跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 237 on approval of some legal acts regarding hydrometeorological and environmental monitoring

颁布于 1998-12-14 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar № 237.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
access-to-information, certification, data collection/reporting, environmental impact assessment (EIA), monitoring, special fund

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi”, “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi Qaydaları”, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur). 2. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı, habelə ödənişsiz və ödənişli məlumatların növləri müəyyən edilsin (1, 2 nömrəli əlavələr). 3. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu qaydası müəyyən edilsin (3 nömrəli əlavə). 4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 14 dekabr 1998-ci il № 237 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun ƏSASNAMƏSİ 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Əsasnamə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun (bundan sonra Fond adlandırılır) yaradılması, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir. 1.2. Fond dövlət və idarə məlumatlar fondlarından ibarətdir. Dövlət məlumatlar fonduna ümumdövlət və sahələrarası əhəmiyyət kəsb edən məhdud və açıq informasiya kateqoriyasına aid məlumatlar (kağız üzərində, fotoplyonka, maşınoxuyucu daşıyıcılarında və s.) toplanır və bu fond Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamında olur. [1] İdarə məlumatlar fondlarına xüsusi təyinatlı, məqsədli və açıq informasiya kateqoriyasına aid məlumatlar toplanır. İdarə məlumatlar fondları müəssisə, idarə və təşkilatların sərəncamlarında olur. 1.3. Fondun məlumatları (əsli, əslini əvəz edən maşınoxuyucu daşıyıcılarında olan surətləri, vaxtdan, istehsal edildiyi yerindən, istifadə olunan texnikadan asılı olmayaraq) http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn1 bu Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində, onun müəssisə və təşkilatlarında daimi və ya müəyyən müddətdə saxlanılır. [2] 1.4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları (bundan sonra istehsalçılar adlandırılır), müəlliflik vəmülkiyyət hüquqları saxlanılmaqla, aparılan müşahidə, ekspedisiya (o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru üzrə) məlumatlarının, elmi tədqiqat təyinatlı və qısamüddətli elmi təcrübələrin nəticələri istisna olmaqla, bir nüsxəsini xidməti istifadə üçün müvafiq qaydada Fonda verməlidirlər. 1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fonda qəbul etdikləri məlumatların sənədləşdirilməsinə, qeydə alınmasına, istifadəsinə, saxlanmasına, mühafizəsinə görəməsuliyyət daşıyır. [3] 1.6. Fondun materiallarından onun sərəncamçılarının icazəsi ilə dövlət idarəetmə orqanları və qeyri-dövlət təşkilatları istifadə edə bilərlər. 1.7. Fondun məlumatlarının oğurlanmasında, yararsız hala salınmasında, saxlanılması qaydalarında qüsura yol verən və qanunsuz məhv edilməsində günahkar şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər. 2. FONDUN TƏRKİBİ 2.1. Fond dövlət və qeyri-dövlət müşahidə şəbəkələrinin fəaliyyəti müddətində toplanmış aşağıdakı sənədlərdən ibarətdir: meteoroloji məlumat; aeroloji məlumat; çay, kanal, göl, su anbarı haqqında məlumat; dəniz hidroloji məlumatlar; aqrometeoroloji məlumat; sinoptik məlumat; heliofiziki məlumat; yerin süni meteoroloji peyklərinin məlumatı; ətraf mühitin çirklənməsi haqqında məlumat; ətraf mühitin fon çirklənməsi haqqında məlumat; buzluqlar, qar uçqunları, sellər, dağlarda qar örtüyü haqqında məlumat; təbii mühitin vəziyyəti haqqında müxtəlif növ məlumatlar. 