跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 5 approving rules on form and procedures of organic certification

颁布于 2009-01-08 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Food and nutrition
关键词
business/industry/corporations, certification, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, genetic resources, biosafety, biotechnology, disinfection/disinfestation, food safety and quality, genetically modified organism (GMO), standards
类别
*

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası 1. Ümumi müddəalar 1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir: subyektin adı və ünvanı; fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi; fəaliyyətin xarakteri və məhsulun növləri; ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin öhdəliyi; ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adları; ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri. 2. Sertifikatın verilməsi 2.1. Subyektlər ekoloji təmiz məhsul istehsalını qrup şəklində apara bilərlər. Belə halda subyekt istehsal qrupunun adından müvafiq orqana müraciət etməlidir. 2.2. Subyekt hər bir məhsul üçün ayrı-ayrılıqda və ya hər növ məhsul istehsalını ayrıca qeyd etməklə, sertifikat almaq üçün müvafiq orqana müraciət edə bilər. 2.3. Aşağıdakı hallarda "ekoloji təmiz kənd təsərrüfatı subyekti" sertifikatı verilmir: iri sənaye mərkəzləri daxilində yerləşən təsərrüfat subyektlərinə; zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşmiş təsərrüfat subyektlərinə; bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya, əlverişli əkinçilik şəraitinə malik olmayan təsərrüfat subyektlərinə; ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edildikdə. 2.4. Subyektə verilən sertifikatın forması bu Qaydaya əlavədə göstərildiyi kimi müəyyən edilir. 2.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti sertifikatı 1 (bir) il müddətinə verilir. 2.6. Ekoloji standartlara, normativlərə və tələblərə əməl etmədiyi halda, ekoloji müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında ekoloji təmiz kənd təsərrüfatı subyektinin sertifikatı ləğv edilir. "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası"na əlavə Sertifikatlaşdırma orqanın loqosu Sertifikatlaşdırma orqanın adı və ünvanı SERTİFİKAT EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI SUBYEKTİ Verilir: (ekoloji təmiz kənd təsərrüfatı subyektinin adı) Ünvan: Məhsulun adı və təsviri: Fəaliyyətin xarakteri: Müqavilə nömrəsi Qüvvədədir gün ay 200... -dən gün ay 200.. -dək Rəhbər adı, soyadı Sertifikat № -si Orijinal sertifikatların sayı: Sertifikatlaşd ırma aparan orqanın adı: Kod №-si Ünvan: imza Möh ür Verilmə tarixi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ministerial Decree No. 5 approving rules on form and procedures of organic certification · Nelum