Ministerial Decree No. 94 on approval of regulations on land monitoring
颁布于 1999-06-07 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 94.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Land and soil
- 关键词
- monitoring, data collection/reporting, research, risk assessment/management, soil conservation/soil improvement, early warning system, governance, institution
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”, “Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqların texniki uçotu və yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.[1] 3. “Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 7 iyun 1999-cu il № 94 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Torpaqların monitorinqinin aparılması qaydaları haqqında ƏSASNAMƏ http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn1 Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına müvafiq hazırlanmış və torpaqların monitorinqinin aparılması qaydalarını tənzimləyir. 1. Monitorinq – hər hansı bir təbii obyektdə təbii proseslərin gedişini izləmək, daha geniş mənada bu sahədə çoxməqsədli informasiya məlumatları toplamaq sistemidir. Monitorinqin əsas vəzifəsi obyekti müşahidə etmək, antropogen təsirlər nəticəsində insan orqanizmi, bütöv canlı aləm və ətraf mühit üçün kritik situasiyaların yaranması haqqında toplanmış məlumatların nəticələrinə əsasən xəbərdarlıq etmək, təbii mühitin vəziyyətini qiymətləndirmək və proqnozunu verməkdir. Əhatə dairəsinə görə monitorinq lokal (məhdud məhəlli sahədə), regional və qlobal-biosfer sahələrə bölünür. Təyinatına görə isə monitorinq baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə bölünür. 2. Torpaqların monitorinqi torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, onların qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün vahid torpaq fondunun istifadə vəziyyəti üzərində müntəzəm müşahidə sistemidir. 3. Torpaqların monitorinqi bütövlükdə biosfer monitorinqinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının vahid torpaq fondunda inzibati ərazi vahidləri üzrə vahid metodologiya əsasında aparılır və aşağıdakıları nəzərdə tutur: torpaq üzərində müntəzəm müşahidələr, torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji aerofotogeodezik, kartoqrafik, digər çöl və laboratoriya tədqiqatları əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin eroziyaya uğraması, şorlaşması, şorakətləşməsi, bataqlaşması, səhralaşması, təhlükəli kimyəvi maddələrlə çirklənməsi, təyinatının, ölçülərinin, sərhədlərinin və digər kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini öyrənir; torpaqlarda humusun itirilməsi, torpaqların təbii münbitliyini səciyyələndirən dagər parametrlər üzrə kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası, təbii və antropogen proseslər nəticəsində müxtəlif dərəcədə pozulmuş torpaqların rekultivasiyası üzərində səyyar, stasionar və məsafədən idarə olunan (aerokosmik tədqiqatlar) metodlar kompleksindən istifadə etməklə müşahidələrin aparılmasını əhatə edir; 4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti elmi-tədqiqat və layihə-axtarış təşkilatları ilə razılaşdırmaqla:[36] torpaq (torpaq-aqrokimyəvi və torpaq-meliorasiya tədqiqatları da daxil olmaqla) iqlim, aqroekoloji, geobotanika və digər elmi-tədqiqat və axtarış işlərinin aparılması, torpaq sahələrinin müxtəlif miqyaslarda xəritələşdirilməsi, torpaqların istifadə vəziyyəti üzərində operativ monitorinq müşahidələrinin aparılması üçün http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn36 zəruri olan plan-xəritə materiallarının tərtib edilməsi üzrə təlimatlar və metodik göstərişlər işləyib hazırlayır və təsdiq edir; torpaq ehtiyatlarının səmərəli istifadə vəziyyəti barədə uzunmüddətli və operativ informasiyaya olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir. Torpaqların monitorinq müşahidələrinin daim təkmilləşdirilməsi üzrə torpaqların mühafizəsi ehtiyaclarına dair məlumatların monitorinq sənədlərinə daxil edilməsi üzrə tədbirlər görür; torpaqların monitorinqi əsasında torpaqların istifadəsinin ekoloji vəziyyəti, mühafizəsi barədə, proqnozlar, proqramlar, xəritə və bülletenlər və sair məlumatlar hazırlayır; torpaqların monitorinqi ilə bağlı toplanmış materialların və məlumatların sistemləşdirilməsini, eyni zamanda həmin məlumatların təhlil edilməsini, saxlanılmasını və nəşrini təmin edir; 5. Torpaqların monitorinqi ilə bağlı məlumatların dəqiqləşdirilməsi və təhlili məqsədilə; a) mülkiyyət formasından asılı olmayaraq bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqların tərkibində baş vermiş dəyişikliklər barədə hər il yanvarın birinə icra hakimiyyəti orqanının (bələdiyyənin) kənd, qəsəbə və rayon tabeli şəhərlərindəki nümayəndəsinə, onlar isə öz növbəsində müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına (bələdiyyəsinə) müəyyən edilmiş formada hesabat verirlər; b) rayon, (şəhər) icra hakimiyyəti orqanları (bələdiyyələr) öz inzibati ərazi hüququna torpaqdan səmərəli istifadənin ekoloji vəziyyəti üzrə (keyfiyyət dəyişiklikləri barədə) hesabatı fevralın 20-dək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti isə martın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edirlər;[37] c) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi rayonlar, rayon və respublika tabeli şəhərlər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaqlarınekoloji vəziyyəti barədə (yanvarın 1-nə olan vəziyyət) hesabat tərtib edir. Həmin hesabatlara aşağıdakılar daxil edilir: hər il: torpaqlarda baş verən eroziya, səhralaşma, şorlaşma, şorakətləşmə, bataqlaşma və s. prosesləri, habelə torpaqlarda antropogen və təbii amillərin təsiri nəticəsində baş verən digər dəyişikliklər haqqında məlumatlar. 5 ildən bir: torpaqların ümumi fiziki-kimyəvi və bəzi mühüm aqronomik göstəricilərinə aid çöl və laboratoriya tədqiqatlarının nəticələri haqqında məlumatlar. 10 ildən bir: dövlət yay və qış otlaqlarının torpaq, geobotaniki və yem vahidi göstəricilərinin çöl və laboratoriya nəticələri haqqında məlumatlar. 6. Torpaqların monitorinqi respublika, regional və yerli proqramlar əsasında ixtisaslaşmış layihə-axtarış və elmi-tədqiqat müəssisələrinə Azərbaycan http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn37 Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən sifarişlərə uyğun aparılır. 7. Torpaqların monitorinq müşahidələrinin çöl və laboratoriya tədqiqatlarının nəticələri mətn, cədvəl və qrafik materiallar hər il hesabat şəklində ayrılıqda tərtib edilir. Torpaqların keyfiyyəti və onların istifadə vəziyyəti haqqında məlumatlar müvafiq hesabatlara daxil edilir. 8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Respublikanın vahid torpaq fondunda baş vermiş bütün mənfi və müsbət dəyişikliklər barədə ayrı ayrı rayonlar, rayon mərkəzləri, respublika tabeli şəhərlər və Naxçıvan muxtar Respublikası üzrə ümumiləşdirilmiş hesabatı hər il aprelin 30-dək öz kollegiya iclasında təsdiq edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim edir. 9. Torpaqların monitorinqinin aparılması prosesini tənzimləyən texniki (forma və ona əlavələr) sənədlərin nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsitərəfindən təsdiq olunur.[38] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn38