Ministerial Decree No. 63 on approval of rules for the legal persons having sources, rendering harmful chemical, biological and physical influence on atmospheric air
颁布于 2002-04-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 63.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Air and atmosphere
- 关键词
- air quality/air pollution, business/industry/corporations, ecofriendly products/ecofriendly processes, governance, hazardous substances, inspection, pollution control
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
"Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 aprel 2002-ci il № 63 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə QAYDASI Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə qaydasını müəyyən edir. 1. Atmosfer havasına zərərli təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətinin həyata keçirilməsində vəzifələri aşağıdakılardan ibarətdir: 1.1. atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən olunmuş tələbləri yerinə yetirmək; 1.2. atılmanın yol verilən və ya müvəqqəti razılaşdırılmış həddinin, atmosfer havasına zərərli fiziki təsirin səviyyəsinin gözlənilməsinə nəzarət etmək; 1.3. atmosfer havasına atılan zərərli maddələrin atılmanın yol verilən həddinə və zərərli fiziki təsirin normalar səviyyəsinə qədər azaldılmasına dair tədbirləri həyata keçirmək; 1.4. atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirmək məqsədilə cavabdeh şəxsi təyin etmək və ya ekoloji xidməti təşkil etmək. 2. İstehsalat nəzarəti sisteminin yaradılması aşağıda göstərilən tələblərin yerinə yetirilməsini təmin etməlidir: 2.1. zərərli maddələrin atmosfer havasına atılmasına dair normativ-texniki sənədlərin tərtibi və tətbiqini; 2.2. istehsal və xidmət sahələrində qaz-toz hava axınlarının parametrlərinə nəzarət vasitələrinin və üsullarının hazırlanmasını; 2.3. atmosfer havasının mühafizəsinə dair normativ-texniki sənədlərin, standartların və sairənin praktiki fəaliyyətdə tətbiqini, o cümlədən obyektlərin sanitar-mühafizə zolaqlarının rejiminə əməl olunmasını; 2.4. istehsalatda tətbiq edilən yeni texnoloji qurğu və avadanlıqların sınağı və istismara qəbulu prosesində atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsini; 2.5. atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirin azaldılmasına dair tədbirlərin əsaslandırılmasına, tərtibinə və onların yerinə yetirilməsinə nəzarəti; 2.6. atılmanın yol verilən həddi normalarının və zərərli fiziki təsirlərin səviyyəsinin gözlənilməsinə nəzarəti; 2.7. atmosfer havasına zərərli təsirin kəmiyyət və keyfiyyəti haqqında dəqiq məlumatların əldə olunmasını, onların təhlilini; 2.8. qaz-toztutucu qurğuların layihə göstəricilərinə uyğun istismarına nəzarəti; 2.9. təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlanma və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını; 2.10. istehsal nəzarəti sisteminin təkmilləşdirilməsini; 2.11. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasını, onların təkrar işlədilməsini, zərərsizləşdirilməsini, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsinin təmin olunmasını; 2.12. qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirlərin həyata keçirilməsini; 2.13. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarının və yazılı göstərişlərinin yerinə yetirilməsini; 2.14. qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dərhal göndərilməsini; 2.15. icra hakimiyyəti orqanlarının və maraqlı təşkilatların istehsalat nəzarətinin nəticələri barədə məlumatlandırılmasını. 3. Atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti sisteminin strukturu: 3.1. atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti ümumdövlət nəzarət sisteminin tərkib hissəsidir; 3.2. dövlət səviyyəsində istehsalat nəzarəti sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış və ya təsdiq olunmuş normativ-texniki sənədlərlə təmin olunur; 3.3. atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti sisteminin strukturu hər bir sahə, müəssisə və istehsalat üçün nəzarət işinin həcmindən asılı olaraq müəyyən olunur. Strukturun əsasnaməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılır. 4. Atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarətinin təşkilinə dair əsas tələblər: 4.1. atmosfer havasına zərərli təsirin yol verilən hədd normativlərinə nəzarət müəyyən olunmuş mənbələr üzrə təşkil olunur. İstehsalat nəzarətinin təşkili Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış və ya təsdiq olunmuş normativ-texniki sənədlərlə müəyyən olunur; 4.2. atmosfer havasına atılan zərərli maddələrin uçotunun düzgün aparılmasına görə məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür; 4.3. atmosfer havasına zərərli maddələri atan mənbələrdən nümunə götürmə nöqtələrinin seçilməsi müəssisənin atmosfer havasına atılmaya nəzarət xidməti işçiləri və ya müvafiq mütəxəssislər tərəfindən müəyyən olunur. Nümunə götürmə nöqtələrinin düzgün seçilməsi üzrə məsuliyyət nəzarət xidməti rəhbərinin və ya müəssisə rəhbərinin üzərinə düşür. 5. İstehsalat və xidmət prosesləri zamanı atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsirlərin nəzarət növləri aşağıdakılardan ibarətdir: 5.1. nəzarət parametrini müəyyən etmə üsulundan (birbaşa ölçmə və hesablama yolu ilə); 5.2. nəzarət yeri üzrə - ayrılma və atılma mənbələrindən; 5.3. nəzarətin tam və ya seçmə üsulu ilə aparılmasından; 5.4. istifadə olunan ölçmə vasitələri üzrə - laboratoriya, yarımavtomatik və avtomatik (avtomatik qaz analiz edicilər, avtomatik stansiya, avtomatlaşdırılmış sistemlər) sistemlərdən; 5.5. nəzarətin aparılması forması üzrə - planlı, plandan kənar və müfəttiş nəzarəti. 6. Nəzarətin aparılması müddəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış plan-qrafik üzrə müəyyən olunur. 6.1. Nəzarətin aparılma müddəti atılma mənbələrinin və zərərli maddələrin miqdarından, toksikliyindən, qaztoztəmizləyici avadanlığın məhsuldarlığından (səmərəliliyindən) və zərərli fiziki təsirin növündən asılı olaraq 2 kateqoriyaya bölünür: birinci kateqoriyalı mənbələrdə sistematik nəzarət aparılır. Ölçmələrin müddəti mənbənin gücündən, atılma səviyyəsinin stabilliyindən və ətraf əraziləri çirkləndirmə səviyyəsindən asılıdır. Vahid zamanda sistematik sabit qalan birinci kateqoriyalı mənbələrin nəzarət olunma müddətləri yerli şərait nəzərə alınmaqla 3 və ya 6 ayda bir dəfə tövsiyə oluna bilər; ikinci kateqoriyalı mənbələrə nəzarət ildən bir dəfədən az olmayaraq aparılmalıdır. 6.2. Nəzarətin aparılması müddəti yerli şərait nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanı tərəfindən müəyyən olunur. 6.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələbi əsasında, bu orqanlarla razılaşdırılmış plan-qrafikə və nümunəgötürmə yerlərinə müvafiq olaraq, müəssisələr atmosfer havasının çirklənməsinə və zərərli fiziki təsirin səviyyəsinə nəzarət edirlər. 6.4. Nəzarət ölçmələri qaztoztəmizləyici qurğuların səmərəliliyinin yoxlanılması zamanı da aparılmalıdır. 6.5. Atılmanın və zərərli fiziki təsirin müəyyən edilməsi üçün birbaşa üsullar əsas götürülür. Atılmanın və zərərli fiziki təsirin müəyyən edilməsi birbaşa üsullarla mümkün olmadığı hallarda material sərfi üzrə hesablama üsulundan istifadə olunmasına yol verilir. Ölçmələr mövcud metodikalar üzrə aparılır. 6.6. Atılmanın illik miqdarının müəyyən edilməsi üçün birbaşa ölçmələrin və material sərfi üzrə hesablamaların nəticələri əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR