Ministerial Decree No. 206 on rules for the establishment and implementation of limits to water use
颁布于 1998-10-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 206.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Water
- 关键词
- climate change, water resources management, groundwater, inland waters, institution, irrigation, potable water, public health, recreational water use, surface water, sustainable use, thermal and medicinal waters, water abstraction, water shortage/drought, water supply, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi vəmühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 206 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi QAYDALARI 1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 2. Sudan istifadə limitləri əhalinin içmək, məişət, müalicə, kurort, sağlamlıq və digər ehtiyacları, habelə kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, balıqçılıq təsərrüfatı və sair dövlət və ictimai tələbatlarüçün hesablanır və həyata keçirilir. 3. Yerüstü su obyektlərindən kənd təsərrüfatının tələbatı üçün istifadə limitləri su obyektlərinin sululuğuna dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarınaəsaslanır, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və onun müvafiq təşkilatları və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanıb həyata keçirilir.[8] 4. Sudan əhalinin içmək, məişət və digər ehtiyacları üçün istifadə limitləri rayon (şəhər) icra hakimiyyəti orqanları və onların müvafiq təşkilatları tərəfindən hazırlanıb həyata keçirilir. 5. Sudan əhalinin müalicə, kurort və digər ehtiyacları üçün istifadə limitləri Səhiyyə Nazirliyi və müvafiq kurort təşkilatları tərəfindən hazırlanıb həyata keçirilir. 6. Sudan sənaye, energetika, tikinti, nəqliyyat, balıqçılıq təsərrüfatı və digər ehtiyaclar üçün istifadə limitləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər müvafiq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla hazırlanıb həyata keçirilir.[9] 7. Yerüstü su mənbələri olmayan, yaxud az olan regionlarda, yeraltı suların ehtiyatı kifayət qədərdirsə, həmin sulardan, ilk növbədə, əhalinin içmək və məişət ehtiyacları üçün istifadə edilir. 8. Yeraltı sulardan istifadə limitləri yeraltı su mənbələrinin səmərəli istifadə tələblərinə riayət edilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanıb həyata keçirilir.[10] 9. Sudan istifadə limitləri hər bir magistral, təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda olan su itkilərini nəzərə almalıdır. 10. Kənd təsərrüfatının tələbatı üçün sudan istifadə limitləri magistral və rayonlararası kanallar üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilir. Təsdiq edilmiş sudan istifadə limitlərinə əsasən su bölgüsü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin müvafiq təşkilatları tərəfindən həyata keçirilir. Kanallara götürülən və su istifadəçilərinə su ayırıcı məntəqələrində verilən suyun miqdarı bu məntəqələrdə quraşdırılmış ölçü cihazları vasitəsilə müəyyən edilir. [11] 11. Suvarma mənbələrinin sululuğundan və iqlim şəraitindən asılı olaraq sudan istifadə limitlərində düzəlişlər və dəqiqləşmələr aparıla bilər. Bu düzəliş və dəyişikliklər sudan istifadə limitlərini təsdiq etmiş təşkilat tərəfindən aparılır. Limitlərdə dəyişikliklər və düzəlişlər bu barədə 10 gün əvvəlcədən xəbərdarlıq edildikdən sonra həyata keçirilir. 12. Sudan istifadə limitlərinə ciddi riayət etmək bütün su istifadəçilərinin borcudur. 13. Su təsərrüfatı sistemlərində və quyu ağzında quraşdırılmış mexanizm və qurğuların korlanıb sıradan çıxarılmasına və sudan istifadə limitlərindən icazə olmadan çox su götürülməsinə görə su istehlakçıları məsuliyyət daşıyırlar. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn9 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn10 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn11