跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 5 approving rules on food production by applying organic and conventional farming methods simultaneously

颁布于 2009-01-08 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Food and nutrition
关键词
agricultural development, agricultural land, authorization/permit, biotechnology, hazards, disinfection/disinfestation, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, integrated pest management-IPM/pest management strategies, farming, sustainable development, traditional knowledge/indigenous knowledge, food safety and quality, food security, certification, precautionary principle

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı QAYDALARI 1. Ümumi müddəa 1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını tənzimləyir. 1.2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalının məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini təmin etməkdir. 2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı 2.1. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, müşahidə və sertifikatlaşdırma orqanlarının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti əsasında ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə verilir: [1] kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda; ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə; balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda; ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını almaq məqsədi ilə məcburən ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə edildikdə. 2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir. 2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araşdırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir: ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) ayrıca aparılmalıdır; ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar olmalı və bu anbar işarələnməlidir; ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar işarələnib ayrıca saxlanılmalıdır; ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub təmizlənməlidir. 2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. http://www.e-qanun.az/alpidata/framework/data/16/c f 16052.htm# edn1 2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı şərtlərə əsasən otarıla bilər: bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, digərlərindən istifadə edilməmiş olsun; saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun. 2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq emal müəssisəsi olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir. 3. Hesabat və nəzarət Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə və sertifikatlaşma orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ministerial Decree No. 5 approving rules on food production by applying organic and conventional farming methods simultaneously · Nelum