Ministerial Decree No. 259 on approval of Regulation of the National Gene Bank
颁布于 2013-02-11 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Cultivated plants
- 关键词
- biotechnology, data collection/reporting, genetic resources, institution, plant protection, registration, research, sustainable use, governance
- 类别
- agriculture
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 11 nömrəli əlavə Azərbaycan Respublikasının Milli Genbankının ƏSASNAMƏSİ 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının mədəni bitki genefondunun mühafizə edildiyi Milli Genbankın yaradılması və fəaliyyəti prosesində yaranan hüquqi, təşkilati və iqtisadi münasibətlərin əsaslarını müəyyən edir. 1.2. Azərbaycan Respublikasının Milli Genbankı (bundan sonra-Milli Genbank) Azərbaycan Respublikasının milli sərvətidir və bütün infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusuna malikdir. 1.3. Milli Genbankın əsas vəzifəsi ümummilli dəyərə malik mədəni bitkilərin və onların yabanı əcdadlarının hüceyrə plazması nümunələrinin sənədləşdirilərək milli kolleksiyalara cəlb edilməsindən, onların etibarlı qorunub-saxlanılmasından, bərpasından, artırılmasından, hərtərəfli öyrənilməsindən, elmi və digər məqsədlər üçün yayılmasından, məlumat bazasının yaradılmasından və səmərəli istifadəsinin təşkilindən ibarətdir. 1.4. Milli Genbankda xüsusilə genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanılır və mühafizə edilir. 1.5. Milli Genbank Milli Əlaqələndirici İnstitutun struktur vahidi və mədəni bitkilərin milli kolleksiyalarına malik elmi tədqiqat müəssisəsidir. 2. Milli Genbankın vəzifələri 2.1. Milli Genbankın vəzifələri aşağıdakılardan ibarətdir: 2.1.1. mədəni bitkilərin milli kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, toplanma üzrə prioritetlərin və ehtiyacların müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması; 2.1.2. mədəni bitkilərin milli genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planının qəbul edilməsi və bu planın yerinə yetirilməsi üçün qanuni üsullardan (o cümlədən, toplama, elmi mübadilə və introduksiya) istifadə edilməsi; 2.1.3. mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra -MBGE) hüceyrə plazması nümunələrinin milli baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi ortamüddətli və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi; 2.1.4. ölkədə mövcud olan bütün genbank və digər kolleksiyalarla əlaqələrin yaradılması və onların fəaliyyətinə elmi-metodiki kömək göstərilməsi; 2.1.5. MBGE-nin kolleksiyalarda mühafizəyə qoyulmuş hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin (genetik tamlığının, cücərmə faizinin) və saxlanma şəraitinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılmasının təmin edilməsi; 2.1.6. MBGE-nin bütün ölkə üzrə kolleksiyalarının qeydiyyatının aparılması və onların kompyuter məlumat bazasına daxil edilməsi; 2.1.7. mədəni bitkilərin Milli Genbankının tərkibini və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin bütün hərəkətlərini əks etdirən lokal məlumat bazasının, eləcə də ölkədə mövcud olan bütün kolleksiyaları əhatə edən Mərkəzi Məlumat Bazasının yaradılması, idarə olunması, daim yeniləşdirilməsi, beynəlxalq şəbəkələrlə inteqrasiyası; 2.1.8. Milli Genbankda saxlanılan prioritet kolleksiyalara aid nümunələrin dublikatlarının beynəlxalq genbanklarda mühafizəsinin təşkili; 2.1.9. xarici genbanklarda saxlanılan Azərbaycan mənşəli nümunələrin geri alınaraq bərpası və milli kolleksiyalara daxil edilməsi; 2.1.10. MBGE sahəsində elmi tədqiqatların aparılması, mədəni bitki müxtəlifliyinin genetik identifikasiyası və pasportlaşdırılması, istifadə üçün tövsiyələrin verilməsi; 2.1.11. milli kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən (sifariş verilməklə) əldə edilməsinə kömək göstərilməsi; 2.1.12. milli genefondun, MBGE-nin təbliği, sərgilərin təşkili, təlim, tövsiyə, təşviqat, metodiki xarakterli materialların çapı və yayılması; 2.1.13. milli seminarların, təlim kurslarının təşkili, mədəni bitki genetik ehtiyatlarının mühafizəsi sahəsində elmi kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək verilməsi. 