Ministerial Decree No. 65 on the establishment of State Committee on private households in the agricultural sector
颁布于 2000-04-11 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının Əsasnaməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 65.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development
- 关键词
- agricultural development, business/industry/corporations, cooperative/producer organization, inspection, institution, policy/planning, governance
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli, 275 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri" təsdiq edilsin (əlavə olunur.) 2. "Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının Əsasnaməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 8 oktyabr tarixli 138 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 dekabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Nümunəvi özəl təsərrüfat müəssisələrinin yaradılması layihəsinin tətbiqi üzrə Mərkəzi işçi orqanı haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 11 aprel 2000-ci il № 65 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli, 65 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR 1.1. Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası (bundan sonra — Dövlət Komissiyası) kənd təsərrüfatında islahatların aparılmasını və özəl bölmənin inkişafını sürətləndirmək üçün beynəlxalq maliyyə təşkilatları ilə birlikdə «Təsərrüfatların özəlləşdirilməsi Layihəsi»nin və «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nin (bundan sonra — layihələr) icrasını təmin edir və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin (bundan sonra — Agentlik), rayon işçi orqanlarının və müvafiq regional qurumların vasitəsi ilə bu layihələri həyata keçirir. 1.2. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Aqrar islahatının əsasları haqqında», «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik və normativ hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur. 1.3. Dövlət Komissiyası öz fəaliyyəti barədə Azərbaycan Respublikası Prezidentinə müntəzəm olaraq hesabat verir. 1.4. Dövlət Komissiyası dövlət büdcəsinin və beynəlxalq maliyyə təşkilatlarının vasitələri hesabına maliyyələşdirilən Agentlik, Bərdə, Lənkəran, Salyan, Ucar, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Şərur rayonlarında yaradılmış rayon işçi orqanlarının və «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nə uyğun olaraq yaradılan regional qurumların fəaliyyətinə rəhbərlik edir. 1.5. Dövlət Komissiyası öz işini beynəlxalq maliyyə təşkilatları ilə sıx əlaqədə həyata keçirir. II. DÖVLƏT KOMİSSİYASININ FUNKSİYALARI VƏ HÜQUQLARI 2.1. Dövlət Komissiyası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: Layihələr daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti adından beynəlxalq maliyyə təşkilatları qarşısında məsələlər qaldırır və danışıqlar aparır; Agentliyin, rayon işçi orqanlarının və regional qurumların beynəlxalq və respublika maliyyə təşkilatları ilə razılaşdırılmış ştat vahidlərini və onların vəzifə maaşlarını təsdiq edir; Agentliyin illik iş proqramına və büdcəsinə Dünya Bankının müəyyən etdiyi qaydalara uyğun baxıb təsdiq edir; Agentlikdən onun fəaliyyətinə dair hesabat tələb edir və müvafiq qərarlar verir; Agentliyə lazımi iş şəraitinin yaradılmasına kömək edir; layihələr daxilində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar arasında bağlanmış qarşılıqlı müqavilələrin və digər sənədlərin vaxtında və müəyyən edilmiş qaydada icrası barədə onlardan hesabat alır; layihələrin tətbiqi ilə əlaqədar təklif, müraciət və ərizələrə müntəzəm olaraq baxır, onları təhlil edir, lazım gəldikdə zəruri təkliflərin həyata keçirilməsini təmin edir; 2.2. Dövlət Komissiyasının hüquqları: Dövlət Komissiyası sədrinin təklifinə əsasən Agentliyin rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Agentliyin rəhbərinin təqdimatına əsasən Agentliyin rəhbərinin müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edilməsi; layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verilməsi; Azərbaycan Respublikasında özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması barədə müvafiq beynəlxalq təşkilatlar qarşısında vəsatət qaldırılması; layihələr çərçivəsində yaradılan regional qurumların əsasnamələrinin təsdiq edilməsi; zəruri hallarda Dövlət Komissiyasının və Agentliyin, rayon işçi orqanlarının əsasnamələrinə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verilməsi. III. DÖVLƏT KOMİSSİYASININ İŞİNİN TƏŞKİLİ 3.1. Dövlət Komissiyası öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir. Dövlət Komissiyasının iclasları Dövlət Komissiyasının sədri tərəfindən çağırılır. 3.2. Dövlət Komissiyasının iclaslarında onun üzvlərindən başqa Dövlət Komissiyasının sədri tərəfindən dəvət olunan nazirliklərin və digər mərkəzi idarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, habelə özəl təsərrüfatların nümayəndələri iştirak edə bilərlər. 3.3. Dövlət Komissiyasının iclasları onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Dövlət Komissiyasının qərarları onun iclasında iştirak edən üzlərinin səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici hesab olunur. Dövlət Komissiyasının iclasları protokollar ilə rəsmiləşdirilir və Komissiyanın sədri tərəfindən imzalanır. 3.4. Dövlət Komissiyasının sədri: Dövlət Komissiyasının fəaliyyətinə rəhbərlik edir və onun işini təşkil edir; Dövlət Komissiyasının üzvləri arasında iş bölgüsü aparır; Dövlət Komissiyasını üçüncü şəxslərlə münasibətlərdə təmsil edir; öz səlahiyyətləri daxilində Dövlət Komissiyasının fəaliyyəti ilə əlaqədar sərəncamlar verir və qərarlar qəbul edir. 3.5. Dövlət Komissiyası kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə səlahiyyəti hüdudlarında məsuliyyət daşıyır.