Ministerial Decree No. 5 approving rules on storage and transportation of ecologically clean food and agricultural products
颁布于 2009-01-08 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development, Food and nutrition
- 关键词
- enforcement/compliance, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, transport/storage, food safety and quality, hygiene/sanitary procedures, standards
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması QAYDALARI 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.11-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən edilməsindən ibarətdir. 2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması 2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanma yerlərində (anbarlarda, soyuducularda) onların ekoloji təmiz məhsulların standartlarına uyğun olmayan başqa məhsullarla qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir. 2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır. 2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanmasında qanunvericilikdə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər. 2.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir. 2.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması zamanı sanitariya norma və qaydaları, gigiyenik normativlər və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə alınmalıdır. 2.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd edən sistemə malik anbarlarda saxlanılmalıdır. 2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları, müasir texnologiya vasitələri ilə əldə edilmiş saxlama qabları və kameralarından istifadəyə icazə verilir. Materiallar, konteynerlər və anbarlar sanitariya norma və qaydaları, gigiyenik normativlərin və standartların tələblərinə cavab verməlidir. 2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanılmasında istifadə olunan saxlama məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və bu barədə müvafiq qeydiyyat aparılmalıdır. 2.9. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır. 2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə istehlakçıları məlumatlandırmalıdırlar. 2.11. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət edilməlidir. 2.12. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır. 2.13. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar ziyanvericiləri ilə yoluxmamış və kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin bamı asan yuyula bilən gigiyenik materialdan hazırlanmış örtüyə malik olmalıdır. 2.14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələri xüsusi sanitariya pasportu ilə təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən keçirilməlidir. 2.15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır. 2.16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması beynəlxalq və Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və gigiyenik normativlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. 2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə və əzaba məruz qalmasına yol verilməməlidir.