3. Milli Genbankın hüquqları 3.1. Milli Genbankın “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır: 3.1.1. MBGE-nin hüceyrə plazması nümunələrini xüsusi təyinatlı milli kolleksiyalar üzrə mərkəzləşdirilmiş şəkildə toplamaq, bitki genefondunu elmi mübadilə və introduksiya yolu ilə zənginləşdirmək; 3.1.2. MBGE üzrə beynəlxalq təşkilat, şəbəkə və genbanklardan, Elmi Texniki Şuradan, ekspert və işçi qruplarından elmi-metodiki kömək əldə etmək; 3.1.3. MBGE-nin Milli Genbankda mühafizə edilən hüceyrə plazması nümunələrinin sifarişlərinə mühafizə edilən toxum və digər əkin materialının həcmini nəzərə almaqla, müsbət və ya mənfi cavab vermək; 3.1.4. Milli Əlaqələndirici institutun ölkə daxilində və ya xaricdə olan digər genbanklarla və ya təşkilatlarla birgə həyata keçirdiyi layihələr üzrə tədqiqat işlərini aparmaq, əməkdaşlarının yerli və xarici təlimlərdə iştirakını təmin etmək; 3.1.5. kolleksiyalardakı boşluqları doldurmaq, seleksiya proqramlarının ehtiyaclarını ödəmək və ya hər hansı digər məqsədlərlə beynəlxalq genbanklardan və xarici ölkə genbanklarından bitki nümunələrini müqavilə əsasında sifariş vermək; 3.1.6. Milli Genbankda olmayan və ya burada miqdarı məhdud olan nümunələrin dublikatlarını həmin nümunələrin saxlandığı kolleksiyaların sahiblərindən əvəzsiz almaq; 3.1.7. Azərbaycan Respublikasında keçirilən hər hansı daxili və ya beynəlxalq ekspedisiyalarda toplanmış bitki nümunələrinin ya ekspedisiyadan dərhal sonra, ya da bərpa və artırılmadan sonra Milli Genbanka verilməsini tələb etmək; 3.1.8. MBGE üzrə beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirak etmək; 3.1.9. Milli Genbankın kolleksiyalarını əks etdirən kataloqları və digər çap materiallarını, elmi əsərləri dərc etdirmək; 3.1.10. MBGE üzrə genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə etmək; 3.1.11. MBGE-nin Milli Genbankda saxlanılan hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirlərdən mövcud qanunvericilik çərçivəsində royalti (alınan qazancın müəyyən hissəsi) tələb etmək; 3.1.12. əldə edilən büdcədənkənar vəsaiti daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərcləmək. 4. Milli Genbankın elmi tədqiqat fəaliyyəti 4.1. Milli Genbankın elmi tədqiqat fəaliyyəti kompleks tədqiqatların təşkili yolu ilə, beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilir və milli mədəni bitki genefondunun qorunub saxlanması, bərpası və səmərəli istifadəsi məqsədi ilə təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir. 4.2. Milli Genbankın elmi tədqiqat mövzuları Milli Əlaqələndirici İnstitut tərəfindən müəyyən edilir. 4.3. Milli Genbank elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə elmi işçi ştatları ilə təmin edilir. 4.4. Milli Genbankda herbari fondu yaradılır. 5. Milli Genbankın maliyyələşdirilməsi 5.1. Milli Genbank dövlət vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, genbank nümunələrinin istifadəsi və paylanılması, göstərdiyi xidmətlər müqabilində əldə edilən gəlirlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir. 5.2. Əldə edilən büdcədənkənar vəsait mövcud qanunvericilik çərçivəsində Milli Əlaqələndirici İnstitutun rəhbərliyi tərəfindən Milli Genbankın daxili ehtiyacları üçün (işçilərin mükafatlandırılması da daxil olmaqla) xərclənir. 6. Milli Genbankın qorunması 6.1. Milli Genbankın qorunması Milli Əlaqələndirici İnstitutun mühafizə xidməti tərəfindən həyata keçirilir və bu işə Milli Genbankın və Milli Əlaqələndirici İnstitutun rəhbərliyi məsuliyyət daşıyır. 6.2. Milli Genbankm qorunması MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydalarına uyğun olaraq həyata keçirilir. 6.3. Milli Genbankın mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarına yol vermiş təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir