yerləşmiş bir neçə ada da respublikanın ərazisinə daxildir. Respublikanın orta yüksəkliyi 384 metrdir. Mütləq yüksəklik 4466 metrdən (Bazar düzü zirvəsi) mənfi 27 metrə (Xəzər dənizində) qədər aşağı düşür. Düzənliklər və ovalıqlar 39 %—dən çox sahəni tutur. Alçaq və orta dağlıq ərazi (2500 metrə qədər) 39,5 % təşkil edir. Yüksək dağlar (2500 metrdən yuxarı) 3,5 % sahəni əhatə edir. Region seysmik cəhətdən aktivdir. Tez—tez zəlzələlər və sel axınları baş verir. İqlimi — Dünyada mövcud olan 11 iqlim qurşağından 9—na Azərbaycanda təsadüf olunur. İqlimin rəngarəngliyi, respublika ərazisinin Xəzər dənizinə yaxınlığı və relyefin müxtəlifliyi ilə səciyyələndirilir. Bu amillər iqlimin, hava temperaturunun, atmosfer çöküntülərinin paylanmasını və digər elementləri müəyyənləşdirir, kəskin hiss olunan vertikal zonallıq yaradır. Ərazinin dəniz səviyyəsinin yüksəkliyindən və Xəzər dənizindən olan məsafəsindən asılı olaraq bir neçə iqlim tipi — quru subtropik, rütubətli subtropik, mülayim və soyuq iqlimlər ayrılır. Belə ki, quru subtropik iqlim Kür—Araz ovalığı və Abşeron yarımadası, rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilməklə, dağətəyi ərazilər və Lənkəran ovalığı, mülayim iqlim Böyük və Kiçik Qafqazın, əsasən meşələrlə örtülü yamacları (bu iqlim öz növbəsində quru, mülayim və soyuq növlərə ayrılır), soyuq iqlim yüksək dağlar, Böyük və Kiçik Qafqazın zirvələrində alp və subalp çəmənlikləri qurşaqları (Azərbaycanda orta temperatur düzənliklərdə 14°S olduğu halda, yüksək dağlıq rayonlarda 0° S və daha aşağıya qədər dəyişir) üçün səciyyəvidir. Su ehtiyatları — Respublikada 8350—dən artıq axar sudan ibarət çay sistemi mövcuddur ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bu çayları beş qrupa bölmək olar. Belə ki, uzunluğu 25 km—dən az olan ən kiçik, 26—50 km olan kiçik, 51—100 km olan orta, 101—500 km olan böyük və 500 km—dən artıq olan ən iri çaylar vardır. Bütün bu çayların su toplayıcı sahəsi 85500 kv. km ərazini əhatə edir. Respublikanın ən böyük çayı Kürün ümumi uzunluğu 1500 km—dən artıqdır, respublika ərazisində onun uzunluğu 900 km—dən ibarətdir. İkinci böyük su xətti Kür çayının sağ qolu olan Araz çayıdır. Onun uzunluğu 1072 km, su hövzəsinin sahəsi 101937 kv km—dir. Respublikanın hidroloji şəbəkəsi xeyli miqdarda gölləri (400—dən artıq) birləşdirir. Onların bir hissəsi düzənliklərə (əsasən Abşeron yarımadasında) sənaye və kənd təsərrüfatı sahələrində istifadə edilmiş su tullantılarının toplanması hesabına əmələ gəlmişdir. Əksər göllərin su səthinin sahəsi çox da geniş olmayıb, 0,1 kv. km—ə yaxındır. Respublika çaylarının qidalanmasında buzlaqlar bir o qədər də əhəmiyyət kəsb etmir. Onlar əsasən Qusarçay, Qudyalçay və Vəlvələçay hövzələrində nəzərə çarpır. Respublikanın ərazisində bataqlıqlara Kür—Araz ovalığında, Lənkəran və Samur—Şabran düzənliyində, bilavasitə Xəzərin təsiri nəticəsində yeraltı suların üzə çıxması ilə yaranmış kiçik bataqlıqlar şəklində rast gəlmək olar. Bəzi hallarda magistral suvarma sistemi kanallarından sızan suların və yeraltı suların artması nəticəsində yaranmış bataqlıq sahələri də müşahidə olunur. Yeraltı sular çayların su ehtiyatının 25%—ni (4 kub/km—ə yaxın) təşkil edir. Respublikada yeraltı suların ehtiyatı 14068,4 min kub m—dir. Azərbaycan yeraltı mineral su ehtiyatına görə regionda başqa dövlətlər ilə müqayisədə xüsusi yer tutur. Respublikada 200 qrupdan artıq mineral su mənbələri müəyyənləşdirilmişdir.[5] Torpaq ehtiyatları — Azərbaycan Respublikasının torpaq fondu 8,64 milyon hektardır. Bunun 4225,2 min hektarı və yaxud 49,3 %—i kənd təsərrüfatı üçün yararlıdır ki, bunun da 1460 min hektarı şumlanan torpaqlardır. Bundan başqa, otlaqlar 2200 min hektar və biçənəklər 1230 min hektar təşkil edir. Azərbaycan aztorpaqlı ölkələr sırasındadır. Burada adambaşına cəmi 1,05 hektar, o cümlədən 0,21 hektar şumlanan torpaq sahəsi düşür. Hal— hazırda respublikanın torpaqlarının vəziyyəti olduqca gərgindir. Uzun illər boyu meliorasiya tədbirlərinin keyfiyyətsiz aparılması, meşə və kolluqların qırılması nəticəsində torpaqların eroziya prosesləri güclənərək artıq böhran həddinə çatmışdır. Son məlumatlara görə, respublika ərazisinin 42,5%—i və yaxud 3672,6 min hektarı, o cümlədən əkin sahələrinin 33,7%—i, yay otlaqlarının 68,1%—i, biçənək sahələrinin 15,2%—i, bağların 15,9%—i, meşələrin isə 26 %—i eroziyaya məruz qalmışdır. Mil düzü, Muğanın cənubu, Gəncə — Qazax və Şəki — Zaqatala zonaları irriqasiya eroziyasından xeyli dərəcədə ziyan çəkirlər. Kiçik Qafqazda Murov dağının cənub yamacları və Böyük Qafqazın cənub yamaclarındakı çayların mənsəblərində olan iri massivlər güclü eroziyalara məruz qalmışdır. Şəki rayonunda eroziyaya məruz qalmış yay otlaqlarının sahəsi 30 %—ə qədərdir. Eroziya proseslərinin böyük massivlərdə intensiv inkişafı, dağ yamaclarının çılpaqlaşmasına və səthi suların həcminin artmasına gətirib çıxarır ki, bu da xalq təsərrüfatına böyük ziyan vuran və hətta insan tələfatı ilə nəticələnən sellərin formalaşmasına səbəb olur. Respublikanın 2 milyon hektardan çox torpağı külək eroziyasına məruz qalmışdır. Bu proseslər ən çox Abşeron yarımadasında inkişaf etdiyindən, müxtəlif illərdə digər ərazilərə də (cənub—şərqi Şirvan və Ceyrançöl) xeyli ziyan vurmuşdur. Azərbaycan torpaqlarına zərər yetirən digər proses şoranlaşmadır. Hal—hazırda şoranlaşmaya məruz qalan torpaqların sahəsi 1,2 milyon hektardan çoxdur. Şoranlaşmanın əsas səbəbləri kənd təsərrüfatında növbəli əkin sisteminin və bitkilərin suvarılmasında mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiq edilməməsi, kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və meliorasiya şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi, suvarma kanallarının əksər hissəsinin torpaq məcralı olması və su itkilərinə yol verilməsidir. Respublikanın ərazisində daimi fəaliyyət göstərən suvarma kanallarının 4,1%—də süni örtüklər var, qalanları isə torpaqlardan keçir. Bu sahələrdə hər il 2,5—3 milyard kub m su itirilir. Su itkisinin iki dəfə azalması respublikanın suvarılan torpaq sahələrinin 150—200 min hektar artırılmasını təmin edərdi. http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn5 Bitki örtüyü — Azərbaycanın florası olduqca zəngindir. 