2.2. Hidrometeorologiya və təbii mühitin monitorinqinin tərkibinə daxildir: hidrometeoroloji müşahidələrin ekspedisiya işlərinin və elmi tədqiqatların nəticəsində alınan məlumatlar (cədvəllər, kitabça, özüyazan cihaz lentləri, hesabatlar, sinoptik xəritələri, müxtəlif növ fotoplyonkalarda mikrofilmlər, maşınoxuyucu daşıyıcılarda olan məlumatlar (perfokartlar, maqnit lentləri və diskləri, disketlər və s.). Azərbaycan Respublikasının dövlət nəşriyyatlarında və xarici nəşriyyatlarda çap edilmiş hidrometeoroloji sorğu məlumatları (aylıqlar, illiklər, sorğu-arayışlar və s.) 3. FONDUN YARADILMASI 3.1. Fond Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılır. [4] http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn4 3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fondu yaradarkən aşağıdakıları həyata keçirir: [5] istehsalat təşkilatları və başqa istehsalçılar tərəfindən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə aparılan müşahidələrin məlumatlarının, ekspedisiya işlərinin və elmi-tədqiqat materiallarının toplanmasını, qeydə alınmasını, saxlanmasını, istifadəsini, mühafizəsini, ekspertizadan keçirilməsini; sənədlərin tərkib və məzmununu təcəssüm etdirən elmi sorğu məcmuələrinin buraxılmasını; hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların arxivləşdirilməsində müasir maşınoxuyucu daşıyıcılardan istifadənin təmin olunmasını və bu sahədə işlərin genişləndirilməsini; Fondun fəaliyyəti ilə bağlı dövlət idarəetmə orqanları və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edilməsini; Fondun aparılması üzrə normativ metodiki sənədlərin hazırlanmasını və təsdiq edilməsini. 3.3. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqları: [6] istehsalat təşkilatlarından, habelə digər istehsalçılardan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə aparılan müşahidələrin, ekspedisiya işlərinin və elmi-tədqiqatların sənədlərini vaxtında vəmüəyyən olunmuş qaydada Fonda verilməsini tələb etmək; lazım olduqda müəyyən olunmuş qaydada istehsalçıların hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidə və elmi tədqiqatların aparılmasını və əldə olunan məlumatların Fonda verilməsini yoxlamaq; Fondun məlumatlarının yararsız hala salınmasında və qanunsuz məhv edilməsində günahı olan şəxsləri mövcud qanunvericiliyə və uyğun məsuliyyətə cəlb etmək. 4. FONDUN İSTİFADƏSİ VƏ MÜHAFİZƏSİ 4.1. Fondun məlumatları iqtisadiyyatda və elmi işlərdə istifadə edilir. 4.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəçiləri (bundan sonra istehlakçılar adlandırılır) Fondun məlumatlarını əldə etmək üçün onun sərəncamçılarına müraciət etməlidirlər və tərəflər arasında bağlanmış müqavilələr əsasında (istifadə şərtləri göstərilməklə) bu məlumatları istifadə edirlər. 4.3. Fondun materiallarının başqa şəxslərə verilməsinə, surətinin çıxarılmasına onun sərəncamçılarının razılığı ilə yol verilir. 4.4. Fonda daxil olan məlumatlar ekspertizadan keçirilir, onların saxlanmaq üçün yararlı olub-olmaması, dəstləşdirilməsi müəyyənləşdirilir və xüsusi kitabda qeydiyyatdan keçirilərək qəbul edilir. 4.5. Fondun hər bir məlumatı (məzmunu, saxlanma müddətləri nəzərə alınmaqla) vahid bir sənəd kimi saxlanılır və mühafizə edilir. 4.6. Fondun uzun müddət istifadə edilib oxunması mümkün olmayan məlumatlar müvafiq qaydada restavrasiya (bərpa) edilir. 4.7. Fondun xüsusi əhəmiyyət kəsb edən və uzun müddət saxlanılan məlumatları müasir maşınoxuyucu texniki daşıyıcılara (maqnit lentləri, disket və s.) köçürülür və xüsusi dəmir şkaflarda saxlanılır. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn6 4.8. Fondun məlumatlarının qiymətli sənədlər kateqoriyasına aid edilməsi, onların ekspertizası və saxlanılma müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi ilərazılaşdırılaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir. [7] Məlumatlar məzmununa və saxlanma müddətinə görə qruplaşdırmaq həcmindən asılı olaraq albomda, qovluqda və bükülmüş şəkildə (halda) saxlanılır və mühafizə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi QAYDALARI 1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində yerləşən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə mərkəzlərin, rəsədxanaların, stansiyaların tədqiqat gəmilərinin, laboratoriyaların,ölçü vasitələrinin, texniki komplekslərin və digər müşahidə məntəqələrinin fasiləsiz iş rejiminin müəyyən edilməsini, onların mühafizəsini tənzimləyir. 2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeoroloji müşahidə şəbəkələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uçota alınır. [8] 3. Hidrometeoroloji müşahidə şəbəkələrinin köçürülməsi, yerlərinin dəyişdirilməsi, yenilərinin quraşdırılması və fəaliyyətlərinin dayandırılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilə bilər. [9] Atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadəsinə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə yol verilir. 4. Hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafında 200 m məsafə onun mühafizə zonası sayılır və bu zonada təsərrüfat fəaliyyəti qadağan edilir. 5. Əsrlik hidrometeoroloji müşahidə şəbəkələrinə daxil olan iqlim, reper, dəniz, sahil və mənsəb stansiyaları üçün torpaq sahələrinin və su akvatoriyalarının ayrılması, görülən hidrometeoroloji işlərin tərkibindən (proqramından) asılı olaraq dəyişdirilməsi Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinə uyğun tənzimlənir. 6. Əsrlik hidrometeoroloji müşahidə şəbəkələrinin iqlim, reper, dəniz, sahil və mənsəb stansiyalarının siyahısına daxil olmayan meteoroloji, heliogeofiziki, göl, qar uçqununu və sel axınını öyrənən vəbaşqa növ stansiyaların mühafizə zonaları, müstəsna hallarda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə dövlət və yaxud qeyri-dövlət təşkilatlarının istifadəsinə veriləbilər. [10] 7. Torpaq sahəsində (su obyektində) aparılan təsərrüfat işlərinin ətraf mühitin təbii vəziyyəti haqqında məlumatların alınmasına təsir etməməsi məqsədi ilə hidrometeoroloji müşahidə şəbəkələrinin vəonların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlərin aşağıda göstərilən minimum məsafədə aparılması zəruridir: bina və tikililərin (tək bina və tikili öz hündürlüyündən 10 dəfə, sıra ilə kütləvi şəkildə tikilən bina və tikililər öz hündürlüyündən 20 dəfə) uzaq məsafədə inşa edilməsi; http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn9 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn10 ağac və kolların (tək ağac və kollar öz hündürlüyündən 10 dəfə, meşə zonaları isə öz hündürlüyündən 20 dəfə) uzaq məsafədə salınması; kiçik su tutarları və kənd təsərrüfatı bitkilərini suvarmaq üçün kanal və arxların 60 m məsafədə inşa edilməsi; istilik və başqa boruların qoyulması, sahənin (qruntun) düzləndirilməsi üzrə işlərin 100 m məsafədə aparılması; nəqliyyat, hər cür maşın və mexanizm dayanacaqlarının tikilməsi, zibil, kimyəvi turşu, duz və qələvilərin tökülməsi, gübrələrin və metal məmulatlarının yığılması üçün torpaq sahələrinin 150 m məsafədə ayrılması; dəmir, avtomobil və başqa yolların, tramvay və trolleybus xətlərinin çəkilməsi və bu məqsədlə lazımi obyektlərin tikintisinin 200 m məsafədə aparılması. 8. Aeroloji və heliogeofiziki stansiyaların və başqa tipli atmosferin zondlaşdırılması ilə məşğul olan, meteoroloji radiolokatorlar (RLS) istismar edən stansiyaların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlər orada quraşdırılmış qurğulardan aşağıda göstərilən minimal məsafələrdə aparılmalıdır: bina və tikililər 270 m məsafədə; dəmir, avtomobil və başqa yolların, tramvay, trolleybus, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi və güclü elektrik qurğularının quraşdırılması 300 m məsafədə. 9. Dəniz, sahil və mənsəb stansiyalarının (məntəqələrinin) və hidrometeoroloji müşahidə aparan başqa növ stansiyaların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlər hidrometeoroloji tikili və qurğulardan aşağıda göstərilən minimal məsafələrdə aparılmalıdır: gəminin yan alması — 25 m məsafədə; suyun götürülməsi və buraxılması — 50 m məsafədə; gəminin lövbər salması, açılmış lövbərlə, zəncirlə, lotla, tralla hərəkət etməsi, hidrometrik və okeanoqrafik qurğuların quraşdırıldığı yeri göstərən buy nişanlarından — 100 m məsafədə; geoloji kəşfiyyat (partlayışsız), dalğıc işləri, hidrometrik qurğulardan və qurğuların olmasını göstərən buylardan — 100 m məsafədə; gəmi yanalan körpülərin, dalğa qabağı alan tikililərin tikilməsi, dənizdə dibləşdirmə və torpaqçıxarma işləri — 150 m məsafədə; balıq tutulması və başqa dəniz məhsullarının əldə edilməsi hidrometrik qurğulardan və bu qurğuların olduğu yerləri göstərən buylardan — 150 m məsafədə. 10. Ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar, digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri vəistifadəçiləri həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığını təmin etməli, onların korlanması və ya məhv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinəməlumat verməli, məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şərait yaratmalıdırlar. [11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn11 TƏLİMAT 1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslərin nəticələrinin uçotunu aparmaq, hazırlanmışməlumatların mənbəyinə və düzgünlüyünə nəzarət etmək məqsədi ilə həyata keçirilir. 2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra istehsalçılar adlandırılır) hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə aparılan müşahidələrin və tədqiqatların təhlili nəticəsində hazırlanmış proqnozları, xülasələri, arayışları, sorğu məlumatlarını, xəritə və bülletenləri Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər və bu məlumatların mənbəyi barədə sertifikatlar almalıdırlar. Bu məqsəd üçün istehsalçılar yazılı surətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər. Komitə 15 gün müddətində təqdim olunmuş hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatları təhlil edərək onları qeydiyyata alır və mənbəyi barədə sertifikatlar verir. Verilmiş sertifikat bu məlumatların tanınması üçün əsas sənəddir. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyata alınmadığı halda istehsalçıya səbəbləri göstərməklə rəsmi izahat verilir. [12] 3. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların mənbəyinin sertifikatlaşdırılmasında, istifadə olunan texniki vasitələrin göstəricilərinin mövcud standartlara uyğun olması, müşahidə və tədqiqatların aparılmasında qüvvədə olan milli və beynəlxalq metodikalara riayət olunması əsas tutulur. 4. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların mənbəyi barədə sertifikat formaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir.[13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarına 1 nömrəli ƏLAVƏ Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı məlumatların növləri Operativ məlumatlar İfrat təhlükəli hidrometeoroloji hadisələr haqqında məlumat; ətraf mühitin ekstremal çirklənməsi haqqında məlumat; ifrat təhlükəli hidrometeoroloji hadisələrin olacağı barədə 1—3 sutkalıq proqnoz; təbii fəlakət, qəza və böyük dağıntı baş vermiş rayonlar üçün 1—3 sutkalıq hava proqnozu; alınmış məlumat əsasında qəza nəticəsində və tullantılar vasitəsi ilə atmosferə daxil olan radioaktivlik və onun atmosfer havasında (suda) qatışığı nəzərə alınmaqla təbii mühiti çirkləndirən maddələrin yayılması haqqında proqnoz; respublika bölgələri üzrə 1—3 sutkalıq hava proqnozu; http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn12 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn13 payızlıq dənli bitkilərin vegetasiya dövrünə dair proqnoz; yaz tarla işlərinin başlanğıcına torpaqda olan məhsuldar rütubət ehtiyatının proqnozu; əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı barədə proqnoz; yaz gursululuğunun yüksək (maksimum) səviyyəsinin proqnozu; yağışdan əmələ gələn çay daşqınlarının proqnozu; respublika su anbarlarına gələn suyun aylıq və rüblük proqnozu. Ümumi təyinatlı məlumatlar Səth sularının istifadəsi və keyfiyyəti (illik); respublika ərazisi üzrə aqrometeoroloji şəraitin dekadalıq icmalı (şərhi); meteoroloji illiklər; aqrometeoroloji illiklər; ətraf mühitin çirklənməsi üzrə icmal və məlumatlar; səth sularının keyfiyyəti (illik); səth sularının hidrobioloji göstəricilər üzrə ümumiləşdirilmiş məlumat (illik); dəniz suyunun hidrokimyəvi göstəriciləri üzrə keyfiyyəti; təbii mühit obyektlərinin pestisidlərlə çirklənməsi (illik); respublika şəhərlərində atmosferin çirklənməsi vəziyyəti (illik); torpaqların sənaye mənşəli toksikantlarla çirklənməsi (illik); dənizin və onun bəzi sektorlarının ekoloji vəziyyətinin illik icmalı; respublika ərazisində və Azərbaycanla həmsərhəd olan dövlətlərdə radiasiyanın vəziyyəti (illik); təbii mühitin qəza və yüksək ekstremal çirklənməsi nəticəsində təbii mühitin çirklənməsi və radiasiya vəziyyəti (aylıq); ifrat təhlükəli hidrometeoroloji hadisələr və hidrometeoroloji şəraitlər haqqında və onların əsas xalq təsərrüfatı sahələrinin fəaliyyətinə təsiri (aylıq). İşlər müdiri A. HACIYEV Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarına 2 nömrəli ƏLAVƏ Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri Ödənişsiz məlumatlar 1. İfrat təhlükəli hidrometeoroloji hadisələr və təbii mühitin ekstremal çirklənməsi barədə məlumatlar, xəbərdarlıq, proqnozlar. 