Ministerial Decree No. 259 on approval of rules on genetically modified plants across the country and detection of spread areas
颁布于 2013-02-11 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Cultivated plants
- 关键词
- biosafety, biotechnology, genetic resources, genetically modified organism (GMO), inspection, institution, plant protection, registration, governance
- 类别
- agriculture
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 5 nömrəli əlavə Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması QAYDASI 1. Ümumi müddəa 1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin (bundan sonra -GMOB) mövcudluğunun və yayılma zonasının aşkarlanması qaydasını müəyyən edir. 2. GMOB-nin mövcudluğunun, yayılma zonasının aşkarlanması və bu bitkilərin ləğv edilməsi 2.1. Mədəni bitkilərin genetik, o cümlədən reproduktiv və vegetativ çoxalma materialları da daxil olmaqla, özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli materialların siyahısı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunur. 2.2. GMOB-nin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. 2.3. Ölkə daxilində GMOB-nin mövcudluğu və yayılma zonası Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan ReSpublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən ekspedisiyalar, nümunə götürülməsi və laboratoriya sınaqları vasitəsilə müəyyən edilir. 2.4. GMOB-nin mövcudluğunun və yayılma zonasının aşkarlanmasına, o cümlədən ekspedisiyaların keçiriləcəyi zonalarda və müddətlərdə nümunələrin götürülməsinə, laborator analizlərin keçirilməsinə, tələb olunan maliyyə vəsaitinin müəyyən edilməsinə və digər məsələlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu tərəfindən hazırlanmış və Elmi-Texniki Şura ilə razılaşdırılmış, bu sahə üzrə həyata keçiriləcək tədbirləri əks etdirən illik iş planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təsdiq edilir. 2.5. GMOB aşkarlandıqda, ekspedisiyanın iştirakçıları tərəfindən akt tərtib edilir və 3 (üç) iş günü müddətində Elmi-Texniki Şura bu aktı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının birinci şəxslərinə və GMOB-nin sahibinə rəsmi qaydada təqdim edir. 2.6. GMOB aşkarlandıqda onlar Elmi-Texniki Şuranın qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən 5 (beş) iş günü müddətində məhv edilir. Bu barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir və bir nüsxəsi GMOB-nin sahibinə verilir, ikinci nüsxəsi isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində saxlanılır. 2.7. Aşkar edilmiş GMOB-nin məhv edilməsi GMOB-nin sahiblərinin hesabına həyata keçirilir. 2.8. GMOB-nin məhv edilməsi ilə bağlı tərtib edilmiş aktda aşağıdakılar göstərilir: 2.8.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, tutduğu vəzifə; 2.8.2. GMOB-nin sahibinin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxslər üçün - təşkilatın adı və hüquqi ünvanı); 2.8.3. GMOB-nin mənbəyi; 2.8.4. məhv edilən GMOB-nin miqdarı. 2.9. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr analiz üçün materialların maneəsiz götürülməsində və GMOB-nin məhv edilməsində aidiyyəti orqanlara hərtərəfli yardım göstərirlər. 2.10. Azərbaycan Respublikasının ərazisində mədəni bitkilərin genetik modifikasiya olunmuş analoqlarının mövcudluğu aşkarlandıqda və ya idxal olunmuş bitkinin genetik modifikasiyaya məruz qalması təsdiq olunduqda, təqsirkar şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir