跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 501 amending several Ministerial Decrees in the field of forestry and repealing the Ministerial Decree No. 197

颁布于 2019-12-25 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında” 1998-ci il 7 dekabr tarixli 230 nömrəli, “Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli, “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 15 nömrəli, “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 501.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Forestry
关键词
afforestation/reforestation, environmental impact assessment (EIA), forest management/forest conservation

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında” 1998-ci il 7 dekabr tarixli 230 nömrəli, “Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli, “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 15 nömrəli, “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarının ləğv edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1578-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 729 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 799; 1999, № 10, maddə 595; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş “Meşə quruluşu işlərinin aparılması Qaydası”nın 5-ci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Həmin layihələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün əsasdır.”. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik http://e-qanun.az/framework/42654 http://e-qanun.az/framework/42654 http://e-qanun.az/framework/3502 http://e-qanun.az/framework/3502 http://e-qanun.az/framework/9805 http://e-qanun.az/framework/9805 Toplusu, 1999, № 4, maddə 276; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş “Meşəqırma qaydaları”na aşağıdakı məzmunda 4.8-ci bənd əlavə edilsin: “4.8. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 114; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2007, № 4, maddə 390; 2014, № 7, maddə 924; 2015, № 1, maddə 66) ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin: “3-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. 3-2. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 359; 2005, № 1, maddə 49, № 9, maddə 855; 2015, № 1, maddə 67; 2016, № 12, maddə 2225; 2018, № 4, maddə 801) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 4.1. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin: “2.3-1. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi http://e-qanun.az/framework/208 http://e-qanun.az/framework/208 http://e-qanun.az/framework/68 http://e-qanun.az/framework/68 (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”; 4.2. 3.4-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.”; 4.3. aşağıdakı məzmunda 3.4-1-ci və 3.4-2-ci bəndlər əlavə edilsin: “3.4-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. 3.4-2. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.”. 5. “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 603; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 9, maddə 822; 2012, № 5, maddə 478; 2013, № 6, maddə 731; 2014, № 10, maddə 1312; 2018, № 12 (II kitab), maddə 2721) ləğv edilsin. Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 25 dekabr 2019-cu il № 501 http://e-qanun.az/framework/3485

Ministerial Decree No. 501 amending several Ministerial Decrees in the field of forestry and repealing the Ministerial Decree No. 197 · Nelum