2. Təbii mühitin ekstremal çirklənməsi barədə məlumatlar və xəbərdarlıqlar. 3. Təbii fəlakət texnogen qəzalar və süni təsir nəticəsində yaranan fövqəladə hallarda fəlakət baş vermiş rayon üçün verilən hər növ hidrometeoroloji informasiyalar (məlumatlar, proqnozlar, xəbərdarlıqlar, arayışlar və s.), təbii mühitin çirklənməsi barədə məlumatlar. 4. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Nazirlər Kabinetinə, digər dövlət idarəetmə orqanlarına sorğu ilə verilən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar. 5. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına verilən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ məlumatlar. 6. Əhaliyə çatdırmaq üçün kütləvi informasiya vasitələrinə verilən bütün növ hidrometeoroloji və təbii mühitin çirklənməsi barədə məlumatlar. Ödənişli məlumatlar 1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə (hidrometeorologiya, heliogeofiziki və təbii mühitin çirklənməsi üzrə müşahidələr) standart vaxtlarda aparılan müşahidələrin nəticələri. 2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat gəmiləri ilə aparılan hidrometeoroloji, okeanoloji müşahidələrin, dəniz ekspedisiya işlərinin nəticələri və illik məlumatları. [14] 3. Arayış xarakterli hidrometeoroloji məlumatlar: aylıqlar, icmallar, bülletenlər; ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları); hidrometeoroloji illiklər; buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu. 4. Xüsusi sifarişlə müşahidə edilmiş hidrometeoroloji məlumatlar: standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr; sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr; sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr; əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər vəonların şərhi. 5. İqtisadiyyat sahələrinə verilən xüsusiləşdirilmiş hidrometeoroloji proqnozlar: dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji məlumatlar; kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar, icmallar; heyvandarlıq üçün hidrometeoroloji proqnozlar; “Azərenerji” Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji proqnozlar; “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları vəakvatoriyalar üzrə hidrometeoroloji proqnozlar; [15] meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar; alpinizm üçün hidrometeoroloji proqnozlar; qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar; respublika aeroportu üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar; http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn14 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn15 aviasiya marşrutları, trasları, aviasiya işləyən rayonlar və yerli aeroportlar üçün hündürlüklər üzrə aviameteoroloji proqnozlar. 6. Xüsusiləşdirilmiş araşdırmalar və xülasələr (icmallar): təhlükəli sel və qar uçqunu barədə məlumatlar; kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişaf barədə məlumatlar; ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar; dağlarda olan su ehtiyatı barədə məlumatlar; ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar. 7. Arayış-rejim xarakterli hidrometeoroloji məlumatlar: hidrometeoroloji şərhin nəticələri (göstəriciləri); hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri; ənənəvi olmayan hidrometeoroloji şərhlər (təhqiqatlar); xüsusiləşdirilmiş hidrometeoroloji araşdırmalar və məsləhətlər; iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar; ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları; hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza materialları. İşlər müdiri A.HACIYEV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarına 3 nömrəli ƏLAVƏ Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu QAYDASI 1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu Ümumdünya Meteorologiya Təşkilatının təlimat və qaydalarına vəAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatlara uyğun aparılır. [16] 2. