Ministerial Decree No. 206 on approval of plans for water usage and general water systems
颁布于 1998-10-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 206.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development, Water
- 关键词
- access-to-information, business/industry/corporations, crops, data collection/reporting, farming, water resources management, irrigation, pastoralism, sustainable use, water rights, agricultural development, animal production, groundwater, industrial water use, local government, potable water, water supply, rainwater, surface water
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi vəmühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 206 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi QAYDASI 1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 2. Azərbaycan Respublikasında sudan istifadə edənlər mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları,əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ola bilərlər. 3. Suvarma sistemlərinin, otlaqların su təminatı sistemlərinin və digər su təsərrüfatı obyektlərinin suyundan istifadə sudan təsərrüfatdaxili istifadə və sudan istifadəyə dair ümumsistem planlarıəsasında həyata keçirilir. 4. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən suya olan tələbat nəzərə alınmaqla tərtib olunur. 5. Sudan təsərrüfatdaxili istifadə planları suvarılan torpaqların miqdarı, əkin sahələrinin strukturu, suvarma rejimi və bitkilərin suvarma vaxtı, daxili təsərrüfat kanallarının faydalı iş əmsalı, əkin sahələrinin torpaq-meliorativ şəraiti və su ehtiyatları barədə məlumatları özündə əks etdirməlidir. 6. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən rayon suvarma sistemləri idarələri ilə razılaşdırıldıqdan sonra yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunur. 7. Sudan istifadəyə dair ümumsistem planları rayon suvarma sistemləri idarələri tərəfindən yerli kənd təsərrüfatı təşkilatları ilə əlaqəli şəkildə əkin proqnozlarına və suvarma rejimlərinə uyğun tərtib olunur və sudan təsərrüfatdaxili istifadə planları əsasında dəqiqləşdirilir. 8. Sudan istifadəyə dair ümumsistem planlarında sudan təsərrüfatdaxili istifadə planlarında göstərilən məlumatlardan başqa magistral və təsərrüfatlararası kanalların və baş su götürücü qurğunun sərfi, təsərrüfatlararası kanalların və ümumiyyətlə sistemin faydalı iş əmsalı haqqında məlumatlar da öz əksini tapmalıdır. 9. Sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadəyə dair ümumsistem planları təsərrüfatlarda işin təşkili və aqrotexnika üzrə görülən tədbirlər sistemi ilə uzlaşmalı və hidrometeoroloji şərait nəzərə alınmalıdır. 10. Suvarma suyundan energetika, sənaye, nəqliyyat, kommunal, məişət və digər məqsədlər üçün istifadə, sudan istifadəyə dair ümumsistem planlarında nəzərə alınmalıdır. 11. Sudan istifadəyə dair ümumsistem planları təsdiq edilir: rayon əhəmiyyətli suvarma sistemləri üzrə rayon suvarma sistemləri idarələri tərəfindən; respublika əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən.[18] 12. Sudan istifadə planları və onların əsasında bağlanmış sudan istifadə müqavilələri rayon suvarma sistemləri idarələri ilə su istifadəçiləri arasında münasibətləri müəyyənləşdirən əsas sənədlərdir. Sudan istifadə müqavilələrində rayon suvarma sistemləri idarələri tərəfindən sudan istifadə edənlərə su ayrıcılarından sudan təsərrüfatdaxili istifadə planlarına uyğun vaxtlı vaxtında və tələb olunan miqdarda suyun verilməsi, sudan istifadə edənlər tərəfindən isə plan üzrə suvarmanın aparılması, suvarma suyunun kollektor drenaj şəbəkəsinə axıdılmaması, suvarma texnikasının təkmilləşdirilməsi, təsərrüfatdaxili şəbəkə və onların üzərindəki qurğuların işlək vəziyyətdə saxlanması və digər şərtlər göstərilir. 13. Əkiləcək sahənin miqdarı, əkiləcək bitki növləri, su mənbələrində olan suyun miqdarı nəzərdə tutulduğundan 10 faizə qədər dəyişərsə, yaxud güclü yağışlar nəticəsində suvarma vaxtının vəsuvarma normasının dəyişməsinə ehtiyac olarsa, sudan istifadəyə dair ümumsistem planları dəqiqləşdirilir. Ümumsistem planları su mənbələrinin sululuğu haqqında dəqiqləşdirilmiş məlumatlar və əkinin vəziyyəti nəzərə alınmaqla dəqiqləşdirilir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn18 14. Suvarma sistemlərindən planda nəzərdə tutulduğundan artıq, hətta su mənbələrində su çox olduqda belə, yerli suvarma sistemləri idarələrinin razılığı olmadan su götürülməsinə yol verilmir. 15. Təsərrüfatlararası suvarma kanallarından yeni su qəbuledici qurğu tikməklə müvəqqəti nasos stansiya quraşdırmaqla, yaxud başqa üsullarla su götürülməsinə ancaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin razılığı ilə icazə verilir.[19] http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn19