跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 63 on approval of rules for state control in the area of protection of atmospheric air

颁布于 2002-04-15 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 63.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Air and atmosphere
关键词
air quality/air pollution, authorization/permit, business/industry/corporations, emissions, environmental standards, hazardous substances, inspection, policy/planning, governance, risk assessment/management, transport/storage, pollution control, standards, protection of environment
类别
*

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 aprel 2002-ci il № 63 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi QAYDASI Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən edir. 1. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir və bu sahədə nazirliyin funksiyaları aşağıdakılara nəzarət etməkdir: 1.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsir normativlərinin tələblərinə riayət edilməsinə; 1.2. atmosfer havasına zərərli maddələr atan və ona zərərli fiziki təsir edən mənbələrə malik olan hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının mühafizəsinə dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə; 1.3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə verilmiş xüsusi icazənin şərtlərinə riayət edilməsinə; 1.4. atmosfer havasına zərərli təsir edə bilən yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalı, idxalı, istismarı, yeni texnikanın və texnologiyanın, materialların, digər məhsulların idxalı və istifadəsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin yerinə yetirilməsinə; 1.5. atmosfer havasını stasionar mənbələri ilə çirkləndirən obyektlərin sanitar mühafizə rejimlərinə əməl olunmasına; 1.6. atmosfer havasının mühafizəsinə istehsalat nəzarətinin həyata keçirilməsinə; 1.7. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının və tədbirlərinin həyata keçirilməsinə; 1.8. təsərrüfat obyektlərinin layihələşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə; 1.9. nəqliyyat və digər səyyar vasitələrin istismarı zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə; 1.10. istehsalat və məişət tullantılarının saxlanılması, nəql edilməsi, basdırılması, zərərsizləşdirilməsi və təkrar istifadəsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə; 1.11. hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasına atılan zərərli maddələrin, onların təsirlərinin və mənbələrinin ilkin uçotunun düzgün aparılmasına; 1.12. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının atmosfer havasının mühafizəsinə dair göstərişlərinin yerinə yetirilməsinə; 1.13. atmosfer havasının transsərhəd çirklənməsi hallarında beynəlxalq müqavilələrə uyğun olaraq tədbirlərin həyata keçirilməsinə. 2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumları öz səlahiyyətləri daxilində, qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakıları həyata keçirirlər: 2.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verirlər; 2.2. atmosfer havasına zərərli maddələrin atılmasına görə və atmosfer havasının normadan artıq çirklənməsinə görə ödəmələrin mövcud normativlərə uyğun hesablanmasını yoxlayırlar; 2. 3. atmosfer havasının çirkləndirilməsi və ona zərərli fiziki təsirlər nəticəsində insan sağlamlığına və ətraf mühitə vurulan zərərin miqdarını müəyyən edirlər; 2.4. atmosfer havasına atılan zərərli maddələrə analitik nəzarət və atmosfer havasına atılan zərərli maddələrin material balansı üzrə hesablanması təlimatlarını təsdiq edirlər; 2.5. atmosfer havasına zərərli təsirlərin dövlət uçotunu aparırlar; 2.6. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərin, habelə ictimai təşkilatların iştirakı ilə atmosfer havasının mühafizəsi üzrə respublika, ərazi, şəhər və başqa yaşayış sahələrinin kompleks sxemlərinin hazırlanmasını təşkil edirlər; 2.7. texniki və texnoloji qurğuların, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istismara verilməsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərə cavab verməsi haqqında müvafiq sertifikatların verilməsini təşkil edirlər; 2.8. fəaliyyəti atmosfer havasına zərərli təsirlə müşayiət olunan təsərrüfat obyektlərinin müvafiq şərtlərlə ərazidə yerləşdirilməsini razılaşdırırlar; 2.9. atmosfer havasının çirklənmə səviyyəsinə, onun təbii vəziyyətinə təsir edə bilən yeni (yenidən qurulmuş, müasirləşdirilmiş) obyektlərin, habelə atmosfer havasını mühafizə təyinatlı obyektlərin qəbulu və istifadəyə verilməsi üzrə işçi və dövlət komissiyalarının işində iştirak edirlər; 