跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 206 on rules for the use and protection of water bodies

颁布于 1998-10-15 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 206.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Water
关键词
environmental standards, water resources management, groundwater, institution, protection of environment, standards, surface water, water conservation zone, inland waters, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi vəmühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 206 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma QAYDALARI 1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 2. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırmanın əsas məqsədi sudan istifadə limitlərinin müəyyən edilməsi, elmi-texniki tərəqqini nəzərə almaqla su obyektlərinin istifadəsi vəmühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsidir. 3. Yerüstü su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyi,İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla aparılır.[1] 4. Yeraltı su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd TəsərrüfatıNazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Səhiyyə Nazirliyi və digər aidiyyəti təşkilat və orqanlarla razılaşdırılmaqla aparılır.[2] 5. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla aparılır.[3] 6. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena standartları, normaları və qaydaları Səhiyyə Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti təşkilatlarla razılaşdırmaqla işlənib hazırlanır vəAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[4] 7. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində ekoloji və texnoloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, SəhiyyəNazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [5] 8. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində hidrogeoloji və hidroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, SəhiyyəNazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [6] 9. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində meteoroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[7] 10. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma ölkənin sosial iqtisadi tələbatı nəzərə alınmaqla Su Kadastrına əsasən və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi vəsxemlərinə uyğun şəkildə aparılır. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn7

Ministerial Decree No. 206 on rules for the use and protection of water bodies · Nelum