Ministerial Decree No. 445 on measures to stabilize food supply
颁布于 1993-08-12 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition
- 关键词
- certification, business/industry/corporations, food safety and quality, international trade
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R № 445 12/08/1993 il Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Dövlət ticarətinin və emal müəssisələrinin ərzaq, xammal və köməkçi materiallarla təchizatında yaranmış qeyri-sabitlik nəticəsində əhalinin, xüsusi kontingentin və qapalı müəssisələrin təminatı pozulmuşdur. İqtisadiyyat, Ticarət, Kənd Təsərrüfatı, material Ehtiyatları, Xarici İqtisadi Əlaqələr nazirliklərinə, yeyinti Sənayesi, Taxıl Məhsulları Dövlət Şirkətlərinə, “Azərbalıq” Konserninə, Yanacaq Komitəsinə tapşırılmış bu iş səmərəsiz qalmaqda davam edir. Cari ildə, mövcud mənbələrin heç birindən tələb olunan səviyyədə ərzaq təchizatı həyata keçirilməyib. Yarımillikdə ticarətə dövlət məhsullarından ət və ət məhsulları cəmi 12 faiz, kərə yağı – 10 faiz, şəkər - 3,3 faiz, düyü – 12 faiz, yumurta – 13 faiz, xörək duzu - 0,2 faiz səviyyəsində daxil olub, uşaq qidası, quru süd, süd konservləri, makaron məmulatı, bitki yağı və digər ərzaq növləri isə tamamilə daxil olmayıb. Respublikada zəmanətli təchizat mexanizminin yaradılması, əhalinin ərzaq təminatının sabitləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR: 1. İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli 309 saylı qərarı ilə təsdiq olunmuş balanslar üzrə ərzaq alışına yönəltmək üçün Xüsusi İxracat Fondu (ixrac olunmalı məhsulların həcmlərini) müəyyənləşdirsin və Nazirlər Kabinetinin təsdiqinə versin. 2. Nəzərə alınsın ki, dövlət resursları hesabına, mübadilə yolu ilə ərzaq alınmasına yönəldilən və valyutaya satılan Xüsusi İxracat Fondunun məhsullarına lisenziyalar və valyuta Nazirlər Kabineti tərəfindən verilməlidir. 3. Xarici İqtisadi Əlaqələr Nazirliyinə tapşırılsın ki: respublikadan ixrac edilən məhsulların növləri üzrə və idxal olunan ərzaq məhsullarının dünya bazarında, mötəbər birjalarında yaranan orta qiymətləri və dəyişikləri barədə Nazirlər Kabinetinə mütəmadi məlumatlar versin; dünya ölkələrinin ayrı-ayrı firma və təşkilatlarının etibarlığı barədə Nazirlər Kabinetinin sorğularına 24 saat ərzində arayışlar verilməsini təmin etsin; dövlət resursları və valyuta ayrılmamaq şərti ilə nazirlik, idarə, təşkilat və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin mübadilə və sərbəst alqı-satqı əməliyyatlarına lisenziyalar verilməsini təmin etsin. 4. Dövlətlərarası sazişlərlə ərzaq alışına cəlb olunan neft məhsullarının və digər məmulat və məhsulların göndərilməsi, onları istehsal edən nazirlik, idarə, təşkilat və müəssisələrə tapşırılsın. Bu məhsulların göndərilməsi məsələlərinin tənzimlənməsi (növbəliyi, gücləndirilməsi və lazım olarsa dayandırılması) Nazirlər Kabinetinin rəsmi tapşırığıyla həyata keçirilsin. 5. Sənaye-investisiya və aqrar-sənaye səhmdar banklarına tapşırılsın. Milli banka tövsiyə edilsin ki; rubl zonası ölkələrindən əmtəə-mal, xüsusilə ərzaq alınmasını təmin etmək məqsədi ilə bu ölkələrin malgöndərənlərinə pul vəsaitlərinin köçürülməsi barədə banklararası razılaşmalar əldə etsinlər; ərzaq alınması üçün respublika ticarət təşkilatlarına kreditləri rentabellik səviyyəsində ayırsınlar və pul vəsaitləri malgöndərənlərə çatdırıldıqdan sonra faiz müamiləsini hesablamağa başlasınlar; Xüsusi ixracat fondundan ayrılan məhsulların, bu fondun hesabına əldə edilən və Vahid Valyuta fondundan ərzaq alınmasına ayrılan valyutanın manat və rublla dəyəri həcmində nazirlik, idarə, təşkilat və müəssisələrə güzəştli kreditlər verilməsini təmin etsinlər. 6. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər, aqrar-sənaye, regionlararası iqtisadi əlaqələr və xarici iqtisadi əlaqələr şöbələrinə tapşırılsın. Baş nazir S. Hüseynov legalacts.az/Az