跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 94 on approval of regulations regarding establishment, use and protection of State Cadastral Fund

颁布于 1999-06-07 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 94.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Land and soil
关键词
special fund, data collection/reporting, governance, institution, cadastre/land registration, monitoring

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”, “Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqların texniki uçotu və yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.[1] 3. “Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 7 iyun 1999-cu il № 94 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında ƏSASNAMƏ http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn1 Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi, mühafizəsi qaydalarını və şərtlərini müəyyən edir. I. ÜMUMİ MÜDDƏALAR 1. Dövlət torpaq kadastrı fonduna (bundan sonra “Fond” adlanacaq) Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. 2. Fond Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.[22] 3. Fondun idarəetmə strukturu Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin strukturunun tərkib hissəsi olmaqla, onun strukturu bu Komitənin Kollegiyası tərəfindən təsdiq olunur.[23] 4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.[24] 5. Dövlət torpaq kadastrı fondu, dövlət geodeziya və kartoqrafiya fondu və digər kadastr fondları ilə əlaqəli şəkildə qurularaq vahid informasiya fondunun tərkib hissəsini təşkil edir.Dövlət torpaq kadastrı fondu hüquqi şəxs kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fonduna daxildir.[25] 6. Fondun idarəetmə strukturu iş planı əsasında fəaliyyət göstərməklə Baş Arxiv idarəsinin siyahısına uyğun olaraq məhv edilməsi nəzərdə tutulmuş bəzi fond məlumatlarının və materiallarının müəyyən edilməsini, yeni hazırlanmış məlumat və materialların qəbulunu fondun idarəetmə strukturuna daxil olan ekspert komissiyası vasitəsi ilə həyata keçirir. 7. Ekspert komissiyasının fond ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq tənzimlənir.[26] II. FONDUN YARADILMASI MƏNBƏLƏRİ 1. Fondun yaradılması mənbələri aşağıdakılardır: bu Əsasnamə qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn22 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn23 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn24 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn25 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn26 Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində saxlanılan və məhv olunması nəzərdə tutulmayan, eləcə də məhvedilmə müddəti çatmamış torpaq kadastrı məlumatları və materialları; bu Əsasnamə qüvvəyə mindiyi gündən sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və digər icraçı təşkilatlar tərəfindən hazırlanacaq torpaq kadastrı məlumatları və materialları;[27] Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən hər ilin 01 yanvar vəziyyətinə təqdim olunan torpaq kadastrı məlumatları və materialları;[28] mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən təqdim olunan torpaq kadastrı məlumatları və materialları; torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təqdim olunan məlumatlar; digər sahə kadastrlarının məlumatları. III. FONDDAN İSTİFADƏ VƏ ONUN MÜHAFİZƏSİ QAYDALARI 1. Fond Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində yaradılır.[29] 2. Fondun məlumat və materialları müasir kompüter texnikası vasitəsilə mərkəzləşdirilmiş qaydada sistemləşdirilir. 3. Fondun məlumat və materiallarından istifadə hüququ aşağıdakılara verilir: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə yeni torpaq kadastrı məlumatları və materiallarının hazırlanması və digər xidməti məqsədlər üçün;[30] Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün;[31] Dövlət orqanlarına və bələdiyyələrə xidməti istifadə üçün; Vətəndaşlara və hüquqi şəxslərə onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarla bağlı məsələlərə baxılması üçün; 4. Fondun məlumatlarından və materiallarından istifadə qaydaları aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.1. Fondun məlumatlarından və materiallarından istifadə etmək üçün bu Əsasnamənin III bölməsinin 3-cü bəndində nəzərdə tutulan istifadəçilər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adına rəsmi qaydada müraciət (vətəndaşlar tərəfindən ərizə) edilir.[32] 4.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri həmin müraciətə 5 gün müddətində baxır, məlumat və materiallardan istifadəyə icazə verilməsi barədə fondun rəhbərinə müvafiq tapşırıq verir. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn27 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn28 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn29 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn30 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn31 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn32 4.3. Fondun ekspert komissiyası həmin tapşırığa uyğun olaraq, bir gün ərzində istifadəsi tələb olunan məlumatları və materialları müəyyən edir. 4.4. Dövlət torpaq kadastrı məlumatlarından və materiallarından fondun daxilində istifadəsinə 2 gün ərzində icazə verilir. 4.5. Dövlət torpaq kadastrı məlumatları və materiallarından surət (dublikat) çıxarılması zərurəti yarandıqda (məxfi qrifləri olan materiallar istisna edilməklə), həmin surət fondun rəhbəri tərəfindən sifarişçinin vəsaiti hesabına hazırlanır. Bu məqsədlə ekspert komissiyası material və əmək sərfinin dəyərini əvvəlcədən sifarişçiyə (dövlət tapşırıqlarını icra edən sifarişçilər istisna olmaqla) bildirir və sifarişçi həmin məbləğdə maliyyə vəsaitini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq bankdakı hesablaşma hesabına ödəyir və ödəmə barədə qəbzi fondun rəhbərinə təqdim edir.[33] 4.6. Fondun materiallarından fondun ərazisindən kənarda istifadə müddəti səlahiyyətli orqanlar tərəfindən icraçıya tapşırılmış işin icra müddətindən artıq ola bilməz. 5. Dövlət torpaq kadastrı fondunun məlumatları aşağıdakı işlərdə istifadə edilir: torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində; torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi tədbirlərinə dair kompleks dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində; yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında; şəhərsalma, meşəsalma, tikinti, meliorasiya, irriqasiya, geodeziya, topoqrafiya, geoloji kəşfiyyat və axtarış işlərinin layihələşdirilməsində və aparılmasında; torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində, torpaq reyestrinin tərtibində və torpaq bazarının formalaşdırılmasında; torpaq vergisinin və icarə haqqının müəyyənləşdirilməsində və tətbiqində;[34] torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və istifadəsində; torpaqların istifadəsinə, mühafizəsinə və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində. 6. Fondda saxlanılan topoqrafiya-geodeziya, kartoqrafik, qravimetrik, aero və kosmik planaalma materiallarının məxfiliyi bu sahədə qüvvədə olan xüsusi təlimata uyğun olaraq təmin edilir və bu təlimatın tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. 7. Fondun surət (dublikat) çıxarılması icazə verilməyən materiallarından müvəqqəti istifadəyə bu Əsasnamənin III bölməsinin 6-cı bəndində nəzərdə tutulmuş təlimata uyğun olaraq, fondun daxilində icazə verilir. 8. Fondun məlumatları dövlət orqanlarının, bələdiyyələrin müvafiq qərar qəbul etməsi üçün əsasdır.[35] http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn33 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn34 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn35 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Ministerial Decree No. 94 on approval of regulations regarding establishment, use and protection of State Cadastral Fund · Nelum