4500 növ bitki 125 ailədə (Qafqazda cəmi 156) və 920 cinsdə (Qafqazda 1286) birləşir. Respublikada 48 ailə və 135 cinsə mənsub 107 ağac və 328 kolnövü bitir ki, bu da respublikada yayılmış bitki növlərinin 11%— ni təşkil edir. Dendrofloranın tərkibində 70—dən artıq endemik növlər mövcuddur ki, onlar da ağac və kolların ümumi sayının 16%—ni təşkil edir. Azərbaycanın «Qırmızı Kitabı»na 140 bitki növü daxil edilmişdir ki, bunlardan da 49—u ağac və kollardır. Bitki aləminin əsasını təşkil edən meşələrin ümumi sahəsi 1213,7 min hektar olaraq, respublika ərazisinin 11,4%— ni təşkil edir. Meşələr ərazi üzrə qeyri—bərabər paylanmışdır. Respublika meşələrinin 48,8%—i Böyük Qafqazın, 34,2%—i Kiçik Qafqazın, 14,5%—i Talış dağlarının, 2,5%—i Kür— Araz ovalığının, 0,5%—i isə Naxçıvan Muxtar Respublikasının payına düşür. Azərbaycan torpaqları zəngin və rəngarəng floraya malik olsa da, meşəlik baxımından kasad region sayılır. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75— 80 %—i məhv olub, dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilməsi imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal—qara otarılması, zəbt edilmə və normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır. Heyvanlar aləmi — Azərbaycanın heyvanat aləmi zəngin və müxtəlifdir. Heyvanlar aləmi 18 min növdən ibarətdir. Onun tərkibinə xeyli miqdarda relikt, endemik və nadir heyvan növləri daxildir. Bunun 14 minini həşəratlar, 1100—dən çoxunu hörümçəklər və 600 növdən çoxunu onurğalılar təşkil edir. 14 məməli, 36 quş, 13 suda—quruda yaşayanlar və sürünənlər, 5 balıq və 40 həşərat növü, «Nəsli kəsilməkdə olanlar kimi» 90—cı illərin əvvəllərində yenidən tərtib olunmuş Qırmızı Kitaba salınıb. Xəzər dənizinin sahili məməlilərin əsas miqrasiya dəhlizi, həmçinin qışlama, nəsil artırma və yaşayış üçün mühüm ərazi rolunu oynayır. Hidrofauna, xüsusilə bir çox balıqlar nadir növlərə aiddir. Azərbaycan Respublikasının ərazisində yayılmış ekzogen geoloji proseslər Azərbaycan ərazisinin mürəkkəb geoloji—tektonik, geomorfoloji və hidrogeoloji quruluşa malik olması səbəbindən, bu ərazidə xalq təsərrüfatının müxtəlif sahələrinə ciddi ziyan vuran bir sıra ekzogen geoloji proseslər baş verir. Bunlardan sürüşmələr, bataqlıqlaşma, subasma, yarğan əmələgəlmə, səhralaşma, abraziya və s. qeyd oluna bilər. Elmi—texniki tərəqqi ilə əlaqədar olaraq insanın təbiətə və təbii proseslərə müdaxiləsi antropogen və texnogen amillərin də təsirini artırmışdır. Respublikanın ərazisində ekzogen geoloji proseslərin zərərli təsirinə məruz qalmış sahələr ərazinin 13%—ə qədərini, o cümlədən sürüşmələr 800 kv. km (Abşeron, Şamaxı—İsmayıllı, Qax—Şəki, Lənkəran, Gəncə, Qazax rayonlarında), subasma 700 kv. km (Lənkəran, Nabran, Kür—Araz), şoranlaşma 650 kv. km (Abşeron—Qobustan, Kür—Araz), bataqlıqlaşma 1500 kv. km (Abşeron, Lənkəran, Kür—Araz), abraziya 150 kv. km (Nabran və Astara) əhatə edir. Aparılan tədqiqatların nəticələrinə görə ekzogen—geoloji proseslər üç qrupa ayrılır: ciddi təhlükə törədənlər və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edənlər; təhlükə yaradanlar, lakin profilaktik tədbirlərin göstərilməsini tələb edənlər; formalaşanlar, hələlik təhlükə törətməyənlər. Son illər məhsuldar torpaqlardan düzgün istifadə olunmaması, meşələrin qırılması, tikinti materialları yataqlarının sistemsiz şəkildə istismarı və s. nəticəsində ərazinin bəzi yerlərində səhralaşma prosesi inkişaf etməkdədir. Bu proseslərin qarşısını almaq üçün təcili tədbirlər planının həyata keçirilməsi vacibdır. Sürüşmələrin geniş yayıldığı Şamaxı—Ağsu—İsmayıllı, Qusar—Quba, Yardımlı—Lerik, Abşeron və Qobustanın bəzi sahələrində bir çox kənd yollarının kommunikasiya xətlərinin dağılması və sıradan çıxması halları baş vermişdir. Təbii proseslərdən biri olan palçıq vulkanları aşağı Kür çökəkliyində, Abşeronda, Qobustanda və Ceyrançöldə geniş yayılmış, onların bir qismi sönmüş, bəziləri isə dövrü olaraq fəallaşaraq ətraf mühit üçün təhlükə yaradırlar. Azərbaycanda 300—dən çox palçıq vulkanı mövcuddur. Meşə örtüyü və problemlər Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, erməni işğalı nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların meşələrə artmış təsiri nəticəsində meşələrin həm sahəsi azalır, həm də keyfiyyəti aşağı düşür. Sahillərin yuyulub getməsinin qarşısının alınmasında, dağ yamaclarının və qumluqların bərkidilməsində, sellərin qarşısının alınmasında, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti vardır. Meşələr həmçinin yaşayış məntəqələrini artıq səs—küydən qoruyur, texniki yağların, ətriyyat və dərmanların alınmasının təbii mənbəyidir. Ərzaq məhsulları və heyvandarlıq üçün yem bazası rolunu oynayır, sanitar—gigiyena və sağlamlaşdırıcı, həmçinin mədəni—estetik əhəmiyyətə malikdir. Respublikada mövcud təbii meşələrin vəziyyətinin qənaətbəxş olmamasının səbəblərindən biri də təbii bərpanın tələb olunan səviyyədə getməməsidir. Atmosferdə baş verən qlobal iqlim dəyişiklikləri, meşə mühafizə tədbirlərinin lazımınca aparılmaması, zərərverici və xəstəliklərin artması meşələrdə toxumun məhsuldarlığının və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Nəticədə meşələrdə təbii bərpa qeyri—bərabər yayılmaqla kifayət qədər getmir. Eyni zamanda meşələrdə mal—qara otarılmasının qarşısı alınmadığından, təbii bərpa bərabər getmədiyindən cavan meşələrin təbii əmələgəlmə prosesi ləngiyir. Son dövrlərdə qırılmış meşələrin yeri əvvəlcə kolluğa, sonra isə çox vaxt otlağa və nəhayət, bir qayda olaraq, yararsız səhralığa çevrilir. Belə dözülməz hallar ən çox keçmiş kolxoz—sovxoz meşələrində rast gəlinir. Son 50 ildə dünya meşələrinin yarıya qədəri məhv edilmişdir. Hazırda BMT yanında meşə problemləri ilə ciddi məşğul olan xüsusi təşkilat (FAO) fəaliyyət göstərir. Ölkənin torpaq—iqlim şəraitinin bərpa edilməsi üçün mövcud meşələrin qorunub mühafizə olunması və bərpa etdirilməsi işlərini əsaslı surətdə yenidən qurmaqla bərabər yeni meşəliklər və yaşıllıqların salınması günün tələbidir. Bu məqsədlə respublikanın meşə fondunda və islahata düşməmiş digər torpaqlarda meşə və yaşıllıqlar salınması üçün sahələr müəyyənləşdirilib, xəritələşdirilmişdir. Bu proqram 5 il üçün qəbul edilir. Mövcud meşələrin qorunub mühafizə edilməsini, yeni meşələrin salınmasını, meşələrdə xidməti və sanitariya qırmalarının düzgün müəyyənləşdirilməsini, həcminin hesablanmasını, meşə sərvətlərindən fasiləsiz və davamlı istifadəni müəyyənləşdirmək üçün 800 min hektardan artıq meşə ərazisində meşə quruluşu layihələrinin aparılması ən vacib məsələlərdən biridir. Meşə quruluşu layihələrinin hazırlanması üçün müvafiq yerli kadrların hazırlanması, treninq mərkəzinin yaradılması və müvafiq avadanlıqlarla təmin olunması əsas şərtlərdəndir. Proqramın məqsəd və vəzifələri Proqram meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpa etdirilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması məqsədilə hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində qısa dövriyyəli, tezböyüyən ağacların yetişdirilməsi hesabına əhalinin xırda meşə məhsullarına