Ministerial Decree No. 206 on preparation and approval of schemes of use and protection of water resources and state expertise on these schemes
颁布于 1998-10-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 206.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Water
- 关键词
- freshwater pollution, water resources management, groundwater, inland waters, institution, pollution control, surface water, sustainable use, policy/planning, research, basin/catchment/watershed, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi vəmühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 206 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi QAYDALARI 1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 2. Ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını və bununla əlaqədar həyata keçirilməsi tələb olunan su təsərrüfatı tədbirlərini müəyyənləşdirmək, su obyektlərinin səmərəli istifadəsini vəmühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədilə su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, habelə hövzə vəərazi sxemləri işlənib hazırlanır. 3. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri ölkənin sosial iqtisadi inkişafı üzrə uzunmüddətli direktiv sənədlərə və proqramlara, elmi-texniki tərəqqiyə, axtarış və tədqiqatlara,İqtisadiyyat Nazirliyinin və layihə institutlarının tərtib etdikləri proqnozlara əsaslanır. 4 Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi Azərbaycan Respublikası su təsərrüfatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirir, su ehtiyatlarının vəziyyəti, su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir. 5. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri çayların və başqa su obyektlərinin hövzələri üzrə Baş sxemin əsasında hazırlanır. 6. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ərazi sxemləri Naxçıvan Muxtar Respublikası, ayrı-ayrı iqtisadi rayonlar və bölgələr üzrə Baş sxemin və hövzə sxemlərinin əsasında hazırlanır. 7. Yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlanır.[12] 8. Yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlanır.[13] 9. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərində nəzərdə tutulan tədbirlər su axınlarının nizamlanması, sudan qənaətlə istifadə olunması, habelə mütərəqqi su təchizatı sxemlərinin vətexnologiyaların tətbiqi əsasında təmizlənməmiş suların tullantısının qarşısının alınması yolu ilə sulardan ölkə iqtisadiyyatının bütün sahələrində daha səmərəli istifadə edilməsini (birinci növbədə əhalinin içməli suya olan ehtiyaclarının ödənilməsini nəzərə almaqla) təmin etməlidirlər. 10. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri dövlət büdcəsindən ayrılan vəsait hesabına ixtisaslaşmış layihə institutlarının gücü ilə işlənib hazırlanır. Onların dövlət ekspertizası müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. [14] 11. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemləri müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatları əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.[15] 12. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və“Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla yerüstü su ehtiyatları üzrə Azərbaycan Respublikasının Azərbaycan Meliorasiya və Su http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn12 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn13 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn14 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn15 Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, yeraltı su ehtiyatları üzrəisə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunur.[16] 13. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ərazi sxemləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla yerüstü su ehtiyatları üzrə Azərbaycan Respublikasının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, yeraltı su ehtiyatları üzrə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunur.[17] 14. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi 15 illik bir müddətə işlənib hazırlanır və dövrü dəyişikliklər nəzərə alınmaqla hər 5 ildən bir dəqiqləşdirilir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn16 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn17