跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 259 on approval of regulation on the management of Scientific and Technical Council regarding conservation and sustainable use of genetic resources of cultivated plants

颁布于 2013-02-11 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
biotechnology, genetic resources, genetically modified organism (GMO), institution, education, international trade, plant protection, registration, research, governance
类别
*, agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 7 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın ƏSASNAMƏSİ 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın fəaliyyətini müəyyən edir. 1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri istiqamətləndirmək və ümumi rəhbərliyi təmin etmək, müasir elmi nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra - MBGE üzrə fəaliyyətlər) işinin idarə olunmasını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bitki genetik ehtiyatları sahəsində fəaliyyət göstərən alim və yüksəkixtisaslı mütəxəssislərindən ibarət olmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura (bundan sonra - Elmi Texniki Şura) yaradılır. 1.3. Elmi-Texniki Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. 1.4. Elmi-Texniki Şura MBGE-nin milli kolleksiyalarına elmi-metodiki rəhbərliyi həyata keçirir. 1.5. Elmi-Texniki Şura mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının (bundan sonra - ekspert şuraları) və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının (bundan sonra - işçi qrupları) fəaliyyətinə rəhbərlik edir, onların rəyləri əsasında qərarlar qəbul edir. 1.6. Elmi-Texniki Şura MBGE fəaliyyətləri üzrə Milli Proqramın hazırlanması, təkmilləşdirilməsi və icrası üzrə məsul orqandır. 1.7. Elmi-Texniki Şuranın qərargahı Milli Əlaqələndirici İnstitutda yerləşir. 1.8. Elmi-Texniki Şuranın iclasları arasındakı müddətdə onun funksiyalarını Şuranın sədri, Şuranın elmi katibi və Milli Əlaqələndirici İnstitut həyata keçirir. 2. Elmi-Texniki Şuranın yaradılmasının məqsədləri 2.1. Elmi-Texniki Şuranın yaradılmasının məqsədləri aşağıdakılardır: 2.1.1. MBGE üzrə Azərbaycan Respublikasında aparılan fəaliyyətlərin vahid mərkəzdən idarə olunmasını təmin etmək; 2.1.2. MBGE üzrə fəaliyyətlər sahəsində Milli Əlaqələndirici İnstitutun funksiyalarının icrasına kömək göstərmək; 2.1.3. ekspert şuraları və işçi qrupları yaratmaq və onların fəaliyyətini tənzimləmək; 2.1.4. MBGE üzrə fəaliyyətlər sahəsində elmi tədqiqatların müasir beynəlxalq standartlar səviyyəsində layihələndirilməsinə və aparılmasına köməklik etmək; 2.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına köməklik etmək. 3. Elmi-Texniki Şuranın təşkili 3.1. Elmi-Texniki Şura sədr, sədrin müavini, elmi katib, daimi və müvəqqəti üzvlərdən ibarətdir. 3.2. MBGE üzrə ekspert şuralarının və işçi qruplarının rəhbərləri Elmi Texniki Şuranın tərkibinə daxil olurlar. 3.3. Elmi-Texniki Şuranın digər üzvləri MBGE sahəsində tanınmış alim və mütəxəssislər, milli kolleksiyaların elmi rəhbərləri, MBGE-nin milli inventarlaşdırılması və istifadəsi üzrə məsul şəxslər sırasından seçilir. 3.4. Elmi-Texniki Şuranın tərkibinə namizədlər Elmi-Texniki Şuranın sədri, ekspert şuraları və işçi qrupları, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu nazirliklərin elmi tədqiqat institutları, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülür. 4. Elmi-Texniki Şuranın funksiyaları 4.1. Elmi-Texniki Şura öz səlahiyyətləri çərçivəsində aşağıdakı funksiyaları icra edir: 4.1.1. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikası üzrə elmi tədqiqatların mövzu planlarını müzakirə edir, rəy və tövsiyələr verir; 4.1.2. MBGE-nin milli kolleksiyalarına elmi-metodiki kömək göstərir; 4.1.3. ekspert şuralarının və işçi qruplarının iş planlarını təsdiq edir və onların fəaliyyətlərini əlaqələndirir; 4.1.4. MBGE-nin milli kolleksiyalarını təsdiq edir, qeydiyyata alır və bunun üçün lazım olan sənədlərin siyahısını müəyyən edir; 4.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində müvəqqəti və daimi məqsədli tədqiqat, təlim və texniki işçi qrupları yaradır, onlara tapşırıqlar verir; 4.1.6. MBGE-nin toplanmasının hüquqi, texniki və elmi-təşkilati aspektlərini əhatə edən qaydaları təsdiq edir və yayır; 4.1.7. MBGE-ni toplamaq barədə hüquqi və ya fiziki şəxslərin rəsmi müraciətlərini 1 (bir) ay müddətində müzakirə edir və qərar qəbul edir; 4.1.8. Azərbaycan Respublikası ərazisində MBGE-nin toplanması üzrə beynəlxalq ekspedisiyaların keçirilməsi üzrə təkliflərə baxır və qərar qəbul edir; 4.1.9. MBGE-nin milli kolleksiyalarından tədqiqat, təlim və digər məqsədlərlə nümunələrin götürülməsi, MBGE-nin ixracı ilə bağlı müraciətlərə baxır, müvafiq qərar qəbul edir; 4.1.10. MBGE üzrə fəaliyyətlər sahəsinə aid hazırlanmış təlimatları, qaydaları, tövsiyələri və digər sənədləri təsdiq edir, çap etdirir və yayır; 4.1.11. MBGE-nin inventarlaşdırılması, qeydiyyatı, identifikasiyası, xarakteristikası, səciyyələndirilməsi üzrə standartları, deskriptor siyahılarını təsdiq edir, onları çap etdirir və yayır; 4.1.12. nümunələrin saxlanması, mübadiləsi, tədqiqat, təlim, seleksiya və digər məqsədlərlə paylanması üçün tələb olunan sənədlərin siyahısını təsdiq edir; 4.1.13. MBGE üzrə fəaliyyətlər sahəsində elmi, texniki və kadr təminatının planlaşdırılmasına məsələlərə dair rəy və təkliflər verir; 4.1.14. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasının elmi tədqiqat institutları, universitetləri və digər təşkilatları tərəfindən bağlanmış beynəlxalq əməkdaşlıq müqavilə və sazişlərinə baxır, rəy və tövsiyələr verir, onları qeydə alır; 4.1.15. MBGE-nin mübadiləsində istifadə edilən Material Mübadiləsi Sazişinin nümunəvi formasını təsdiq edir; 4.1.16. MBGE nümunələrinə verilən milli unikal identifikasiya nömrələrinin ümumi formasını təsdiq edir; 4.1.17. genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı ilə bağlı müraciətlərə baxır və qərar qəbul edir; 4.1.18. aşkarlanmış genetik modifikasiya olunmuş bitkilərin məhv edilməsi barədə qərar qəbul edir; 4.1.19. öz səlahiyyətləri çərçivəsində digər məsələləri həll edir. 4.2. MBGE-nin ixracına, mübadiləsinə, paylanmasına Elmi-Texniki Şura tərəfindən verilmiş və Şuranın sədri tərəfindən imzalanmış sənədlər Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap olunur və Milli Əlaqələndirici İnstitutun möhürü vurulur. 4.3. İdxal edilmiş MBGE haqqında məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Elmi-Texniki Şuraya hər ilin 15 yanvar tarixinə kimi təqdim edilir. 5. Elmi-Texniki Şuranın reqlamentə 5.1. Elmi-Texniki Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. Elmi-Texniki Şura bu iclaslarda səlahiyyətləri çərçivəsində məsələlərə, daxil olmuş müraciətlərə baxır, rəy, tövsiyə və qərarlar qəbul edir. 5.2. Sədrin və şura üzvlərinin təklifi ilə Elmi-Texniki Şuranın növbədənkənar iclasları keçirilə bilər. 5.3. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutda keçirilir. Xüsusi hallarda səyyar iclaslar AMEA Rəyasət Heyətində, Kənd Təsərrüfatı Nazirliyinin elmi struktur vahidlərində (Aqrar Elm Mərkəzi və elmi tədqiqat institutları), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur vahidlərində (qorunan ərazilər və tədqiqat institutları) keçirilir. 5.4. Elmi-Texniki Şuranın iclaslarını onun sədri aparır. Sədr iştirak etmədikdə onun müavini, o da iştirak etmədikdə üzvlərdən biri sədrlik edir. 5.5. Elmi-Texniki Şuranın iclaslarında üzvlərin üçdən birinin iştirak etməsi yetərsay hesab edilir. 5.6. Elmi-Texniki Şurada qərarlar sadə səs çoxluğu və açıq səsvennə ilə qəbul edilir. 5.7. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutun Elmi Şurası ilə birgə keçirib bilər. 6. Elmi-Texniki Şuranın sədri, sədr müavini, elmi katibi, üzvləri 6.1. Milli Əlaqələndirici İnstitutun Direktoru Elmi-Texniki Şuranın sədridir. 6.2. Elmi-Texniki Şuranın sədrinin funksiyaları aşağıdakılardan ibarətdir: 6.2.1. bütün ölkə təşkilatlarında, yerli orqanlarda Elmi-Texniki Şuranı təmsil etmək; 6.2.2. Elmi-Texniki Şuranın iclaslarını keçirmək; 6.2.3. Elmi-Texniki Şuranın sənədlərini imzalamaq; 6.2.4. Ekspert şuraları və işçi qruplarının İclaslarında iştirak etmək; 6.2.5. Elmi-Texniki Şuranın adından çıxış etmək; 6.2.6. Elmi-Texniki Şuranın növbəti və növbədənkənar iclaslarını çağırmaq. 6.3. Elmi-Texniki Şuranın sədri MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasını müvafiq beynəlxalq təşkilatlarda, şəbəkə və proqramlarda təmsil edir. 6.4. Elmi-Texniki Şuranın sədr müavini və elmi katibi Elmi-Texniki Şuranın sədrinin təklifi ilə seçilir və azad edilir. 6.5. Elmi-Texniki Şuranın sədr müavininin funksiyaları aşağıdakılardan ibarətdir: 6.5.1. Sədr iştirak etmədikdə iclasları keçirir; 6.5.2. Sədrin olmadığı hallarda Elmi-Texniki Şuranın sənədlərini imzalayır. 6.6. Elmi-Texniki Şuranın elmi katibinin funksiyaları aşağıdakılardan ibarətdir: 6.6.1. Elmi-Texniki Şuranın iclaslarını hazırlayır; 6.6.2. iclaslarda baxılacaq sənədlərin, rəy, tövsiyə və qərarların hazırlanmasını və müzakirəsini təmin edir: 6.6.3. ekspert şuraları və işçi qruplarının fəaliyyətinə nəzarət edir. 6.7. Elmi-Texniki Şuranın üzvləri MBGE üzrə fəaliyyətlər sahəsində tanınmış alim və mütəxəssislər sırasından seçilir. 6.8. Elmi-Texniki Şuranın üzvləri Elmi-Texniki Şuranın, eləcə də müvafiq ekspert şuralarının və işçi qruplarının iclaslarında, müzakirələrində və səsvermələrində iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ministerial Decree No. 259 on approval of regulation on the management of Scientific and Technical Council regarding conservation and sustainable use of genetic resources of cultivated plants · Nelum