跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 59 approving the Regulation on state registration of harmful and potentially hazardous substances

颁布于 2003-05-13 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 59.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Air and atmosphere
关键词
hazardous substances, public health, registration, air quality/air pollution, pollution control

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası"nın və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası" və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə və ona fiziki təsirin yol verilən səviyyələrinə beynəlxalq standartları və ətraf mühitin mövcud vəziyyətini nəzərə almaqla yenidən baxsınlar. 3. SSRİ Nazirlər Sovetinin "Atmosferə atılan çirkləndirici maddələrin və ona zərərli fiziki təsirlərin yol verilən hədlərinin normativləri haqqında" 1981-ci il 12 dekabr tarixli, 1180 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 5 yanvar tarixli, 2 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 may 2003-cü il № 59 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 59 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi QAYDASI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi qaydasını müəyyən edir. 1.2. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsinin məqsədi bu tipli maddələrin sistemləşdirilmiş siyahısını tərtib etməkdən və nəticə etibarı ilə onların insan sağlamlığı və ətraf mühitə mənfi təsirinə nəzarəti tənzimləməkdən ibarətdir. 1.3. Atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqları zərərli maddələr hesab olunur. 1.4. Təhlükəli xüsusiyyətlərə (toksik, yoluxucu, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli) malik olub, istehsalı, istifadəsi və saxlanılması prosesi zamanı insan sağlamlığı və ətraf mühit üçün təhlükə törədən və ya təhlükə törədə biləcək maddələr potensial təhlükəli maddələr sayılır. 2. ZƏRƏRLİ VƏ POTENSİAL TƏHLÜKƏLİ MADDƏLƏRİN DÖVLƏT QEYDİYYATININ APARILMASI 2.1. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün təsdiq etdiyi təlimata uyğun olaraq aparır. 2.2. Dövlət qeydiyyatı aparılarkən atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin dövlət uçotuna, həmçinin atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasına dair məlumatlar əsas götürülür. 2.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət qeydiyyatına alınmış zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısını Səhiyyə Nazirliyi ilə birlikdə hazırlayır və təsdiq edir. 2.4. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısı həmin maddələrin xassələrinə, fiziki, kimyəvi, bioloji xüsusiyyətlərinə və təhlükəlilik dərəcələrinə görə sistemləşdirilərək tərtib edilir. 2.5. Səhiyyə Nazirliyi zərərli və potensial təhlükəli maddələrin sınaqlarını təşkil edir, lazım gələrsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla siyahıya əlavə və dəyişikliklər edir. 2.6. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməmiş zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin istehsalına və tətbiqinə icazə verilmir.

Ministerial Decree No. 59 approving the Regulation on state registration of harmful and potentially hazardous substances · Nelum