跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 5 approving rules on labelling of ecologically clean food and agricultural products

颁布于 2009-01-08 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Food and nutrition
关键词
biosecurity, certification, consumer protection, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, food safety and quality, genetically modified organism (GMO), packaging/labelling, standards

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması QAYDASI 1. Ümumi müddəalar 1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.10-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların digər məhsullardan fərqlənməsini təmin etmək, alıcıların seçim imkanlarının təmin edilməsindən, malların ekoloji aspektləri haqqında ətraflı və dəqiq informasiya vermək imkanı yaratmaqdan ibarətdir. 2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması 2.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır. 2.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır. 2.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir: 2.3.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il; 2.3.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il; 2.3.3. yem bitkiləri və otlaqlar üçün - 2 il; 2.3.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il; 2.3.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə; 2.3.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay; 2.3.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə; 2.3.8. arı ailələri üçün - 1 il. 2.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir. 2.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketin üzərində "EKO" sözü göstərilir. 2.6. Yerli və müvafiq qaydada markalanmış idxal olunmuş (sərbəst dövriyyəyə buraxılmış) ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları (xammal) bu məhsulların standartlarına uyğun emal edildikdə, alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır. 2.7. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə, həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır. 2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır: istehsal və emal müəssisəsinin adı, ünvanı və milli əmtəə nişanı; ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı; ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu; məhsulun saxlanma şəraiti; məhsulun istehsal tarixi və yararlılıq müddəti; ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağan olunmasına dair göstəriş. 2.9. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli və milli əmtəə nişanı olmalıdır. 2.10. "Azərbaycanda istehsal edilmişdir" bildirişi daxili dövriyyəyə və ixrac üçün təyin edilmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketində (Azərbaycan və ingilis dillərində) əks olunmalıdır. 2.11. Etiket dövlət dilində və yaxud dövlət dili ilə birgə hər hansı bir xarici dildə tərtib olunmalı və etiketlənmə məhsulun ekoloji təmizliyinə xələl gətirməməlidir. 2.12. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir http://www.e-qanun.az/alpidata/framework/data/16/c f 16052.htm# edn3

Ministerial Decree No. 5 approving rules on labelling of ecologically clean food and agricultural products · Nelum