olan tələbatının qismən ödənilməsi, qoruyucu meşəyetişdirmə işinin genişləndirilməsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin saxlanılması, torpaq eroziyasının qarşısının alınması, su mənbələrinin mühafizəsi, meşələrin yanğından və zərərverici həşəratlardan qorunub mühafizə edilməsi kimi nailiyyətlər əldə ediləcəkdir. Yeni meşələrin salınması, həmçinin əlavə iş yerlərinin açılmasına və əhalinin mədəni istirahəti üçün geniş imkanlar yaradılmasına təkan verəcəkdir. Torpaq sahələrinin müəyyənləşdirilməsi və meliorasiyası Proqramın həyata keçirilməsi məqsədi ilə meşə fondu torpaqlarında və torpaq islahatına düşməmiş digər kateqoriyalardan olan 44700 ha (Xəzər dənizi sahili boyu 4500 ha, beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının kənarlarında 3700 ha, Kür—Araz çaylarının vadilərində, kanalların və sututarların kənarlarında 9800 ha və digər kateqoriyalardan olan torpaqlarda 22700 ha, Naxçıvan Muxtar Respublikasında 4000 ha) meşə əkini və meşəbərpa işləri aparılacaq sahələr müəyyənləşdirilmiş, sxematik planlar tərtib edilmişdir. Müəyyənləşdirilmiş torpaq sahələrində şoranlaşmaya məruz qalmış ərazilərdə meliorativ tədbirlərin aparılması tələb olunur. Əkinlərin suvarılması və su təchizatı Yeni salınacaq meşələrin və yaşıllıqların suvarılması düzən rayonlarında işlənəcək layihələrə uyğun olaraq Kür, Araz çayları və digər su mənbələri üzərində tikiləcək hidrotexniki qurğuların və eləcə də yeraltı sulardan istifadə etmək məqsədilə qazılan subartezian quyuların hesabına həyata keçiriləcəkdir. Dağətəyi rayonlarda meşə əkinlərinin suvarılmasının yerüstü su mənbələri və hazırlanacaq süni sututarları hesabına həyata keçirilməsi nəzərdə tutulur. Dağ rayonlarında meşə əkinləri əsasən dəmyə şəraitində əkiləcəkdir. Əkin sxemləri, ağac və kol cinsləri Naxçıvan Muxtar Respublikası: 3x1; 3x0,75; 2,5x1,0; 3x2; 3x1,5; 3x3; 4x3; 5x5; 6x6 və 10x10 metr ölçülərdə qarışdırma sxemlərində iydə, ərik, tut, akasiya, göyrüş, şeytan ağacı, qoz, şərq çinarı, qovaq, Krım şamı, ardıc, dağdağan, sarağan, palıd, qarağac, maklyura, badam, nar, zirinc, itburnu, yemişan və göyəm kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur. Düzən (çöl) rayonlarda: 3x1; 3x0, 75; 2,5x1; 3x2; 3x1,5; 3x3; 4x3; 3x2; 5x5; 5x4; 6x6 və 10x10 metr ölçülərdə qarışdırma sxemlərində Eldar şamı, sərv, ərik, tut, iydə, göyrüş, palıd, şeytan ağacı, dağdağan, saqqız ağacı, akasiya, maklyura, qarağac, şərq çinarı, itburnu, yemişan, xurma, innab, Tuqay meşələrində, çay kənarlarında qovaq, söyüd, çaytikanı kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur. Yarımdüzən (yarımçöl) rayonlarda: 3x0,75; 3x1; 2,5x1; 3x3; 4x3; 3x2; 5x4; 5x5; 6x6; 10x10 metr ölçülərdə qarışdırma sxemlərində palıd, göyrüş, sərv, ərik, tut, cökə, qoz, şeytan ağacı, akasiya, maklyura, şərq çinarı, Eldar şamı, fısdıq, azad ağacı, badam, qarağac, yemişan, innab, itburnu, sarağan kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur. Dağ və dağətəyi rayonlarda: Meşə əkinləri əsasən dəmyə şəraitində bir neçə üsulla aparılacaqdır: yamaclarda bıçaqlı traktorla terrasların açılması və terraslarda əlavə hazırlıq işlərinin aparılması; əl ilə meydançaların qazılması və əlavə hazırlıq işlərinin aparılması; əl ilə çalaların qazılması. Mailliyi 12°—yə qədər yamaclarda şumlanması mümkün olan sahələrdə 3x2 m sxemində palıd və qoz, 3x3 və 4x3 sxemlərində şərq çinarı, cökə, şabalıd, badam, fındıq, dağdağan, ağcaqayın, alma, göyrüş, vələs və fısdıq, şumlanması mümkün olmayan kolluqlar təmizləndikdən sonra 1 kv. m və 2 kv. m sahələrdə 1,5x0,4 m və 2x0,4 m ölçüdə çalalara, 3x1, 2,5x1, 2x1, 2,5x0,75 metr sxemləri, qoz və şabalıd cinsi üçün isə 3x3, 3x2 m sxemləri tətbiq edilə bilər. Xəndəklərdə 0,3x0, 3x0,3 metr və 0,4x0, 4x0,4 metr ölçüdə. Mailliyi 12 dərəcədən yuxarı olan dağ yamaclarında palıd səpini üçün 1 kv. m ölçüdə sahələr şumlanır. Digər cinslər üçün torpaq bu üsulla və yaxud xəndəklərdə hazırlanır. Əkin sxemi 2x1, 1,5x1, 5 metr, qoz üçün isə 3x3 və 3x2 m ölçüdə götürülür. Seyrəlmiş meşələr yerli ağac növləri ilə bərpa olunacaqdır. Yüksək dağ yamaclarında meşələr həmin qurşağa xas olan şərq palıdı, tozağacı, şərq fıstığı, Qafqaz vələsi, ağcaqayın və üvəz, orta dağlıq qurşaqlarda fısdıq, vələs, ağcaqayın və gürcü palıdı, iynəyarpaqlılardan kox, Krım şamı və ardıc, aşağı qurşaqlıqlarda isə yerli ağac cinsləri ilə bərabər, şabalıddan da geniş istifadə olunacaqdır. Toxum tədarükü Proqramın həyata keçirilməsi üçün bitmə şəraitinə uyğun seleksiya əsasında seçilmiş, ayrılmış daimi toxumluq sahəsindən əlverişli ağac və kol cinslərinin toxumlarının tədarük edilməsi, toxumların pasportlaşdırılması, laboratoriya analizindən keçirilməsi və toxum fondunun yaradılması məqsədi ilə Xırdalan şəhərində olan keçmiş «Ümumittifaq zona meşə toxumçuluğu» stansiyasının yenidən bərpa edilməsi nəzərdə tutulur. [6] Tinglik bazasının təşkili Meşə əkinlərini yerli torpaq—iqlim şəraitinə uyğun əkin materialları ilə təmin etmək məqsədi ilə Tovuz, Şəmkir və Ağcabədi meşə tingliklərinin bərpa edilməsi, Abşeron, Quba, Sabirabad, Cəlilabad, Şəki rayonlarında və Naxçıvan Muxtar Respublikasında yeni tinglik təsərrüfatlarının yaradılması nəzərdə tutulur. http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn6 Meşə əkinlərinin qorunub saxlanması və mühafizə edilməsi Meşə əkinləri əsasən meşə fondunda, şose yollarının kənarlarında, axar suların vadilərində, yaşayış məntəqələrinin yaxınlığında və sututarların sahillərində salınacağına görə əkinlərin çəpərlənməsi, onların qorunması işinə meşə işçiləri ilə birlikdə yerli idarəetmə orqanlarının və ictimaiyyətin cəlb edilməsi zəruridir. Meşə əkinlərinin zərərvericilərdən və yanğınlardan mühafizə edilməsi müvafiq qaydaların və Azərbaycan Respublikası Meşə Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir. Meşəsalma və meşəbərpa işlərinin təşkili Respublikanın coğrafi şəraiti və meşəsalma işlərinin həcminə görə proqramın həyata keçirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti idarəsi tərəfindən həyata keçiriləcəkdir. Bu idarə tərəfindən müəyyən edilmiş tapşırıqlar icra edildikdən və meşə əkinləri yetişdirilib örtülü meşə fonduna keçirildikdən sonra, yerli meşə təsərrüfatlarına təhvil veriləcək və həmin idarə öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir. Maliyyə mənbələri Proqramın ümumdövlət əhəmiyyətli strateji məqsədlərinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına, sahə xarakterli digər əsas işlərinin maliyyəşdirilməsi isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədənkənar vəsaiti, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, həmçinin müxtəlif xarici