2.10. atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədi ilə dövlət monitorinqi sistemini təşkil edir və aparırlar; 2.11. atmosfer havasına atılan zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq, atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirirlər; 2.12. respublika ərazisində atmosfer havasına qəza və yaylım xarakterli tullantıların nəticələrinin aradan qaldırılması və əlverişsiz meteoroloji şərait (ƏMŞ) yarandıqda atmosfer havasına zərərli maddələr atan hüquqi və fiziki şəxslər tərəfindən zərərli maddələrin miqdarının azaldılması üçün tədbirlərin həyata keçirilməsinə nəzarət edirlər; 2.13. atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslər tərəfindən atılmanın yol verilən həddinə riayət olunması mümkün olmadığı hallarda atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması məqsədilə müvafiq tədbirlərin planlaşdırılması şərti ilə onlar üçün zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmalarını müəyyən edirlər; 2.14. atmosfer havasını çirkləndirən istehsalat və məişət tullantıları üçün saxlanma, basdırılma və məhv edilmə yerlərini ayırırlar. 3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun müvafiq qurumlarının atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar hüquqları:[1] 3.1. mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, eləcə də vəzifəli şəxslərdən və vətəndaşlardan atmosfer havasının mühafizəsinə dair müvafiq tədbirlərin keçirilməsini tələb etmək; 3.2. atmosfer havasının vəziyyətinə təsir edə bilən müəssisə, qurğu və digər obyektlərin tikintisi, yenidən qurulması, habelə obyektlərin ərazidə yerləşdirilməsi üçün təqdim edilmiş layihə və təkliflər üzrə icrası məcburi olan rəy vermək; 3.3. atmosfer havasının mühafizəsinə dair qanunvericiliyin pozulmasına səbəb olan istehsalat və digər obyektlərini tikilməsini, yenidən qurulmasını və genişləndirilməsini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq; 3.4. atmosfer havasının istehsalat məqsədləri üçün istifadəsini, habelə atmosfer havasına zərərli maddələrin atılması və ona zərərli fiziki təsirin norma və qaydalarını, xüsusi icazə şərtlərini pozan obyektlərin fəaliyyətini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq; 3.5. atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsini qadağan etmək; 3.6. atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrin miqdarına nəzarət üçün nəzarət-ölçü vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsini və istismarını qadağan etmək; 3.7. insan sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılmasını qadağan etmək; 3.8. atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olan nəqliyyat və digər səyyar vasitələrinin istehsalını və istismarını qadağan etmək; 3.9. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə ödəmələr tətbiq etmək, atmosfer havasının çirklənməsi və zərərli fiziki təsir nəticəsində ətraf mühitə dəymiş ziyanın ödənilməsi məqsədi ilə hüquqi və fiziki şəxslər, vətəndaşlar, habelə xarici hüquqi və fiziki şəxslər qarşısında iddialar qaldırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada bu vəsaitlərin "Təbiəti mühafizə ehtiyat fondu"na keçirilməsini təmin etmək; 3.10. tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq atmosfer havasını çirkləndirən və ona zərərli fiziki təsir göstərən müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, atmosfer havasına dövlət nəzarətini həyata keçirmək üçün http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1522.htm# edn1 maneəsiz daxil olmaq (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə), öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq:[2] 3.11. öz səlahiyyətləri daxilində atmosfer havasının mühafizəsi sahəsində pozuntulara görə inzibati xətalar haqqında materiallara baxmaq, izahat almaq və cavabdeh şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə kəsmək, habelə onların məsuliyyətə cəlb edilməsi üçün sənədləri hüquq-mühafizə orqanlarına təqdim etmək; 3.12. atmosfer havasının mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsi haqqında arayışları və statistik hesabatları, habelə qəza və fövqəladə vəziyyətlər zamanı təcili məlumatları öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada tələb etmək. 4. Müəssisələr, idarələr və təşkilatlar obyektlərində atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumlarının vəzifəli şəxslərinə xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi kömək göstərməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1522.htm# edn2

Ministerial Decree No. 63 on approval of rules for state control in the area of protection of atmospheric air · Nelum