Ministerial Decree No. 84 on establishment of Gakh State Reserve
颁布于 2003-06-16 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Qax Dövlət Təbiət Yasaqlığının yaradılması barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 84.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment, Wild species and ecosystems
- 关键词
- biodiversity, ecosystem conservation, protected area, management/conservation, pastoralism, protection of environment, wild fauna, wild flora, animal production
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Qax Dövlət Təbiət Yasaqlığının yaradılması barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Qax rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahələrindən 12530 hektar (o cümlədən 1 nömrəli 466 ha, 2 nömrəli 1500 ha, 3 nömrəli 184 ha, 4 nömrəli 165 ha, 5 nömrəli 265 ha, 6 nömrəli 500 ha, 7 nömrəli 1378 ha, 8 nömrəli 600 ha, 9 nömrəli 783 ha, 10 nömrəli 1473 ha, 11 nömrəli 768 ha, 12 nömrəli 468 ha, 13 nömrəli 173 ha, 14 nömrəli 1675 ha, 15 nömrəli 330 ha, 16 nömrəli 407 ha, 18 nömrəli 149 ha, 19 nömrəli 242 ha, 20 nömrəli 252 ha, 21 nömrəli 164 ha, 22 nömrəli 138 ha, 23 nömrəli 191 ha, 24 nömrəli 259 ha) və qış otlaq sahələrindən 24306 hektar (o cümlədən 38 nömrəli 755 ha, 39 nömrəli 536 ha, 40 nömrəli 938 ha, 41 nömrəli 561 ha, 42 nömrəli 625 ha, 43 nömrəli 388 ha, 44 nömrəli 528 ha, 45 nömrəli 528 ha, 46 nömrəli 703 ha, 47 nömrəli 661 ha, 48 nömrəli 622 ha, 49 nömrəli 782 ha, 50 nömrəli 753 ha, 51 nömrəli 932 ha, 52 nömrəli 563 ha, 53 nömrəli 401 ha, 54 nömrəli 521 ha, 55 nömrəli 850 ha, 56 nömrəli 1985 ha, 57 nömrəli 963 ha, 58 nömrəli 755 ha, 59 nömrəli 859 ha, 60 nömrəli 956 ha, 61 nömrəli 990 ha, 62 nömrəli 839 ha, 63 nömrəli 677 ha, 64 nömrəli 663 ha, 65 nömrəli 766 ha, 66 nömrəli 1183 ha, 67 nömrəli 815 ha, 68 nömrəli 583 ha, 69 nömrəli 625 ha) olmaqla cəmi 36836 hektar torpaq sahəsində Qax Dövlət Təbiət Yasaqlığı yaradılsın. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 16 iyun 2003-cü il № 84