investorların sərmayələri, qrantlar və digər vəsaitlər hesabına aparılacaqdır. BÖLMƏ 1. TƏBİİ MEŞƏLƏRİN BƏRPASI[7] Fəallıq 1.1. Meşələrin müasir vəziyyətinin qiymətləndirilməsi Meşələrə artan təsirin, meşə sahələrinin azalması və onların vəziyyətinin pisləşməsi nəticəsində meşə sahəsi və doluluğu haqqında olan müasir məlumatlar ölkənin meşə ehtiyatlarının real vəziyyətini əks etdirmir. Eyni zamanda müasir tələbləri nəzərə alaraq, təbii və süni meşələrin bərpasının potensialı, onların regional, milli və qlobal davamlı inkişafda rolu müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq, hazırkı proqramın meşələrin bərpası bölümündə meşələrin müasir vəziyyətinin tədqiqi və onların bərpası üçün konkret ölçülərin işlənilməsi nəzərə alınmışdır. Bu məqsədə nail olmaq üçün aşağıdakılar nəzərdə tutulur: 1.1.1. Tədqiq ediləsi zonalar və rayonlar: http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn7 Böyük Qafqaz: Balakən 800 ha, Zaqatala 700 ha, Qax 500 ha, Şəki 900 ha, Oğuz 400 ha, Qəbələ 700 ha, İsmayıllı 600 ha, Şamaxı 500 ha, Şabran 400 ha, Quba 700 ha, Qusar 400 ha, Xaçmaz 400 ha, Abşeron 300 ha, Xızı 200 ha, cəmi — 7500 ha; Kiçik Qafqaz: Gədəbəy 1200 ha, Göygöl 1000 ha, Daşkəsən 800 ha, Şəmkir 800 ha, Goranboy 1200 ha, cəmi — 5000 ha; Lənkəran—Astara zonası: Cəlilabad 800 ha, Masallı 1000 ha, Lerik 700 ha, Lənkəran 800 ha, Astara 500 ha, cəmi — 3800 ha; Aran meşə zonası, o cümlədən Tuqay meşələri: Ağstafa 800 ha, Qazax 1600 ha, Tovuz 2000 ha, Yevlax 800 ha, Ağdaş 700 ha, Ağcabədi 1000 ha, Beyləqan 800 ha, Sabirabad 800 ha, Salyan 500 ha, cəmi — 9000 hektar; Naxçıvan Muxtar Respublikası: Şahbuz 1000 ha; 1.1.2. İcra müddəti: 2003—2008—ci illər; 1.1.3. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri; 1.1.4. Maliyyə mənbələri: Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, büdcə vəsaiti, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, qrantlar, ianələr; 1.1.5. İcra indikatorları: meşə fondu, işçi qüvvəsi, toxum bazası və onun mühafizəsi, təbii bərpaya kömək tədbirləri, əmək vasitələri. Fəallıq 1.2. Bərpa işlərinin layihələşdirilməsi və aparılması 1.2.1. Meşə bərpa zonaları və rayonları: Böyük Qafqaz: Cəmi — 12473 ha: Balakən 400 ha, Zaqatala 800 ha, Şəki 1035 ha, Qax 300 ha, Oğuz 300 ha, Qəbələ 500 ha, Şabran 1770 ha, Siyəzən 253 ha, İsmayıllı 300 ha, Şamaxı 480 ha, Xızı 1435 ha, Qobustan 2000 ha, Abşeron 1000 ha Qusar 800 ha, Xaçmaz 500 ha, Quba 600 ha; Kiçik Qafqaz: cəmi — 5310 ha: Şəmkir 1976 ha, Samux 565 ha, Gədəbəy 1045 ha, Göygöl 500 ha, Goranboy 674 ha, Tərtər 50 ha, Daşkəsən 500 ha Naxçıvan Muxtar Respublikası: cəmi — 4000 ha: Babək 450 ha, Culfa 840 ha, Ordubad 680 ha, Şahbuz 1275 ha, Şərur 755 ha; Lənkəran—Astara zonası: cəmi — 2419 ha: Cəlilabad 1232 ha, Masallı 140 ha, Lerik 419 ha, Lənkəran 200 ha, Astara 150 ha, Yardımlı 278 ha; Aran meşə zonası (dağarası Kür cəmi — 20498 ha: Ağstafa 829 ha, Qazax 290 ha, Tovuz 386 ha, Yevlax 1923 ha, Ağdaş 2096 ha, Göyçay 200 ha, Ağsu 217 ha, Bərdə çökəkliyi): 1464 ha, Ucar 300 ha, Zərdab 2274 ha, Kürdəmir 348 ha, Hacıqabul 750 ha, Ağcabədi 2393 ha, Beyləqan 650 ha, İmişli 1510 ha, Saatlı 930 ha, Sabirabad 690 ha, Salyan 1350 ha, Şirvan 1198 ha, Füzuli 400 ha, Biləsuvar 150 ha, Neftçala 150 ha; o cümlədən Tuqay meşələri: cəmi — 8415 ha: Şəmkir 150 ha, Yevlax 1623 ha, Bərdə 1414 ha, Ağdaş 1496 ha, Ağcabədi 2243 ha, İmişli 346 ha, Sabirabad 690 ha, Şirvan453 ha; 1.2.2. Ağacların cinsləri və onların hazırlanması: Palıd, fısdıq, göyrüş, ağcaqayın, vələs, qovaq, çinar, quşarmudu, qoz, armud, alma və s. 1.2.3. İcra müddəti: 2003—2008—ci illər; 1.2.4. Məsul icraçılar — müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri; Meşələrin əkin və səpin üsulu ilə salınması 2003—2008—ci illərdə 44700 ha nəzərdə tutulur ki, bunun da 30400 ha meşə fondunda və 14300 hektarı isə qeyri—meşə fondu torpaqlarında icra edilməsi layihələşdirilir. Qeyri—meşə fondu torpaqları kimi göstərilən 14300 hadan 5800 ha Kür—Araz çaylarının vadilərində, kanalların və sututarları kənarlarında nəzərdə tutulur ki, bunun da 4300 ha Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1500 ha isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra ediləcəkdir. [8] Avtomobil yollarının kənarlarında salınacaq 3700 hektar meşənin 2200 ha Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1500 ha isə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən icra ediləcəkdir. [9] Dəmir yollarının kənarlarında salınacaq 300 ha meşə əkini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. 1.2.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, qrantlar və ianələr. 1.2.6. İcra indikatorları: mövcud meşələrin məhsuldarlığının artırılması, torpaq eroziyasına qarşı mübarizə, əhalinin oduncağa olan tələbatının qismən ödənilməsi. Cəmi 5 ildə icraçılar tərəfindən müxtəlif cinslərdən və sxemlərdə 44700 ha mədəni meşə əkinlərinin salınması yolu ilə meşələrin bərpası nəzərdə tutulur. BÖLMƏ 2. MEŞƏ EHTİYATLARININ QORUNMASI MƏQSƏDİ İLƏ TEZ BÖYÜYƏN VƏ YÜKSƏK ODUNCAQ KEYFİYYƏTİNƏ MALİK OLAN AĞACLARIN YETİŞDİRİLMƏSİ Ölkənin meşə ehtiyatlarına, adambaşına düşən meşə sahəsi və oduncağın həcminə görə göstəriciləri aşağı səviyyədədir. Meşələrin təbii və süni bərpası da hal—hazırda qənaətbəxş deyil. Ənənəvi olaraq, ölkəyə ildə 1,2—1,5 milyon kub m oduncaq gətirilirdi ki, da hal— hazırda bu dəfələrlə azalıb. İldə 200—250 min ton həcmində gətirilən daş kömürün də idxalı kəskin azalıb. Qeyd etmək lazımdır ki, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin repatriasiya prosesində 2000—dən çox yaşayış məntəqəsi bərpa olunmalı, evlər tikilməli, mebel hazırlanmalı və s. işlər aparılmalıdır. Aydındır ki, belə şəraitdə təbii meşələrə təzyiqin artmasının ehtimalı olduqca böyükdür. