跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 198 on technical specifications of emission for transport, other kinds of mobile means and the facilities as a source of pollution of atmospheric air and stationary sources of hazardous substances emitted in atmospheric air

颁布于 2002-12-18 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 198.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Air and atmosphere
关键词
air quality/air pollution, emissions, environmental standards, governance, hazardous substances, pollution control, transport/storage, standards, protection of environment

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Müəyyən edilsin ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. 2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq standartları olmayan atmosfer havasını çirkləndirən mənbələr üçün texniki normativləri və hər bir stasionar mənbə üçün atılmanın yol verilən həddini müəyyən etsin. 3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tapşırılsın ki, atmosfer havasının çirklənmə mənbələri olan nəqliyyat və digər səyyar vasitələr üçün atılmanın texniki normativlərinin gələcəkdə Avropa standartlarına keçidini təmin etmək istiqamətində lazımi tədbirlər həyata keçirsinlər. [1] 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 18 dekabr 2002-ci il № 198 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) 2. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) 3. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1268) İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI [1] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 3-cü bəndində "Agentliyinə" sözü "Komitəsinə" sözü ilə əvəz edilmişdir. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə 3-cü hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1268) ilə 3-cü hissəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edil http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/54910 http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/54910

Ministerial Decree No. 198 on technical specifications of emission for transport, other kinds of mobile means and the facilities as a source of pollution of atmospheric air and stationary sources of hazardous substances emitted in atmospheric air · Nelum