跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 2 on Natural Parks

颁布于 2001-01-04 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 2.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment, Forestry, Wild species and ecosystems
关键词
cultural heritage, environmental security, monitoring, protected area, protection of habitats, tourism, use restrictions, inspection, ecosystem conservation, fire management, hazards, biodiversity, national parks, protection of environment, recreational forest

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi", "Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının ümumi Əsasnaməsi" və "Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 4 yanvar 2001-ci il № 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasının təbiət parklarının Ümumi ƏSASNAMƏSİ 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Təbiət parkları xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və rekreasiya məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.[1] 1.2. Təbiət parklarının ərazisindəki torpaq sahələri onların daimi istifadəsinə verilir. 1.3. Digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaqları ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər. 1.4. Təbiət parkları respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. 1.5. Yerli əhəmiyyətli təbiət parkları bütövlüklə və ya qismən, məqsədli təyinatı üzrə, qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilə bilər. 2. TƏBİƏT PARKLARININ YARADILMASI 2.1. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına uyğun olaraq respublika və bölgə əhəmiyyətli təbiət parkları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır. http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn1 2.2. Yerli əhəmiyyətli təbiət parkları elmi təşkilatlarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyləri nəzərə alınmaqla bələdiyyə orqanlarının qərarı ilə yaradılır və ləğv edilir. 2.3. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınır. 2.4. Hər bir təbiət parkının Əsasnaməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir. [2] 2.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur. 3. TƏBİƏT PARKLARININ YARADILMASINDA MƏQSƏD 3.1. təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə etmək; 3.2. turizm və rekreasiya üçün şərait yaratmaq; [3] 3.3. təbiəti mühafizənin effektli metodlarını hazırlamaq və tətbiq etmək; 3.4. rekreasiya istifadəsi şəraitində ekoloji tarazlığı qoruyub saxlamaq; 3.5. nəzərdə tutulmuş müddətlərdə ekosistemlərin monitorinqini aparmaq. 4. TƏBİƏT PARKLARININ XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 4.1. Təbiət parklarının ərazilərində təbii sahələrin ekoloji və rekreasiya əhəmiyyətindən asılı olaraq xüsusi mühafizənin və istifadənin ayrı-ayrı rejimi müəyyən edilir. 4.2. Təbiət parklarının ərazilərində rejim xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı fəaliyyət zonaları müəyyən edilir: xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar; turizm və rekreasiya zonaları;[4] tarix-mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə zonaları; rekreasiya xidmət göstərilən zonalar; təbiət parkının fəaliyyətinin təmin edən zonalar. 4.3. Təbiət parklarının ərazilərində onun məqsədli təyinatına zidd olmayan digər fəaliyyət zonaları müəyyən edilə bilər. 4.4. Vətəndaşların təbiət parklarının ərazisinə daxil olma limitləri həmin ərazinin turizm və rekreasiya məqsədilə istifadə olunmasını elmi cəhətdən əsaslandıran normalar əsasında parkın rəhbərliyi tərəfindən müəyyən edilir.[5] 4.5. Təbiət parkının ərazisində aşağıdakılar qadağan edilir: parkların ekoloji, turizm və rekreasiya, estetik keyfiyyətinə mənfi təsir göstərən, tarixi mədəniyyət abidələrinin, relikt-nadir ağac və kolların abidə kimi qorunub saxlanılması rejimini pozan və həmin abidələrin varlığına təhlükə yaradan hər bir fəaliyyət; [6] geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması; təbiət parkının fəaliyyəti ilə bağlı olmayan bina və qurğuların, yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi; bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi; vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması; http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn6 müəyyən olunmuş yerlərdən kənar kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması; müəyyən olunmuş yerlərdən və yollardan kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı. 4.6. Təbiət parklarının sərhədlərində onların ekoloji, mədəni, turizm və rekreasiya, estetik əhəmiyyətini aşağı salan digər fəaliyyətlər qadağan edilə və ya məhdudlaşdırıla bilər.[7] 4.7. Üstündə təbiət parkları yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur. 4.8. Təbiət parklarının mühafizəsi onun mühafizə işçiləri tərəfindən həyata keçirilir, bu işə direktor və direktor müavini rəhbərlik edirlər. 4.9. Təbiət parklarının mühafizə işçiləri aşağıdakı hüquqlara malikdir: təbiət parkının ərazisində mövcud qanunçuluğu pozanların sənədlərini yoxlamaq nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini və gəmiləri, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək və qanunu pozan şəxslərdən izahat almaq; təbiət parkının ərazisində mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq; təbiət parkının ərazisində qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək; təbiət parkının ərazisində öz səlahiyyətləri daxilində inzibati xəta haqqında protokollar (aktlar) tərtib etmək; [8] təbiət parkının ərazisində mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. 4.10. Təbiət parkının rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulmasın nəticəsində təbiət parklarına vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 4.11. Təbiət parkının mühafizə rejiminin həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. 4.12. Təbiət parklarının idarəetmə tədbirlərində bələdiyyələrin, ictimai birliklərin və əhalinin iştirak etmək hüququ vardır. 5. TƏBİƏT PARKLARININ TƏSƏRRÜFAT FƏALİYYƏTİ 5.1. Təbiət parklarının təsərrüfat fəaliyyəti təbiət və tarixi-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin keçirilməsindən, təbiətdə idarə olunan istirahət tədbirlərinin təşkilindən ibarətdir. 5.2. Təbiətdə turizm və rekreasiyanın inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında yerli əhəmiyyətli təbiət parkının ərazisində yerləşən torpaq sahələrinin, təbiət obyektlərinin, http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn8 binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.[9] 5.3. Təbiət parkının ərazisində mehmanxanaların, kempinglərin, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, insanların istirahəti məqsədilə digər şəraitlərin yaradılması təbiət parkının fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər. 5.4. Təbiət parklarında obyektlərin məqsədli təyinatı və təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında həyata keçirilir. 5.5. Təbiət parklarının ərazilərindən və obyektlərindən istifadəsi qanunda nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 6. TƏBİƏT PARKLARININ MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 336 nömrəli Fərmanına əsasən təbiət parkının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn9

Ministerial Decree No. 2 on Natural Parks · Nelum