跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 5 approving rules for ecological monitoring and certification in organic farming and functions of the accredited bodies

颁布于 2009-01-08 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Food and nutrition
关键词
certification, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, governance, inspection, monitoring, packaging/labelling, standards, food safety and quality

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydalarını və akkreditasiya olunmuş orqanların funksiyalarını tənzimləyir. 1.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanı ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır. 1.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir. 1.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır. 1.5. Müşahidənin məqsədi istehsal və emal prosesinin idarə edilməsi sisteminin sistematik, müstəqil şəkildə, obyektiv qiymətləndirilməsi və onun müasir standartların tələblərinə uyğun gəlməsini müəyyənləşdirməkdir. Müşahidə zamanı bütün ekoloji istehsal prosesi qiymətləndirilir və aşağıdakı qaydada keçirilir: ilkin müşahidə - keçid dövrü başlandıqdan sonra bir ay müddətində ilk müşahidə və araşdırmalar aparılır; müntəzəm illik müşahidə - bu növ müşahidə keçid dövründə və yaxud sertifikat verildikdən sonra ildə bir dəfə keçirilir; xəbərdarlıq edilmədən müşahidə - müşahidənin tarixi subyektə əvvəlcədən bildirilmir. Müşahidənin tarixi təsərrüfatın xüsusiyyətlərindən və ekoloji texnologiyaya olan risklərdən asılıdır; əlavə müşahidə - subyekt istehsal sahəsini 20 faiz və daha artıq artırdıqda, yeni istehsal, yaxud emal xətti istifadəyə verildikdə, subyekt xammal təchizatçısını dəyişdikdə, yaxud digər əhəmiyyətli dəyişikliklər etdikdə, ərizəçinin istehsal sahəsi ondan asılı olmayan səbəblərdən çirkləndikdə və başqa mühüm dəyişikliklər baş verdikdə, yaxud bəyan edildikdə aparılır. 1.6. Müşahidələrin nəticəsi barədə təhlillər hazırlanır. Onun əsasında qəbul olunmuş qərar barədə subyekt məlumatlandırılır. 1.7. Sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan aşağıdakı qərarları qəbul edə bilər: sertifikatın verilməsi; sertifikatın dayandırılması, yaxud ləğv edilməsi, sertifikatlaşdırmadan imtina edilməsi; təsərrüfatda istehsal olunan məhsulları "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verilməsi. 2. Keçid dövrü Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur. 3. Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi tələb olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma orqanına müraciət etməlidir. 4. Sertifikatlaşdırma: sertifikatın verilməsi, qüvvədə olması və ləğv edilməsi 4.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır. 4.2. Əgər uyğunsuzluqlar, yaxud standartın tələblərinin pozulması aşkar olunarsa, sertifikatlaşdırma üzrə orqan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatının ləğv edilməsi haqqında qərar qəbul edir. 5. Subyektin öhdəlikləri Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir: mövcud standartlar və qaydaların tələblərinə uyğun istehsalın təşkili; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə əlaqəsi olan bütün sənədləri (maliyyə sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə və istehsal sektorlarını sərbəst müşahidə etməyə icazə vermək; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ekoloji sertifikatlaşdırma sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji istehsalın idarə edilməsi, mülkiyyətçilik, istehsal növü və s. daxil olmaqla, sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı fəaliyyət barədə sertifikatlaşdırma orqanmı xəbərdar etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını sertifikatlaşdırma və nəzarət sistemləri ilə əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir