跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 291 on approval of determination of danger arising from genetically modified plants across the country

颁布于 2012-12-11 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 291.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
biosafety, genetically modified organism (GMO), inspection, institution, plant protection, research, biotechnology, governance
类别
agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 11 dekabr 2012-ci il 291 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 291 nömrəli qərarı ilə təsdiq edilmişdir Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi QAYDASI 1. Ümumi müddəa 1.1. Bu Qayda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən (bundan sonra - GMOB) yarana biləcək təhlükənin təyin edilməsi üsullarını müəyyən edir. 2. GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi 2.1. Azərbaycan Respublikasının ərazisində aşkarlanan GMOB ilə bağlı aparılan tədqiqat işlərinin istiqamətlərinin müəyyən edilməsi, GMOB-dən yarana biləcək təhlükənin təyin olunması və müvafiq rəylərin verilməsi məqsədi ilə Elmi-Texniki Şuranın nəzdində GMOB üzrə ixtisaslaşdırılmış ekspert şurası (bundan sonra - ekspert şurası) yaradılır. 2.2. Ekspert şurasında Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri təmsil olunurlar. [1] 2.3. Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurasının üzvlərindən və cəlb edilmiş yüksəkixtisaslı alim və mütəxəssislərdən ibarət tədqiqat qrupu yaradılır. 2.4. Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurası tərəfindən GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi məqsədi ilə tədqiqatın başa çatdırılmasına ayrılmış vaxt da göstərilməklə, hərtərəfli iş planı hazırlanır və Elmi Texniki Şuranın təqdimatına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu iş planını təsdiq edir. 2.5. Tədqiqat qrupu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 2.5.1. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında becərilən mədəni bitkilərə onun təsirinin öyrənilməsi; 2.5.2. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında bitən təbii flora elementlərinə onun təsirinin öyrənilməsi; 2.5.3. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında saxlanılan, GMOB və onun məhsulları ilə yemlənən kənd təsərrüfatı heyvanlarına və bal arılarına GMOB-nin təsirinin öyrənilməsi; 2.5.4. GMOB-nin əkildiyi ərazilərdə məskunlaşan vəhşi heyvanlara və həşəratlara onun təsirinin öyrənilməsi; 2.5.5. GMOB-nin və onların məhsullarının istifadəsinin insanlara təsirinin öyrənilməsi. 2.6. Tədqiqat qrupu Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq laboratoriyalarında tədqiqatlar aparır. 2.7. Ekspert şurası tədqiqatın nəticələri əsasında müəyyən edilmiş təhlükənin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə rəy verir. Həmin rəy əsasında Elmi-Texniki Şura tərəfindən GMOB-dən yarana biləcək təhlükənin aradan qaldırılması barədə hazırlanmış tədbirlər planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təsdiq edilir və tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilir. 2.8. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr ölkə daxilində aşkar edilmiş GMOB dən yarana biləcək təhlükənin təyin edilməsi məqsədi ilə analiz üçün materialların maneəsiz götürülməsində tədqiqat qrupuna hərtərəfli kömək göstərirlər. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) 2. 5 avqust 2023-cü il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1259) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın 2.2-ci, 2.6-cı bəndlərində və 2.7-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1259) ilə “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın 2.2-ci, 2.6-cı bəndlərində və 2.7-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/55052 http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/55052