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotuna dair təlimatlarda təbii mühitin dəyişməsinin qeydə alınması və onun gözlənilən vəziyyətinin proqnozlaşdırılmasının metodları göstərilir. 3. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotuna dair təlimatlar aşağıdakı prinsiplərə əsaslanır: hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılmasının, meteoroloji hadisələrin uçotunun vahid sistemi üzrə təşkili və aparılması; hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin qloballığı, fasiləsizliyi, ardıcıllığı və kompleksliyi; hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılmasında, meteoroloji hadisələrin uçota alınmasında, məlumatların toplanmasında və ötürülməsində, təhlilində, ümumiləşdirilməsində, saxlanmasında texnoloji proseslərin eyniliyi. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# edn16 4. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatlar atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslər üzərində aparılır, bütün hadisələr və meteoroloji elementlər uçota alınır. 5. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, hadisələrin uçotu hidrometeoroloji stansiyalar, aerokosmik mərkəzlər, digər müşahidə məntəqələri tərəfindən həyata keçirilir. İşlər müdiri A. HACIYEV. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 1.2-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 1.3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 1.5-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 3.1-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref3 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref4 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref5 "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 3.2-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 3.3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi"nin 4.8-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və Mühafizəsi Qaydaları”nın 2-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və Mühafizəsi Qaydaları”nın 3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və Mühafizəsi Qaydaları”nın 6-cı bəndində "Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və Mühafizəsi Qaydaları”nın 10-cu bəndində "Dövlət Hidrometeorologiya Komitəsinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir. [12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat"ın 2-ci bəndində ismin müvafiq hallarında "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri ismin müvafiq hallarında "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat"ın 4-cü bəndində "Dövlət http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref6 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref7 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref8 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref9 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref10 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref11 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref12 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref13 Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə 2 nömrəli əlavədə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri"nin "Ödənişli məlumatlar" bölməsinin 2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. [15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə 2 nömrəli əlavədə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri"nin "Ödənişli məlumatlar" bölməsinin 5-ci bəndinin altıncı abzasında "Azərbalıq" Dövlət Konserninin" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri”nin “Ödənişli məlumatlar” bölməsinin 5 ci hissəsinin altıncı abzasında “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir. [16] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu Qaydası"nın 1-ci bəndində "Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref14 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref15 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3507.htm# ednref16

Ministerial Decree No. 237 on approval of some legal acts regarding hydrometeorological and environmental monitoring · Nelum