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan Davamlı İnkişaf Konsepsiyasına uyğun və eyni zamanda yoxsulluqla mübarizəyə http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn9 kömək etmək məqsədi ilə ölkədə tezböyüyən ağacların yetişdirilməsinə yönəldilmiş layihənin həyata keçirilməsi vacibdir. Bu bölmənin icrası aşağıdakı məsələlərə xidmət edir: Su, torpaq qoruyucu və rekreasiya əhəmiyyətinə malik olan təbii meşələrin qorunması; Nisbətən ucuz oduncaq istehsal və emal edən yeni yüksək effektiv sahələrin yaradılması; Əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun aradan qaldırılmasına xidmət edən yeni iş yerlərinin yaradılması; Torpaqların eroziyadan qorunması. Tezböyüyən ağacların xüsusiyyəti elədir ki, onları kiçik sahələrdə və hətta məhdud sayda əkməklə də artırmaq mümkündür. Bu, onlardan fərdi təsərrüfatlarda əlavə gəlir mənbəyi və qrunt sularının tənzimedicisi kimi istifadə edilməsi üçün imkan yaradır. Fəallıq 2.1. Müxtəlif rayonlarda becərmə üçün perspektivli tezböyüyən və müvafiq keyfiyyətə malik olan ağac cinslərinin müəyyənləşdirilməsi, ağac növlərinin eyniləşdirilməsi 2.1.1. Becərilmə üçün yeni ərazilər və rayonlar: Böyük Qafqaz: Cəmi — 1660 ha: Balakən 120 ha, Zaqatala 150 ha, Qax 100 ha, Şəki 200 ha, Oğuz 80 ha, Qəbələ 150 ha, İsmayıllı 100 ha, Şamaxı 100 ha, Şabran 100 ha, Xızı 50 ha, Siyəzən 50 ha, Qobustan 50 ha, Abşeron 60 ha, Qusar 100 ha, Xaçmaz 100 ha, Quba 150 ha; Kiçik Qafqaz: cəmi — 550 ha: Şəmkir 200 ha, Samux 50 ha, Gədəbəy 100 ha, Göygöl 50 ha, Goranboy 50 ha, Tərtər 50 ha, Daşkəsən 50 ha, o cümlədən Tuqay meşələri — Şəmkir 100 ha; Naxçıvan Muxtar Respublikası: cəmi — 500 ha: Babək 100 ha, Culfa 100 ha, Ordubad 100 ha Şahbuz 100 ha, Şərur 100 ha; Lənkəran—Astara zonası: cəmi — 650 ha: Cəlilabad 150 ha, Masallı 100 ha, Lerik 100 ha, Lənkəran100 ha, Astara 100 ha, Yardımlı 100 ha; Aran meşə zonası, o cümlədən Tuqay meşələri: cəmi — 2260 ha: Ağstafa 100 ha, Qazax 60 ha, Tovuz 150 ha, Yevlax 300 ha, Ağdaş 350 ha, Göyçay 50 ha, Ağsu 50 ha, Bərdə 300 ha, Ucar 50 ha, Zərdab 100 ha, Kürdəmir 50 ha, Hacıqabul 50 ha, Ağcabədi 350 ha, Beyləqan 100 ha, İmişli 250 ha, Saatlı 50 ha, Sabirabad 150 ha, Salyan 100 ha, Əli Bayramlı 150 ha, Neftçala 50 ha, Füzuli 50 ha, Biləsuvar 100 ha, o cümlədən Tuqay meşələri— Neftçala 50 ha, Yevlax 150 ha, Bərdə 150 ha, Ağdaş 200 ha, Ağcabədi 200 ha, İmişli 100 ha, Sabirabad 100 ha, Şirvan 50 ha; 2.1.2. Ağac cinsləri: şabalıdyarpaq palıd, şabalıd, adi göyrüş, çinar, qızılağac, ağ akasiya, sərv, Eldar şamı, qovaq, çinar, söyüd, Krım şamı, cökə və iydə; 2.1.3. İcra müddəti: 2003—2008—ci illər; 2.1.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri; 2.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr; 2.1.6. İcra indikatorları: sahələr və yeni iş yerlərinin sayı. Nəzərdə tutulan 6320 ha meşə sahəsinin salınmasına 6000 iş yeri. Fəallıq 2.2. Tezböyüyən ağacların plantasiyalarının yaradılmasına dair işlərin aparılması İşlərin aparılması aşağıdakıları nəzərə alır: 2.2.1. Becərmə zonaları və rayonları: Böyük Qafqaz: Cəmi — 1660 ha: Balakən 120 ha, Zaqatala 150 ha, Qax 100 ha, Şəki 200 ha, Oğuz 80 ha, Qəbələ 150 ha, Şabran 100 ha, Siyəzən 50 ha, İsmayıllı 100 ha, Şamaxı 100 ha, Xızı 50 ha, Qobustan 50 ha, Abşeron 60 ha, Qusar 100 ha, Xaçmaz 100 ha, Quba 150 ha; Kiçik Qafqaz: cəmi — 550 ha: Şəmkir 200 ha, Samux 50 ha, Gədəbəy 100 ha, Göygöl 50 ha, Goranboy 50 ha, Tərtər 50 ha, Daşkəsən 50 ha; Naxçıvan Muxtar Respublikası: cəmi — 500 ha: Babək 100 ha, Culfa 100 ha, Ordubad 100 ha, Şahbuz 100 ha, Şərur 100 ha; Lənkəran—Astara zonası: cəmi — 650 ha: Cəlilabad 150 ha, Masallı 100 ha, Lerik 100 ha, Lənkəran100 ha, Astara 100 ha, Yardımlı 100 ha; Aran meşə zonası: cəmi — 2960 ha: Ağstafa 100 ha, Qazax 60 ha, Tovuz 150 ha, Yevlax 300 ha, Ağdaş 350 ha, Göyçay 50 ha, Ağsu 50 ha, Bərdə 200 ha, Ucar 50 ha, Zərdab 100 ha, Kürdəmir 50 ha, Hacıqabul 50 ha, Ağcabədi 150 ha, Beyləqan 100 ha, İmişli 250 ha, Saatlı 50 ha, Sabirabad 150 ha, Salyan 100 ha, Şirvan 150 ha, Füzuli 50 ha, Biləsuvar 100 ha, Neftçala 50 ha; o cümlədən Tuqay meşələri: cəmi — 1100 ha: Yevlax 150 ha, Bərdə 150 ha, Ağdaş 200 ha, Şəmkir 100 ha, Ağcabədi 200 ha, İmişli 100 ha, Sabirabad 100 ha, Şirvan 50 ha, Neftçala 50 ha; 2.2.2. Ağac növləri, cinsləri və onların hazırlanması: Böyük Qafqaz: dağ və dağətəyi sahələrdə — adi göyrüş, Qafqaz xurması, ağ akasiya, katalpa və qovaqlar; aşağı zonalarda — qovaqlar, ağ akasiya, katalpa, şeytan ağacı, nəhəng ağcaqayın, at şabalıdı və şərq çinarı; Kiçik Qafqaz: dağ və dağətəyi sahələrdə — adi göyrüş, Qafqaz xurması, ağ akasiya, qovaqlar və katalpa; — aşağı zonalarda — tut, qarağac, qovaqlar, şeytan ağacı, nəhəng ağcaqayın, katalpa, ağ akasiya və söyüd; Naxçıvan Muxtar ağcaqayın, tut, ağ akasiya, söyüd və qovaqlar; Respublikası: Lənkəran—Astara zonası: şabalıdyarpaq palıd, nəhəng ağcaqayın, Qafqaz xurması, cökə, qovaqlar, yalanqoz və qızılağac; Aran meşə zonası, o cümlədən Tuqay meşələri: iydə, tut, qarağac, qovaqlar, yulğun, amorfa, maklyura, ağ akasiya, şeytan ağacı və şərq çinarı; 2.2.3. İcra müddəti: 2003—2008—ci illər; 2.2.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri; 2.2.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, qrantlar və ianələr; 2.2.6. İcra indikatorları: sahələr, oduncağın həcmi, yeni iş yerlərinin sayı və s.; Bioloji müxtəliflik, ekosistemin məhsuldarlığı, torpağın mühafizəsi və s. Fəallıq 2.3. Oduncağın işlənmə sisteminin yaradılması, tullantıların təkrar istifadəsi 2.3.1. Becərilmə zonaları və rayonları: Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şabran, Siyəzən, İsmayıllı, Şamaxı, Xızı, Qobustan, Abşeron, Qusar, Xaçmaz, Quba; Kiçik Qafqaz: Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən; Naxçıvan MR: Babək, Culfa, Ordubad, Şahbuz, Şərur; Lənkəran—Astara zonası: Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı; Aran meşə zonası: Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Sabirabad, Şirvan, Füzuli, Biləsuvar, Neftçala, Beyləqan, İmişli, Saatlı, Salyan; o cümlədən Tuqay meşələri: Şəmkir, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, İmişli, Sabirabad, Şirvan; 2.3.2. Ağac cinsləri və onların hazırlanması: Böyük Qafqaz: adi göyrüş, Qafqaz xurması, qovaqlar, ağ akasiya, şərq çinarı, katalpa, şeytanağacı, nəhəng ağcaqayın; Kiçik Qafqaz: Qovaqlar, adi göyrüş, Qafqaz xurması, ağ akasiya, şeytanağacı, nəhəng ağcaqayın; Naxçıvan Muxtar Respublikası: ağ akasiya, ağcaqayın, qovaqlar; Lənkəran—Astara zonası: qovaqlar, yalanqoz, qızılağac, şabalıdyarpaq palıd, nəhəng ağcaqayın, Qafqaz xurması; Aran meşə zonası, o cümlədən Tuqay meşələri: iydə, tut, qovaqlar, nar, qarağac, amorfa, yulğun, ağ akasiya, şeytan ağacı, maklyura. 2.3.3. İcra müddəti: 2003—2008—ci illər; 2.3.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri; 2.3.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr. 2.3.6. İcra indikatorları: sahələr, oduncağın həcmi, yeni iş yerlərinin sayı, 6 ədəd ağac emalı sexləri, 3000 kub m işlik oduncaq, 120 iş yeri. Erməni işğalı altında olan 20 %—dən çox ərazi azad edildikdən sonra, həmin ərazilərdə milli proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. BÖLMƏ 3. YENİ MEŞƏ—BAĞLARIN SALINMASI (O CÜMLƏDƏN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ BİTKİLƏRİN İSTİFADƏSİ YOLU İLƏ) Fəallıq 3.1. Yeni meşə—bağların salınması üçün perspektivli sahələrin müəyyənləşdirilməsi Ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması və orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün olduqca əlverişlidir. Belə meşə—bağların salınması qida və sənaye əhəmiyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması üçün əlverişli ola bilər. 