跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 63 on approval of rules for inventory of sources of harmful substances emitted in atmospheric air and physical influence on it

颁布于 2002-04-15 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 63.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Air and atmosphere
关键词
air quality/air pollution, business/industry/corporations, data collection/reporting, emissions, hazardous substances, registration, pollution control
类别
*

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 aprel 2002-ci il № 63 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması QAYDALARI Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması qaydalarını müəyyən edir. İ. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması sahəsində vahid metodun yaradılması məqsədi ilə hazırlanmışdır.; 1.2. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması (siyahıya alınması) dedikdə, zərərli maddələri atan və atmosfera fiziki təsir göstərən mənbələrin müəssisə və təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə paylanması, tullantıların tərkibi və miqdarı, fiziki təsirin növü və səviyyəsi haqqında məlumatların sistemləşdirilməsi nəzərdə tutulur. 1.3. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasının əsas məqsədi aşağıdakı məsələlərin həlli üçün ilkin məlumatların toplanmasıdır: 1.3.1. müəssisə tərəfindən atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin qeydiyyatının aparılması; 1.3.2. müəssisə tərəfindən atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin atmosfer havasına təsir dərəcəsinin qiymətləndirilməsi; 1.3.3. müəssisənin qaz-toz təmizləyici qurğularının kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi; 1.3.4. atılmanın yol verilən həddinin (AYVH) və müvəqqəti razılaşdırılan tullantıların (MRT) müəyyənləşdirilməsi; 1.3.5. müəssisələrdə xammal ehtiyatlarından və tullantılardan istifadə edilməsi zamanı alınan səmərənin qiymətləndirilməsi; 1.3.6. atılan zərərli maddələr və atmosfer fiziki təsirlər üçün müəyyən edilmiş normaların gözlənilməsinə nəzarətin təşkili; 1.3.7. müəssisə üzrə atmosfer havasının mühafizəsi işlərinin planlaşdırılması. 1.4. Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq atmosfer havasına zərərli maddə atan və fiziki təsir göstərən bütün təsərrüfat obyektlərində atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin inventarlaşdırılması aparılmalıdır. 1.5. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması müəssisənin öz gücü ilə aparılır və ya bu sahədə ixtisaslaşmış müəssisə və təşkilatlar cəlb edilir. İnventarlaşdırma göstəricilərinin dolğunluğu və səhih olması üçün müəssisə rəhbəri məsuliyyət daşıyır. 1.6. İnventarlaşdırmanın yekun sənədi Ekologiya və Tibbi Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılır. 1.7. İnventarlaşdırmanın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş "İnventarlaşdırma blankı"nda öz əksini tapır. Atmosfer havasına zərərli maddə atan və fiziki təsir göstərən mənbələrin, qaztəmizləyici və toztutucu qurğuların xassələri haqqında məlumatlar inventarlaşdırma işlərinin başlandığı gündən qeyd olunur, atmosferə atılan və qaz-toz tutucu qurğularda tutulan zərərli maddələrin və qaz-toz təmizləməyə sərf olunan vəsaitin miqdarı isə əvvəlki ilin göstəricilərinə əsasən doldurulur. 1.8. Hüquqi və fiziki şəxslər üçün atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması ən azı 5 ildən bir aparılır. Təkrar inventarlaşdırma tam aparılmır, yenidənqurma yaxud istehsal texnologiyasının dəyişdirilməsi ilə əlaqədar əvvəlki inventarlaşdırmanın göstəriciləri üzrə düzəlişlə edilir. İstehsalat və xidmət obyektlərinin fəaliyyət növü dəyişdirilərsə, bu müddət gözlənilmədən inventarlaşdırma yenidən tam həcmdə aparılmalıdır. 2. ƏSAS ANLAYIŞLAR 2.1. Atmosfer havasını çirkləndirmə mənbəyi-fəaliyyəti zamanı zərərli maddələrin əmələ gəldiyi və ayrılıb atmosfer havasına atılmaq üçün daxil olduğu sistem, istehsalat, texnoloji proses və ya əməliyyatlardır. 2.2. Atmosfer çirkləndirmə mənbələri zərərli maddələr əmələ gələn mənbələrdən (texnoloji qurğu, mexanizmlər, aparatlar, xammal və məhsul anbarı, xammal və məhsulu boşaldıb-yükləmə meydançası, yanacaq anbarı və s.) və onları atmosferə atan mənbələrdən (boru, aerasiya fənəri, ventilyasiya şaxtası və s.) ibarətdir. 2.3. Zərərli maddələrin xüsusi qurğulardan keçərək atmosferə atıldığı mənbələr mütəşəkkil (təşkil olunmuş) mənbələrdir. 2.4. Zərərli maddələrin bilavasitə mənbələrdən ayrılaraq qaz axını şəklində yayıldığı, istiqamətləndirilməmiş halda atmosfer havasına atıldığı mənbələr isə qeyri-mütəşəkkil (təşkil olunmamış) mənbələrdir. 3. İNVENTARLAŞDIRMANIN APARILMASININ ÜMUMİ PRİNSİPLƏRİ 3.1. Atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin inventarlaşdırılması işlərinə metodik rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 3.2. Hüquqi və ona fiziki şəxslərin balansında olan bütün mənbələr yerləşdiyi ərazidən asılı olmayaraq inventarlaşdırılmalıdır. 3.3. İnventarlaşdırma zamanı müəssisədə mövcud olan bütün stasionar və səyyar çirkləndirmə mənbələrindən ayrılaraq atmosfer havasına atılan, istifadə olunan texnoloji proseslərin maddi balansında öz əksini tapan bütün zərərli tullantılar nəzərə alınmalıdır. 3.4. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması zamanı dəqiq ölçmələrdən istifadə olunmalıdır. Bu üsul bütün mütəşəkkil tullantı mənbələri üçün tətbiq edilir. Hər hansı bir maddənin tullantısının təyini zamanı instrumental yolla ölçmə işləri aparılmasının mümkün olmadığı hallarda qüvvədə olan standartlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış təlimatlar əsasında, nəzəri-hesablama (balans) üsulundan istifadə edilir. Nəzəri-hesablama (balans) üsulu texnoloji proseslərin maddi balanslarının yaxud tullantıların xüsusi normalarının tətbiqinə əsaslanır və bütün mənbələr üçün tətbiq edilir. 3.5. İnventarlaşdırma aşağıdakı mərhələləri əhatə edir: hazırlıq; inventarlaşma müayinəsinin keçirilməsi; nəticələrin təhlili əsasında yekun materiallarının sənədləşdirilməsi. Bu mərhələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış və təsdiq olunmuş təlimat əsasında həyata keçirilir. 3.6. İnventarlaşdırmanın nəticələrindən müəssisənin ekoloji normativ sənədlərin işlənilməsində və 2-TG (hava) dövlət statistik hesabatının doldurulmasında istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Ministerial Decree No. 63 on approval of rules for inventory of sources of harmful substances emitted in atmospheric air and physical influence on it · Nelum