Ministerial Decree No. 42 on special permit to the facilities of ionizing radiation sources and to the storage facilities of radioactive substances and radioactive wastes
颁布于 2004-04-12 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 42.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Environment, Water
- 关键词
- authorization/permit, radiation, research, transport/storage, hazardous substances, precautionary principle, data collection/reporting, environmental security, business/industry/corporations, hazardous waste, certification, emissions, freshwater pollution, pollution control
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
"İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları" və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 12 aprel 2004-cü il № 42 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Q A Y D A L A R I I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra ərizəçilər) bu Qaydaların 1.1 -ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. [7] 1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər. 1.4. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI 2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [8] 2.1.1. xüsusi icazə almaq üçün ərizə; ərizədə aşağıdakılar öz əksini tapmalıdır: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;* fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən məlumatlar (seriya, nömrə, nə vaxt və kim Tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;** 2.1.2.müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti; 2.1.3.sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə; 2.1.4.ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd; 2.1.5.xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər: http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# ftn3 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# ftn4 radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu; xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin ixtisası (vəsiqələrin, diplomların surəti) və onların təlimatlandırılması barədə məlumat; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası üçün sahələrin seçilməsində fiziki mühafizənin və ətraf mühitin qorunmasının təmin edilməsinin nəzərə alınması, həmin sahələrin və ətraf ərazilərin geoloji, seysmoloji, hidroloji və meteoroloji xarakteristikaları, təhlükəli və nəzarət edilən zonalara kənar şəxslərin daxil olmasının qarşısını alan maneələr barədə məlumat; qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının istismardan çıxarılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi ilə razılaşdırılmış tədbirlər proqramı; [9] yaxın avtomobil və dəmir yolları, su mənbələri və kəmərləri və digər kommunikasiya xətləri barədə məlumat; radioaktiv maddələrlə və ionizə şüaları verən mənbələrlə işləyən heyətin radioaktiv zonada olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd. 2.2. Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir. 2.3. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 2.4. Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydiyyata alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.5.1.bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 2.5.2.ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda; 2.5.3.fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda. 2.6. Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir. http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn9 2.7. Hüquqi şəxs ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir. Hüquqi şəxsin yenidən təşkilati-hüquqi forması dəyişdikdə, onun adı dəyişdirildikdə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəddə məlumatlar dəyişdikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir. Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir. III. XÜSUSİ İCAZƏ 3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir: 3.1.1.Fövqəladə Hallar Nazirliyinin adı; 3.1.2.hüquqi şəxslər üçün - xüsusi icazə verilən müəssisə, təşkilat və ya idarənin adı və hüquqi ünvanı; 3.1.3.hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı); 3.1.4.həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü; 3.1.5.xüsusi icazənin qüvvədə olma müddəti; 3.1.6.xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi. Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir. 3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [10] 3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən sənədlər ərizəçi Tərəfindən təqdim edildiyi təqdirdə, obyektlərin ünvanlan qeyd olunan xüsusi icazənin surətləri ərizəçiyə verilir. 3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [11] IV. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ 4.1. Xüsusi icazə 3 il müddətinə verilir. 4.2. Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir. 4.3. Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır. V. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ 5.1. Xüsusi icazə sahibləri radioaktiv maddələrlə bağlı fəaliyyət növünü həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn10 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn11 Qanununun və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların müddəalarına və aşağıdakı tələblərə riayət etməlidirlər. 5.2. Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: 5.2.1.radiasiya qəzasının qarşısının alınması və baş verə bilən qəzanın ləğv edilməsi, onun nəticələrindən işçi heyətinin və əhalinin mühafizə olunması sahəsində tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi; 5.2.2.radiasiya qəzası baş verdikdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə, yüksək şüalanma gözlənilən ərazinin yerli icra hakimiyyəti orqanlarına və əhaliyə məlumat verilməsi; [12] 5.2.3.radiasiya qəzasından zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsi; 5.2.4.radioaktiv çirklənmə mənbələrinin təcrid edilməsi və radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısının alınması; 5.2.5.radiasiya qəzası zamanı radiasiya şəraitinin dəyişməsi və radiasiya qəzasının genişlənməsinin operativ təhlilinin aparılması; 5.2.6.radiasiya qəzası ləğv edildikdən sonra ionlaşdırıcı şüa mənbələri ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisində radiasiya şəraitinin normallaşdırılması sahəsində əməli tədbirlərin görülməsi; 5.2.7.radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi; 5.2.8.ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması; 5.2.9.radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi; 5.2.10.işçilərin (heyətin) fərdi şüalanma dozalarına nəzarət edilməsi və onların uçotunun aparılması; 5.2.11.istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi; 5.2.12.işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi; 5.2.13.işçilərin (heyətin) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi; 5.2.14.radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi; 5.2.15.aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər haqqında məlumatların vaxtında (24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması; 5.2.16.sənaye və təsərrüfat sahələrində işlərin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlərin vaxtında təşkil edilməsi və yerinə yetirilməsi; 5.2.17.xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsi; http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn12 5.2.18.xüsusi icazənin fəaliyyət çərçivəsini müəyyən edən və icrası məcburi olan, təhlükə potensiallı müxtəlif təsərrüfat və sənaye sahələrində işlərin səmərəliliyi və texniki təhlükəsizliyi üzrə qüvvədə olan hüquqi və normativ aktların tələblərinin təmin edilməsi. 5.3. Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. [13] 5.4. Nəzarət aparılması üzrə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir: 5.4.1.xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq; 5.4.2.yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar almaq; 5.4.3.yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək; 5.4.4.müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək; 5.4.5.xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq. 5.5. Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur. 5.6. Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır. 5.7. Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və SənayeNazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [14] VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ 6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır: 6.1.1.ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.1.2.ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda; 6.1.3.hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə; 6.1.4.fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə. 6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir. http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn13 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn14 Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar NazirliyiTərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir. 6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir: 6.3.1.ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.3.2.xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə; 6.3.3. xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda; 6.3.4.məhkəmənin müvafiq qərarı olduqda; 6.3.5.hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə; 6.3.6.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda. 6.4.Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir. 6.5. Xüsusi icazənin fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar xüsusi icazənin bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur. 6.6. Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.