3.1.1. Becərilmə zonaları və rayonları: Böyük Qafqaz: Balakən 200 ha, Zaqatala 250 ha, Qax 150 ha, Şəki 250 ha, Oğuz 150 ha, Qəbələ 250 ha, İsmayıllı 150 ha, Şamaxı 100 ha, Şabran 50 ha, Quba 250 ha, Qusar 150 ha, Xaçmaz 150 ha, Xırdalan 50 ha, cəmi 2150 ha; Kiçik Qafqaz: Gədəbəy 50 ha, Göygöl 30 ha, Daşkəsən 20 ha, Goranboy 50 ha, Şəmkir 50 ha, Samux 30 ha, cəmi 230 ha; Naxçıvan Muxtar Respublikası: Şahbuz 20 ha, Ordubad 20 ha, Şərur 20 ha, Culfa 20 ha, Babək 20 ha, cəmi 100 ha; Lənkəran—Astara zonası: Lerik 50 ha, Lənkəran 100 ha, Astara 50 ha, Yardımlı 30 ha, Cəlilabad 50 ha, Masallı 40 ha, cəmi 320 ha; Aran meşə zonası, o cümlədən Tuqay meşələri: Ağstafa 100 ha, Qazax 60 ha, Tovuz 150 ha, Yevlax 100 ha, Ağdaş 100 ha, Bərdə 150 ha, Ağcabədi 200 ha, Beyləqan 150 ha, Sabirabad 100 ha, Salyan 40 ha, cəmi 1150 ha; 3.1.2. Ağac cinsləri və onların hazırlanması; Böyük Qafqaz: 2150 ha qozmeyvəlilər — qoz, fındıq, şabalıd; tumlu meyvəlilər — alma, armud, əzgil; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm; giləmeyvəlilər — çaytikanı, qarağat, moruq və s. Kiçik Qafqaz: 230 ha Qozmeyvəlilər — qoz, fındıq; tumlu meyvəlilər — alma, armud, əzgil; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm; giləmeyvəlilər — çaytikanı, qarağat, moruq və s. Naxçıvan Muxtar Respublikası: 100 ha qozmeyvəlilər — qoz, badam; tumlu meyvəlilər — alma, armud, əzgil, quş armudu; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm, ərik, şaftalı; gilə— meyvəlilər — çaytikanı, qarağat, moruq və s. Lənkəran—Astara zonası: 320 ha qozmeyvəlilər — qoz, badam, fındıq, şabalıd; tumlu meyvəlilər — alma, armud, əzgil; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm; gilə— meyvəlilər — çaytikanı, qarağat, moruq, motmotu və s.; subtropik — xurma, əncir, nar, limon, feyxoa, naringi, kivi, portağal. Aran meşə zonası: 1150 ha qozmeyvəlilər — qoz, badam, fındıq, püstə; tumlu meyvəlilər — alma, armud, əzgil, heyva; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm, gavalı, ərik, şaftalı; giləmeyvəlilər — çiyələk, qarağat, moruq və s.; subtropik — xurma, əncir, nar, zeytun. Qeyd olunan meyvə cinslərindən ibarət meşə bağları salmaq üçün zona və rayonlar üzrə müvafiq tingliklərin yaradılması; 3.1.3. İcra müddəti: 2003—2008—ci illər; 3.1.4. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri; 3.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, xüsusi vəsait, qrantlar və ianələr; 3.1.6. İcra indikatorları: bioloji və landşaft müxtəlifliyinin qorunması, emal müəssisələrinin bərpası və yeniləşməsi, yeni iş yerlərinin açılması, ərzaq bolluğunun yaradılması və əhalinin maddi rifah halının qismən yaxşılaşdırılması. BÖLMƏ 4. QEYRİ—MEŞƏ FONDU TORPAQLARINDA MEŞƏ VƏ YAŞILLIQLARIN SALINMASI 4.1.1. Tədqiq edilən zonalar: Xəzər dənizinin sahili boyu — 4500 ha. Təklif olunan cinslər: Eldar şamı, iydə, tut, yulğun, ağyarpaq qovaq, söyüd, zeytun; beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının kənarları 3700 ha; respublikanın dəmir yolları boyu torpaq zonaları 300 ha; Təklif olunan cinslər: qovaqlar, Eldar şamı, şərq çinarı, şabalıdyarpaq palıd, qoz, iydə, tut, armud, göyrüş, ağcaqayın, cökə, sərv; Kür—Araz çaylarının vadiləri, kanalların və sututarların kənarları — 5800 ha. Təklif olunan cinslər: ağyarpaq qovaq, şabalıdyarpaq palıd, söyüd, iydə, göyrüş, ağ akasiya, Eldar şamı; 4.1.2. İcra müddəti — 2003—2008—ci illər; 4.1.3. Məsul icraçılar — meşə mühafizəsi və bərpası müəssisələri, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Abşeron, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Lənkəran, Astara, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Yevlax, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Şəki, Sabirabad, Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Kürdəmir, Zərdab, Ucar, Ağdam, Cəlilabad, Biləsuvar, Füzuli, Masallı rayon (şəhər) icra hakimiyyəti orqanları; [10] 4.1.4. İcra indikatorları: salınmış meşə və yaşıllıqların sahəsi. BÖLMƏ 5. BƏRPA OLUNAN MEŞƏ EHTİYATLARINDAN (MEYVƏ, DƏRMAN BİTKİLƏRİ VƏ S.) SƏMƏRƏLİ İSTİFADƏNİN TƏŞKİLİ Azərbaycan meşələrində ərzaq məhsulu kimi istifadə oluna bilən bir çox yabanı meyvə, giləmeyvə və göbələklərin, eləcə də dərman bitkilərinin böyük bioloji ehtiyatları vardır. Meşələrdə qozmeyvəlilərdən qoz, fındıq, şabalıd, fısdıq, tumlu meyvəlilərdən alma, armud, heyva, yemişan, əzgil, çəyirdəkli meyvəlilərdən alça, Qafqaz xurması, göyəm, gilənar, giləmeyvəlilərdən böyürtkən, moruq, qarağat, qaragilə yayılmışdır. Böyük Qafqazın cənub yamaclarında və Kiçik Qafqazın dağ və dağətəyi meşələrində yeməli göbələklərin geniş arealları yayılmışdır. Göbələklərdən asılqan, şampinyon, ağ göbələk, kötükcə, quzuqarnı və s. daha çox yayılmışdır. Azərbaycanın ərazisində yabanı dərman bitkilərinin 80—dən artıq növü bitir ki, bunlardan da 25 növü xalq təbabətində istifadə olunur. Dərman bitkilərindən çay tikanını, yemişanı, itburnunu, kəklikotunu, dazıotunu və digərlərini göstərmək olar. Yabanı meyvə, giləmeyvə və göbələklərdən onların bioloji ehtiyatlarına ziyan vurmamaq şərti ilə geniş istifadə etmək vacibdir. Meşələrdə bərpa olunan bioloji ehtiyatlardan səmərəli istifadə ilə əlaqədar aşağıdakı fəaliyyətlər nəzərdə tutulur (bax: Fəallıq 5.1); 5.1.1. Becərilmə zonaları və rayonları: Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron, Xızı, Siyəzən, Dəvəçi, Qusar, Quba, Xaçmaz; Kiçik Qafqaz: Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən; Naxçıvan Muxtar Respublikası: Babək, Culfa, Ordubad, Şərur, Şahbuz; Lənkəran—Astara zonası: Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı; http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn10 Aran meşə zonası, o cümlədən Tuqay meşələri: Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala. Fəallıq 5.1. Zonalar üzrə ehtiyatların müəyyən edilməsi № Zona və rayonlar Ağac cinsləri və onların hazırlanması İcra müddəti Məsul icraçılar Maliyyə mənbəyi Realizə üzrə tərəf - müqabilləri İcra indikatorları: sahələr və yeni iş yerlərinin sayı 1. Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron, Xızı, Siyəzən, Şabran, Qusar, Quba, Xaçmaz Qozmeyvəlilər - 300 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər 2200 ton, cəmi - 2500 ton. Dərman bitkiləri 4,5 ton (quru çəkidə) Mütəmadi (hər il) Meşə mühafizəsi və bərpası müəssisələri Büdcə vəsaiti, xüsusi vəsait və meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, ianələr və qrantlar Meşə fondunda olan yabanı meyvələrin, dərman bitkilərinin, göbələklərin və s. yığılması və emalı ilə əlaqədar yeni iş yerlərinin açılması, fermer təsərrüfatlarının inkişafı Bioloji və landşaft müxtəlifliyinin qorunması ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducularının işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi 2. Kiçik Qafqaz: Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən Qozmeyvəlilər - 60 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər 1440 ton, cəmi - 1500 ton. Dərman bitkiləri 3 ton (quru çəkidə) 3. Naxçıvan Muxtar Respublikası: Babək, Culfa, Ordubad, Şərur, Şahbuz, Sədərək Tumlu, çəyirdəkli, giləmeyvəlilər - 15 ton, cəmi - 15 ton. Dərman bitkiləri 0,5 ton (quru çəkidə) 4. Lənkəran-Astara zonası: Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı Qozmeyvəlilər - 100 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər 1100 ton, cəmi - 1200 ton. Dərman bitkiləri 1,5 ton (quru çəkidə) 5. Aran meşə zonaları: Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala. Qoz meyvəlilər - 120 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər 880 ton, cəmi 1000 ton. Dərman bitkiləri 0,5 ton (quru çəkidə) Mütəmadi (hər il) Meşə mühafizəsi və bərpası müəssisələri Büdcə vəsaiti, xüsusi vəsait və meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, ianələr və qrantlar Meşə fondunda olan yabanı meyvələrin, dərman bitkilərinin, göbələklərin və s. yığılması və emalı ilə əlaqədar yeni iş yerlərinin açılması, fermer təsərrüfatlarının inkişafı Bioloji və landşaft müxtəlifliyinin qorunması ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducularının işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi Fəallıq 5.2. Faydalı bitki məhsullarının tədarükü 5.2.1. Məhsul və həcmlər: Böyük Qafqaz: Qozmeyvəlilər 300 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər 2200 ton, cəmi — 2500 ton, dərman bitkiləri 4,5 ton (quru çəkidə); Kiçik Qafqaz: Qozmeyvəlilər 60 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər 1440 ton, cəmi — 1500 ton, dərman bitkiləri 3 ton (quru çəkidə); Naxçıvan Muxtar Respublikası: tumlu, çəyirdəkli, giləmeyvəlilər 15 ton, cəmi — 15 ton, dərman bitkiləri 0,5 ton (quru çəkidə); Lənkəran—Astara zonası: Qozmeyvəlilər 100 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər 1100 ton, cəmi — 1200 ton, dərman bitkiləri 1,5 ton (quru çəkidə); Aran meşə zonası, o cümlədən Tuqay meşələri: Qozmeyvəlilər 120 ton, tumlu, çəyirdəkli, giləmeyvəlilər, subtropik meyvələr 880 ton, cəmi — 1000 ton, dərman bitkiləri 0,5 ton (quru çəkidə); 5.2.2. İcra müddəti: mütəmadi olaraq hər il; 5.2.3. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri; 5.2.4. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr; 5.2.5. İcra indikatorları: bioloji və landşaft müxtəlifliyinin qorunması, ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducuların işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi. BÖLMƏ 6. ƏRAZİLƏRİNDƏ MEŞƏ SAHƏLƏRİ MÖVCUD OLAN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ MEŞƏ FONDU İLƏ ƏLAQƏDAR OLMAYAN MƏŞĞULLUQ SAHƏLƏRİNİN YARADILMASI Meşələrə təsirlərin artması çox zaman meşə ərazilərində yerləşən yaşayış məntəqələrindəki əhalinin məşğulluq və gəlir mənbələrinin kifayət dərəcədə olmaması ilə əlaqədardır. Azərbaycanda yerləşən 238 qəsəbə və 4047 kənddən 2300—ü bilavasitə meşə ilə təmas sahələrində yerləşir. Enerji qıtlığı, gəlir mənbələrinin və iş yerlərinin azlığı, kəndətrafı sahələrdə ot örtüyünün zəif olması, fərdi heyvandarlığın inkişafı və digər səbəblərdən meşələrə antropogen təzyiqlər olduqca artmışdır. Yaranmış vəziyyətdən çıxmaq üçün meşəətrafı kənd və qəsəbələrdə yaşayan əhalinin bir hissəsinin quşçuluq, arıçılıq, bağçılıq, toxuculuq, xalçaçılıq və s. məşğulluq sahələrinə cəlb olunması onların sosial—iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmaqla meşələrə olan təzyiqin nəzərəçarpacaq dərəcədə azaldılmasına şərait yaratmış olardı. Fəallıq 6.1. Meşə ərazilərində yerləşən yaşayış məntəqələrinin iqtisadi vəziyyətinin, o cümlədən əmək ehtiyatlarının, enerji təminatının və s. qeydə alınması Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Şabran, Quba, Qusar; Kiçik Qafqaz: Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy; Lənkəran—Astara zonası: Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad; Aran meşə zonası: Ağstafa, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, Sabirabad, Salyan; Fəallıq 6.2. Hər bir məntəqə üçün meşə ilə əlaqədar olmayan iqtisadi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi 6.2.1. Görüləcək işlər: heyvandarlıq, toxuculuq, meyvə tədarükü və emalı, bağçılıq, arıçılıq, quşçuluq və əkinçilik; 6.2.2. İcra müddəti: 2003—2008—ci illər; 6.2.3. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri; 6.2.4. Maliyyə mənbələri: qrantlar, ianələr; 6.2.5. İcra indikatorları: ərazinin ekoloji vəziyyətinin yaxşılaşması, meşələrə antropogen təzyiqin azalması, meşələrin vəziyyətinin yaxşılaşması, yeni iş yerlərinin yaradılması. BÖLMƏ 7. REKREASİYA ƏHƏMİYYƏTLİ MEŞƏ SAHƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ İSTİFADƏSİ Azərbaycan meşələri rekreasiya və turizmi inkişaf etdirmək üçün geniş imkanlara malikdır. Bu baxımdan endemik bitkilərlə zəngin olan Talış meşələri, Böyük və Kiçik Qafqazın bəzi hissələri ekoloji turizm, dağətəyi və aran meşələri isə rekreasiya üçün münasibdir. Respublikada şəhərlərin ümumi sahəsi bütün torpaq sahələrinin 0,5 %—ni təşkil etsə də, burada əhalinin 4,5 milyonu, yaxud 56 %—i məskunlaşıb. Əhalinin istirahətinin təşkili ekoloji problemlər, qismən isə meşə və onlardan səmərəli istifadə olunması ilə sıx əlaqədardır. Bu baxımdan endemik bitkilərlə zəngin olan Talış meşələri, Böyük və Kiçik Qafqazın bəzi hissələri, yəni Lənkəran, Astara, Quba, Yalama, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Gəncə, Göygöl zonaları ekoloji turizm, dağətəyi, dağ və aran meşələri isə rekreasiya üçün münasibdir. Turizm və rekreasiya fəaliyyətini inkişaf etdirmək üçün milli parkların yaradılması vacibdir. Milli parkların ərazisində qoruqlar, yasaqlıqlar, ovçuluq təsərrüfatı, mədəniyyət abidələri və ətraf mühiti çirkləndirməmək, təbiətə ziyan vurmamaq şərti ilə sənaye müəssisələri fəaliyyət göstərə bilər. Burada həmçinin bitki növlərinin bərpası üzrə mərkəzlərin yaradılması da vacibdir. Milli parklardan hal—hazırda Qusar, Quba, Dəvəçi, Xaçmaz, İsmayıllı, Şamaxı rayonlarını və 100 min hektardan çox ərazini əhatə edən Şahdağ milli parkının yaradılması planlaşdırılır. Bufer zona ilə birlikdə bu ərazidə 500 min adam məskunlaşıbdır. Hirkan dövlət təbiət qoruğunun bazasında Astara, Lənkəran, Yardımlı və Lerik rayonlarının ərazisində digər milli parkın təşkil edilməsi perspektivlidir. Milli