跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 79 on approval of rules regarding permit for process engineering and agricultural activities in lands affected by exogenous processes

颁布于 2000-05-01 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydasının təsdiq edilmesi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 79.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Land and soil
关键词
agricultural land, authorization/permit, hazards, erosion, flood, monitoring, precautionary principle, risk assessment/management, environmental impact assessment (EIA), land-use planning

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları", "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası" və "Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri" təsdiq edilsin (əlavə olunur). (Çıxarılıb)[1] 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 1 may 2000-ci il № 79 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi QAYDASI[5] Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını tənzimləyir. 1. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğanəmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya; eol) uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi, abraziya prosesləri gedən, həmçinin palçıq vulkanları təzahür edən sahələr aiddir. 2. Torpaqların ekzogen geoloji proseslərə məruz qalmasının regional qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra— Dövlətgeolkom) tərəfindən həyata keçirilir. Dövlətgeolkom aidiyyəti üzrə digər müvafiq elmi və icra strukturları ilə birlikdə Azərbaycan Respublikası ərazisinin mühəndis-geoloji öyrənilməsini, ekzogen geoloji proseslərin və bu proseslərə məruz qalmış sahələrin http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn5 aşkarlanmasını, proseslərin kompleks tədqiqini, onların mənfi təsirinin qarşısını almağa dair operativ tövsiyələr vermək məqsədi ilə ekzogen geoloji proseslərin monitorinqinin yaradılmasını və aparılmasını təmin edir. 3. Dövlətgeolkom, təhlükəsizlik dərəcəsi nəzərə alınmaqla, ekzogen geoloji proseslərə məruz qalmış və bu proseslərin getdiyi torpaqlarda meliorasiya və bərpa (rekultivasiya) işləri aparılanadək onların istehsal və həyat fəaliyyəti üçün istifadəsinin məhdudlaşdırılması və konservasiya edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında vəsatət qaldırır. 4. Yerli icra hakimiyyətləri, bələdiyyələr və torpaq mülkiyyətçiləri onlara məxsus torpaq sahələrində rast gəldikləri ekzogen geoloji proseslər haqqında Dövlətgeolkoma məlumat verirlər. Dövlətgeolkom yoxlanması və gələcəkdə baş vermə təhlükəsi gözlənilən ekzogen geoloji proseslərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə müvafiq təkliflər hazırlayır və onlara təqdim edir. 5. Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin təhlükəlilik dərəcəsi onların inkişaf etdiyi torpaqların istifadə təyinatından asılı olaraq müəyyənləşdirilir. 6. Sürüşməyə məruz qalmış və aktivlik dərəcəsindən asılı olmayaraq sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyi 30 dərəcədən yuxarı olduqda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması (mal-qara otarılmasından başqa) qadağandır. Relyefin mailliyi 20—30 dərəcə arasında olduqda sürüşmə prosesi gedən torpaqlarda mühəndis-texniki işlərin aparılmasına icazə verilmir. Xüsusi hallarda Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə ağır texnika və süni suvarma tətbiq edilmədən kənd təsərrüfatı işləri aparıla bilər. Relyefin mailliyi 20 dərəcədən az olduqda, sürüşmə prosesinin aktivlik dərəcəsindən asılı olaraq, torpaqlardan Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə müvafiq mühəndis müdafiə tədbirləri tətbiq edilməklə yalnız xüsusi əhəmiyyətli mühəndis-texniki işlər aparıla bilər. Belə torpaqlardan kənd təsərrüfatı işlərinin aparılması üçün süni suvarma tətbiq edilmədən Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə istifadə edilə bilər.[6] 7. Sel təhlükəli sahələrdə seldən müdafiə qurğularının tikintisi və xüsusi əhəmiyyətli körpülərin salınması üzrə işlər istisna olmaqla, bütün növ mühəndis-texniki işlərin aparılması qadağandır. Kənd təsərrüfatı işləri xüsusi hallarda Dövlətgeolkomun, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. 8. Palçıq vulkanları aktivləşmə dövrünü yaşayan torpaqlarda və onların təsiri altında olan torpaqlarda bütün növ mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması qadağandır. Sönmüş palçıq vulkanları sahələrində müvəqqəti kənd təsərrüfatı işləri xüsusi hallarda Dövlətgeolkomun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. [7] 9. Subasma və bataqlıqlaşma gedən torpaqlarda xüsusi təyinatlı mühəndis-texniki işlər Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. Belə torpaqlarda http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn7 kənd təsərrüfatı işləri meliorativ tədbirlər həyata keçirməklə Dövlətgeolkomun, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, sanitar nəzarəti orqanlarının razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. [8] 10. Eroziya, yarğanəmələgəlmə, torpaq qatının yuyulması və yerçökməsi prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər müvafiq mühəndis-mühafizə tədbirləri həyata keçirməklə Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər. Bu proseslər gedən torpaqlarda kənd təsərrüfatı işləri qabaqcadan müəyyənləşdirilmiş suvarma üsulları və suvarma sularının drenajı tədbirlərinin həyata keçirilməsi şərti ilə Dövlətgeolkomun razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparıla bilər.[9] 11. Deflyasiya və eol prosesləri gedən torpaqlarda mühəndis-texniki işlər Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə, kənd təsərrüfatı işləri isə Dövlətgeolkomun razılığı, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparılır.[10] 12. Abraziya prosesləri gedən sahil zonalarında mühəndis-texniki işlər və kənd təsərrüfatı işləri Dövlətgeolkomun, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, aidiyyəti olan hallarda isə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə aparılır.[11] 13. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsini şərtləndirən bütün mühəndisi-mühafizə tədbirlərinin layihələri Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi,Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlətgeolkomla, irriqasiya, meliorasiya və drenaj tədbirlərinin layihələri isə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Dövlətgeolkomla razılaşdırılır. [12] 14. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması bu torpaqların təsir sahəsində yerləşmiş digər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamalı və onlara maddi ziyan vurmamalıdır. 15. Bu Qaydada adları çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının razılığı olmadan ekzogen geoloji proseslərə məruz qalmış torpaqların hər hansı məqsədlər üçün istifadəsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn9 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn10 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn11 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn12

Ministerial Decree No. 79 on approval of rules regarding permit for process engineering and agricultural activities in lands affected by exogenous processes · Nelum