Ministerial Decree No. 242 amending the Resolution No. 27 of the Cabinet of Ministers validating Regulations for withdrawing, neutralizing of destruction of the foodstuffs unfit for utilization
颁布于 2014-07-16 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition
- 关键词
- food safety and quality, inspection, institution, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 128; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 5-ci hissədə “dövlət orqanlarının akkreditasiya olunmuş müvafiq laboratoriyalarında” sözləri “akkreditasiya olunmuş müvafiq laboratoriyalarda və ya digər təşkilatlarda” sözləri ilə əvəz edilsin. 2. 9-cu hissədə “dövlət nəzarəti orqanları” sözləri “akkreditasiya olunmuş müvafiq laboratoriyalar və ya digər təşkilatlar” sözləri ilə əvəz edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 16 iyul 2014-cü il № 242 http://e-qanun.az/framework/7426 http://e-qanun.az/framework/7426