parkların meşələrinin ərazisində magistral yollar və müxtəlif təyinatlı kommunikasiyaların çəkilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Bu bölmədə aşağıdakı fəallıqlar nəzərdə tutulur: Fəallıq 7.1. Ekoturizm baxımından perspektiv meşə sahələrinin müəyyənləşdirilməsi 7.1.1. Ekoturizm baxımından perspektiv meşə sahələri: Böyük Qafqaz: Şabran, Xızı, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən; Kiçik Qafqaz: Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Naftalan; Lənkəran—Astara zonası: Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı; Naxçıvan Muxtar Respublikası: Şahbuz (Batabat); 7.1.2. Sahənin təsnifatı (ekoloji iqtisadi və etno—mədəni). Azərbaycanın ərazisində 4500—dən artıq ali bitki növü vardır. Bunlardan 200—dən artığı endemikdir. Məşhur Eldar şamına Azərbaycandan başqa heç yerdə təsadüf olunmur. Dağ ətəkləri 600—700 m qədər enliyarpaq ağac növlərindən palıd, fısdıq, vələs, ağcaqayın və göyrüşlə örtülmüşdür. Lənkəran zonasında enliyarpaq dağ meşələri olduqca füsunkardır. Burada relikt ağac növlərindən ipək akasiyası və dəmirağacları, şabalıdyarpaq palıd, azad ağacı bitir. Böyük Qafqaz zonasında meyvəçilik, tərəvəzçilik, üzümçülük, şərabçılıq, bağçılıq, tütünçülük, ipəkçilik və heyvandarlıq inkişaf etmişdir. Kiçik Qafqazda əkinçilik, bağçılıq, şərabçılıq, yüngül və yeyinti sənayesi, maldarlıq qeyd olunur. Naxçıvanda taxılçılıq, üzümçülük, meyvəçilik, yeyinti (mineral su doldurma) və mədən çıxarma sənayesi inkişaf etmişdir. Lənkəran zonasında rütubətli, subtropik bitkilərdən (çay, sitrus) tezyetişən tərəvəzçilik, tərəvəz konservləşdirilməsi və balıqçılıq sənayesi inkişaf etmişdir. Azərbaycan etno—mədəni cəhətdən dünyanın ən maraqlı ölkələrindən biridir və turizm üçün böyük perspektivlidir. Fəallıq 7.2. Rekreasiya meşə zonalarının inkişafı 7.2.1. İcra müddəti 2003—2008—ci illər; 7.2.2. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi; 7.2.3. Maliyyə mənbələri: büdcə vəsaiti, fondlar, qrantlar və ianələr; 7.2.4. İcra indikatorları: ərazilərdə məşğulluğun təmin olunması və xarici ekoturizmin inkişafına yardım etməklə yerli əhalinin iş yerləri ilə təminatı; BÖLMƏ 8. ƏHALİ, BƏLƏDİYYƏLƏR VƏ QEYRİ—HÖKUMƏT TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ Proqramın müvəffəqiyyətlə həyata keçirilməsi əhali, bələdiyyələr və eləcə də qeyri— hökumət təşkilatları ilə əməkdaşlıqdan asılıdır. Bu baxımdan proqramda belə əlaqələrin yaradılması və inkişafı sahəsində xüsusi fəaliyyət nəzərdə tutulmuşdur. Fəallıq 8.1. Əhali arasında meşə proqramı ilə əlaqədar təşkilatlanma 8.1.1. Orta, orta ixtisas, ali məktəblərdə və digər tədris müəssisələrində təbiət dostları, həvəskar meşəçilər, bağbanlar və s. könüllü qurumların təşkili. 8.1.2. Bələdiyyələr və qeyri—hökumət təşkilatları ilə fəaliyyət planlarının tərtibi və icrası; 8.1.3. İcra müddəti: 2003—2008—ci illər; 8.1.4. Məsul icraçılar: Meşə mühafizəsi və bərpası müəssisələri, yerli icra hakimiyyəti orqanları. 8.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, xüsusi vəsait, qrantlar, ianələr. 8.1.6. İcra indikatorları: ətraf mühitin, o cümlədən meşələrin qorunması, təbiətin mühafizə olunması və onun əhəmiyyəti mövzusunda yerli əhali arasında təbliğatın gücləndirilməsi, yerli icmalar, dövlət və qeyri—hökumət təşkilatlarının birgə fəaliyyətinin tənzimlənməsinə nail olmaq. BÖLMƏ 9. BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ Meşələrin bərpası, genişləndirilməsi və səmərəli istifadəsi bu işlərin yerinə yetirilməsi üçün həm milli səviyyədə, həm də beynəlxalq səviyyədə maddi texniki və intellektual potensialın səfərbərliyini nəzərdə tutur. Bunu həyata keçirmək üçün aşağıdakı fəallıqlar nəzərdə tutulmuşdur: Fəallıq 9.1. Ətraf mühitin, o cümlədən meşələrin və biomüxtəlifliyin qorunmasına yönəldilmiş beynəlxalq proqramlarda iştirak 9.1.1. Təbiətin mühafizəsi, davamlı inkişaf sahəsində fəaliyyət göstərən bütün beynəlxalq qurumlar ilə, o cümlədən BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, müvafiq fondlarla əməkdaşlıq; 9.1.2. İcra müddəti: 2002—2007—ci illər; 9.1.3. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; 9.1.4. Maliyyə mənbələri: büdcə vəsaiti, qrantlar və ianələr; Fəallıq 9.2. Meşələrin qorunması sahəsində regional əməkdaşlıq 9.2.1. Regional əməkdaşlıq: Talış: İran İslam Respublikası ilə əməkdaşlıq; Böyük Qafqaz: Rusiya Federasiyası və Gürcüstan ilə əməkdaşlıq; Kiçik Qafqaz: İran İslam Respublikası və Türkiyə Respublikası ilə əməkdaşlıq; 9.2.2. İcra müddəti: 2003—2008—ci illər; 9.2.3. İcra indikatorları: regional müqavilələrin və proqramların sayı. Fəallıq 9.3. Meşəçilik və meşə ağaclarının seleksiyası, aqrotexnikası və emal texnologiyası üzrə əməkdaşlıq və digər yeni sahələrdə nailiyyətlər BÖLMƏ 10. TƏDRİS VƏ TƏBLİĞAT Proqramı müvəffəqiyyətlə həyata keçirmək üçün müvafiq tədris və təbliğat tədbirləri nəzərdə tutulur. 10.1.1. Tədris və təbliğat aparılacaq zonalar: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri; Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron, Xızı, Siyəzən, Şabran, Qusar, Quba, Xaçmaz; Kiçik Qafqaz: Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən; Naxçıvan Muxtar Respublikası: Babək, Culfa, Ordubad, Şərur, Şahbuz, Sədərək; Lənkəran—Astara zonası: Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara; Aran meşə zonaları: Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala; 10.1.2. İcra müddəti: daimi. 10.1.3. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun tabeliyində olan təlim, tərbiyə və tədris müəssisələri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yerli idarələri, yerli icra hakimiyyəti orqanları, meşə mühafizəsi və bərpası müəssisələri; [11] 10.1.4. Maliyyə mənbələri: büdcə vəsaiti, qrantlar və ianələr; 10.1.5. İcra indikatorları: Meşələrin mühafizəsi, təbliği və tədrisinin gənc nəsil üçün ailədən, uşaq bağçasından, ibtidai məktəbdən başlaması, ali təhsil müəssisələrində davam etdirilməsi, tədris vəsaitlərinin (dərsliklər, əyani vasitələr, stendlər, fotomontajlar və sairə) hazırlanması, mühazirələrin oxunması, vaxtaşırı seminarların təşkili, mütəxəssislərin bilik səviyyəsinin artırılması, elmin yeni nailiyyətləri ilə onları tanış etmək məqsədilə kursların təşkili, təbiəti sevənlər dərnəklərinin və mərkəzlərinin proqramlarının təkmilləşdirilməsi, gənc nəslin ekoloji tərbiyəsində məktəb meşəbəyliklərinin təşkili, təbiəti sevənlər dərnəklərinin və mərkəzlərinin yaradılması, meşəçilik və təbiəti mühafizə elminin tədrisi meşə təsərrüfatları ilə sıx əlaqədə olan ixtisaslaşmış mütəxəssislər vasitəsilə aparılacaqdır. http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1975.htm# edn11